CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ombudsman bəzi müavinətlərin məbləğinin artırılması təklifi ilə çıxış edib

© Photo : REPORT Səbinə Əliyeva
 Səbinə Əliyeva - Sputnik Azərbaycan, 1920, 12.11.2021
Abunə olmaq
Ombudsman həmçinin təbii fəlakətlər zamanı evi dağılan insanlara yardım göstərilməsini xahiş edib.
BAKI, 12 noyabr — Sputnik. "BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə komitəsinin, İnsan hüquqları Şurasının və Avropa Şurasının Azərbaycan hökumətinə tövsiyələrini nəzərə alaraq zorakılığa məruz qalan qadınlar üçün regional sığınacaqların ehtiyaca uyğun artırılmasına maliyyə dəstəyi verilməlidir".
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı İnsan Hüquqları müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
Ombudsman təklif edib ki, real vəziyyət nəzərə alınaraq, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, 3 yaşınadək uşağa qulluğa görə, müddətli həqiqi hərbi xidmətdə olan hərbçilərin uşaqlarına, valideyn himayəsindən məhrum olan uşaqların qəyyumlarına, övladlığa götürülən uşağa, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə nəzərdə tutulmuş müavinətlərin məbləği artırılsın.
O, həmçinin qeyd edib: "Müəyyən təbii fəlakətlər zamanı evi dağılan ev sahibləri nəzərdə tutulmuş müddətdə sənədlərini təqdim etməyiblər. Ona görə də onların evləri təmir olunmayıb. Onlara dəymiş ziyanın aradan qaldırılması məqsədilə onlara yardım göstərilməsini xahiş edirəm".
Eləcə də oxuyun:
* Yanvarın 1-dən maaş və pensiyalar artırılacaq
* Samir Şərifov qiymət artımının səbəbləri barədə
* Azərbaycanda muzdlu işə aid olmayan yeni iş yerləri açılacaq
* Uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət artırılır
Xəbər lenti
0