https://sputnik.az/20211113/azerbaycanin-iki-taekvondocusu-avropa-cempionu-titulunu-qazanib-435169611.html
Azərbaycanın iki taekvondoçusu Avropa çempionu oldu: biri erməniyə qalib gəlib
Azərbaycanın iki taekvondoçusu Avropa çempionu oldu: biri erməniyə qalib gəlib
Sputnik Azərbaycan
Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu olublar. 13.11.2021, Sputnik Azərbaycan
2021-11-13T22:08+0400
2021-11-13T22:08+0400
2021-11-13T22:15+0400
idman
taekvondo
taekvondo üzrə avropa birinciliyi
taekvondoçu
taekvondo federasiyası
https://cdnn1.img.sputnik.az/img/41266/18/412661859_0:53:1000:616_1920x0_80_0_0_2b1cc78287d3398095051b41bf98aef4.jpg
BAKI, 13 noyabr - Sputnik. Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənc taekvondoçular arasında Avropa birinciliyi davam edir.Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, yarışın ilk günündə 1 medal qazanan Azərbaycan millisi bu gün aktivinə daha 2 mükafat əlavə edib.Məmməd Abdullayevlə Zahid Məmmədovun rəhbərlik etdiyi komandada Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla, Azərbaycan himnini səsləndiriblər.2019-cu ildə analoji birincilikdə 3-cü olan Dadaşov startda Zak Sarsozanı (Böyük Britaniya) məğlub edib. O, ardınca müvafiq olaraq, polşalı Mateus Çrzanovskiyə, gürcüstanlı Aqil Əhmədova və türkiyəli Emre Tasa qalib gəlib. Səyyad finalda Rusiyanı təmsil edən erməni əsilli Leon Eloyanla döyüşüb. Taekvondoçumuz uğurlu seriyanı davam etdirərək, bu dəfə də dayanqdan qalib ayrılıb və Avropa çempionu tituluna yiyələnib.Onun kimi, Həsənzadə də bütün rəqiblərindən güclü olduğunu nümayiş etdirib. Xanım idmançımız müvafiq olaraq Sofiya Qarsiya (İspaniya), Lilli Ettelbruk (Almaniya) və Antonina Valjak (Polşa) üzərində qələbə qazanmaqla finala yüksəlib. Zemfira həlledici görüşü də aktivinə yazıb. O, italiyalı Juliya Qalieronu məğlub etməklə qızıl medala yiyələnib.Qeyd edək ki, yarışın ilk günündə Pünhan Mürsəlov (45 kq) komandamıza bürünc medal qazandırıb. Noyabrın 15-dək davam edəcək birinciliyə millimiz 15 idmançı ilə yollanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41266/18/412661859_54:0:946:669_1920x0_80_0_0_5833ed7f8989bfcd404d4342571feee2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taekvondo, taekvondo üzrə avropa birinciliyi, taekvondoçu, taekvondo federasiyası
taekvondo, taekvondo üzrə avropa birinciliyi, taekvondoçu, taekvondo federasiyası
Azərbaycanın iki taekvondoçusu Avropa çempionu oldu: biri erməniyə qalib gəlib
22:08 13.11.2021 (Yenilənib: 22:15 13.11.2021) Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu olublar.
BAKI, 13 noyabr - Sputnik. Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənc taekvondoçular arasında Avropa birinciliyi davam edir.
Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, yarışın ilk günündə 1 medal qazanan Azərbaycan millisi bu gün aktivinə daha 2 mükafat əlavə edib.
Məmməd Abdullayevlə Zahid Məmmədovun rəhbərlik etdiyi komandada Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla, Azərbaycan himnini səsləndiriblər.
2019-cu ildə analoji birincilikdə 3-cü olan Dadaşov startda Zak Sarsozanı (Böyük Britaniya) məğlub edib. O, ardınca müvafiq olaraq, polşalı Mateus Çrzanovskiyə, gürcüstanlı Aqil Əhmədova və türkiyəli Emre Tasa qalib gəlib. Səyyad finalda Rusiyanı təmsil edən erməni əsilli Leon Eloyanla döyüşüb. Taekvondoçumuz uğurlu seriyanı davam etdirərək, bu dəfə də dayanqdan qalib ayrılıb və Avropa çempionu tituluna yiyələnib.
Onun kimi, Həsənzadə də bütün rəqiblərindən güclü olduğunu nümayiş etdirib. Xanım idmançımız müvafiq olaraq Sofiya Qarsiya (İspaniya), Lilli Ettelbruk (Almaniya) və Antonina Valjak (Polşa) üzərində qələbə qazanmaqla finala yüksəlib. Zemfira həlledici görüşü də aktivinə yazıb. O, italiyalı Juliya Qalieronu məğlub etməklə qızıl medala yiyələnib.
Qeyd edək ki, yarışın ilk günündə Pünhan Mürsəlov (45 kq) komandamıza bürünc medal qazandırıb. Noyabrın 15-dək davam edəcək birinciliyə millimiz 15 idmançı ilə yollanıb.