https://sputnik.az/20211112/turk-liderlerin-sammiti-yeni-ad-yeni-sened-status-ve-diger-qerarlar-435149052.html
Türk liderlərin sammiti: Yeni ad, yeni sənəd, status və digər qərarlar
Türk liderlərin sammiti: Yeni ad, yeni sənəd, status və digər qərarlar
Sputnik Azərbaycan
İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə bir sıra vacib qərarlar qəbul edilib. 12.11.2021, Sputnik Azərbaycan
2021-11-12T22:45+0400
2021-11-12T22:45+0400
2021-11-12T22:45+0400
siyasət
qərar
sammit
türkiyə
istanbul
toplantı
türk şurası
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0c/435139514_0:52:3455:1996_1920x0_80_0_0_df47525205a3e2cea486fcd30f3b0e60.jpg
BAKI, 12 noyabr - Sputnik.Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilib. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bu qərar noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə verilib. Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdımühəmmədov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak ediblər.Sammitdə həmçinin Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar, Azərbaycan Respublikası Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında Qərar, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı Qərar, "Türk dünyasının birliyinə verdiyi töhfələrə görə” Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı haqqında Qərar, Türk Dövlətləri Təşkilatında müşahidəçi status haqqında qaydalara dair Qərar, Türk Dövlətləri Təşkilatında tərəfdaşlıq statusunun təsis edilməsi haqqında Qərar, Türk Dövlətləri Təşkilatının fəxri sədrinin hüquqları haqqında Qaydalara dair Qərar, Türk Şurası Baş katibinin fəaliyyət müddətinin uzadılması və Baş katibin müavinlərinin təyinatları haqqında Qərar, Türk Dövlətləri Təşkilatının İnvestisiya Fondunun yaradılmasının tamamlanması haqqında Qərar imzalanıb.Eləcə də oxuyun:* "Biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var" - Əliyev* Ərdoğan: "Azərbaycanın Naxçıvanla əlaqəsinin qurulması həyati əhəmiyyət daşıyır"* Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib* Ərdoğan: Azərbaycanın Qarabağda qələbəsi bütün türk dünyası üçün anlam daşımaqdadır* Zirvə görüşü bütün türk dünyası üçün tarixi əhəmiyyət kəsb edəcək - İlham Əliyev* Türk Şurası VIII Zirvə Görüşünün iştirakçılarının şərəfinə ziyafət verilib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0c/435139514_362:0:3093:2048_1920x0_80_0_0_916f0060e057ea3b23f080cdcfa51d1b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qərar, sammit, türkiyə, istanbul, toplantı, türk şurası
qərar, sammit, türkiyə, istanbul, toplantı, türk şurası
Türk liderlərin sammiti: Yeni ad, yeni sənəd, status və digər qərarlar
İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə bir sıra vacib qərarlar qəbul edilib.
BAKI, 12 noyabr - Sputnik.Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilib.
Sputnik Azərbaycan
AZƏRTAC-a istinadən xəbər verir ki, bu qərar noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə verilib.
Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdımühəmmədov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak ediblər.
Sammitdə həmçinin Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar, Azərbaycan Respublikası Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında Qərar, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı Qərar, "Türk dünyasının birliyinə verdiyi töhfələrə görə” Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı haqqında Qərar, Türk Dövlətləri Təşkilatında müşahidəçi status haqqında qaydalara dair Qərar, Türk Dövlətləri Təşkilatında tərəfdaşlıq statusunun təsis edilməsi haqqında Qərar, Türk Dövlətləri Təşkilatının fəxri sədrinin hüquqları haqqında Qaydalara dair Qərar, Türk Şurası Baş katibinin fəaliyyət müddətinin uzadılması və Baş katibin müavinlərinin təyinatları haqqında Qərar, Türk Dövlətləri Təşkilatının İnvestisiya Fondunun yaradılmasının tamamlanması haqqında Qərar imzalanıb.