Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ərdoğan: "Azərbaycanın Naxçıvanla əlaqəsinin qurulması həyati əhəmiyyət daşıyır"

© REUTERS / UMIT BEKTAS Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.11.2021
Abunə olmaq
BAKI, 12 noyabr — Sputnik. Azərbaycanla Naxçıvanın əlaqəsinin qurulması həyati əhəmiyyət daşıyır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının VIII Zirvə görüşündə bildirib.
"Ticarət və qarşılıqlı sərmayələrimizi davamlı olaraq artırmalıyıq. Ticarətin önündəki əngəlləri aradan qaldırmalıyıq. Ticarətin sadələşdirilməsi ilə bağlı strateji sənədlərin imzalanmasına xüsusilə əhəmiyyət verirəm. Biz tranzit sənədlərini gündəmimizdən çıxarmalı və tranzit ödənişlərini rəqabətli səviyyəyə çatdırmalıyıq. Biz mümkün qədər qısa zamanda beynəlxalq yükdaşımalarla bağlı müqavilə imzalamalıyıq. "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizi, Azərbaycanla Naxçıvanın əlaqəsinin qurulması həyati əhəmiyyət kəsb edir", - deyə Ərdoğan vurğulayıb.
Eləcə də oxuyun:
* Ərdoğan: Azərbaycanın Qarabağda qələbəsi bütün türk dünyası üçün anlam daşımaqdadır
* "Biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var" - Əliyev
* Ermənistan kapitulyasiya aktını imzalayıb və münaqişə sona yetib - Ceyhun Bayramov
Xəbər lenti
0