https://sputnik.az/20211111/butovu-kesme-paraya-deyme-dogra-doyunca-ye---parkinq-problemi-ne-vaxt-hell-olunacaq-435060074.html
Bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye! - Parkinq problemi nə vaxt həll olunacaq?
Bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye! - Parkinq problemi nə vaxt həll olunacaq?
Sputnik Azərbaycan
Paytaxtda qanunsuz parkinqlər ləğv olunur, qanuni isə yaradılmır. Adamlar da bilmirlər, yarım saatdan bir işləyən ictimai nəqliyyatla hərəkət eləsinlər, yoxsa... 11.11.2021, Sputnik Azərbaycan
2021-11-11T09:33+0400
2021-11-11T09:33+0400
2021-11-11T10:54+0400
parkinq
paytaxt xəbərləri
avtomobil
sürücü
bakı
bna
https://cdnn1.img.sputnik.az/img/07e5/03/09/426407866_0:256:3072:1984_1920x0_80_0_0_49fbd1db48d8712edde7a87123e25448.jpg
BAKI, 11 noyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) qanunsuz parklanma ilə bağlı bir sıra qurumlara müraciət edib. Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, səkinin olmadığı Xəzər rayonu A.İldırım küçəsində piyadalar üçün şərait yaratmaq əvəzinə, asfalt örtük döşənərək qanunsuz parkinq yeri təşkil edilir. Bu isə piyadaların hərəkətini daha da çətinləşdirməklə yanaşı, həm də təhlükə riskini də artırır: "Bəzən küçə və prospektlərdə, xüsusən də səkilərin olmadığı yerlərdə piyadaların hərəkəti çətinləşdirilir. Bir çox hallarda bu kimi işlər müvafiq qurumların birbaşa iştirakı ilə görülür. Bunu nəzərə alaraq bütün aidiyyəti qurumları piyada təhlükəsizliyinin təmin edilməsi, piyadalar üçün uyğun şəraitin yaradılması üçün əməkdaşlığa dəvət edirik".Qeyd edək ki, parklanma məsələsi avtomobili olan vətəndaşların ən çox üzləşdiyi problemlərdən birinə çevrilib. Sürücülər Bakıda parklanma yerlərinin azlığından şikayət edirlər. Onlar parkinqlərin azlığı səbəbindən tez-tez cərimələndiklərindən gileylənirlər.Sputnik Azərbaycan qanunsuz parklanma yerləri ilə mübarizənin hansı formada aparılmalı olduğunu araşdırıb.Bəs sürücü harada saxlasın?Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, reallıqlar baxımından yanaşıldıqda paytaxtda parklanma yerlərinin yaradılmasının əleyhinə deyil: "Bu gün ancaq parkinqləri ləğv edirik. Sürücülərə şərait yaradılmır ki, onlar getdikləri ünvana yaxın yerdə avtomobillərini saxlasınlar. Nəticədə həmin sürücülər şəhəri ələk-vələk edib avtomobillərini saxlamağa yer axtarırlar. Bu isə tıxaca səbəb olur. Nəzərə almaq lazımdır ki, sürücü avtomobilini bir yerə park etməlidir. Çox təəssüf ki, BNA bunu nəzərə almadan parklanma yerlərini ləğv edir".Bununla belə, ekspert səkiləri parklama yerinə çevirməyin də doğru olmadığını bildirir. Onun sözlərinə görə, BNA parklanma yerləri yaratmadıqda bu boşluğu kimsə doldurur: "Hər halda bu məsələ araşdırılmalıdır ki, həmin parkinqləri kimlər nə məqsədlə yaradırlar".E.Muradlı bildirir ki, şəhərdə parklanma ilə vəziyyət heç də ürəkaçan deyil. Onun sözlərinə görə, ictimai nəqliyyatın fəaliyyəti qənaətbəxş olmadığından insanlar şəxsi avtomobilə üstünlük verirlər: Qanunsuz ləğv olunur, qanuni də yaradılmırEkspert deyir ki, qanunsuz parklanma yerlərinin yaranmasına qanuni parkinqlərin olmaması rəvac verir: "Ona görə də parkinqlərlə bağlı bir nəzarət mexanizmi olmalıdır. Parkinqlərin yaradılması və onlara nəzarət edən qurum müəyyənləşməlidir. Buna səlahiyyətli orqan BNA-dırsa, çox təəssüf ki, bu qurum indiyədək normal bir parklanma yeri yaratmayıb. Mən ancaq BNA-dan parkinqləri ləğv etmək xəbərini eşidirəm. Ancaq ləğv etməklə nəticələnən addımlar atdıqda qanunsuz parklanma yerləri ortaya çıxır. BNA parklanma yerləri yaratmadıqda bunu başqa biri yaradır. BNA bu gün parklanma yerlərini ləğv edərkən bu cür qanunsuz parkinqlərin hansı səbəbdən yaradıldığını araşdırmalıdır. Bu zaman üzə çıxacaq ki, həmin qanunsuz parkinq tələbatdan yaranıb. Çünki həmin ərazidə qanuni parklanma yeri yoxdur".Əvvəl şərait yaradın, sonra tələb edinE.Muradlı iddia edir ki, BNA-nın məhəllədaxili yollara "dayanma-durma qadağandır" nişanı vurması da doğru deyil: "Bakıda məhəllə yollarında avtmobil saxlanılmasına icazə verilmir. Bu zaman sürücülər sürüb şəhərin başqa yerlərində avtomobil park edirlər. Bu isə tıxaca səbəb olur. Nə qədər vaxtadək ləğv etmək olar? Hər küçəyə bir "dayanma-durma qadağandır" işarəsi qoymaq hərəkətin təşkili deyil. Bu, yol hərəkətinin təşkili baxımından normal yanaşma deyil. Bunu hansı qurum edirsə, kökündən yanlış addım atır. Cənab prezident də qeyd edib ki, birinci şərait yaradılmalı, sonra tələb edilməlidir. BNA da əvvəl parklanma yeri yaradıb, sonra qanunsuzu ləğv etməlidir ki, insanlar əziyyətə düşməsin, hər gün cərimələnməsinlər".Muradlı onu da qeyd edib ki, parkinqlərin ləğv edilməsində təkcə BNA günahkar deyil: "Bu gün təkcə BNA tərəfindən deyil, Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri, Dövlət Yol Polisi tərəfindən də parklanma yerləri ləğv edilir. Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri parklanma yerlərini tikinti şirkətlərinə satırlar. Müxtəlif qurumların parklama yerlərinin ləğvində rolu var. Nəticədə ziyan vətəndaşlara dəyir".Bakıda parkinq çatışmazlığı varAzərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat və Logistika Kafedrasının baş müəllimi Bulud Bağırov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakıda hazırda ehtiyac olan ərazilərdə parklanma yerləri yoxdur. Bəzi yerlərdə isə parkinqlər olsa da, yerində deyil: "Mən özüm də ərazidə parkinq olmadığından avtomobili məcburi bir neçə dəqiqəlik saxladığım üçün cərimələnmişəm. Tramvay və trolleybuslar işə salınmasa...B.Bağırov deyir ki, bu gün parklanma yerlərinin sayının artırılması ilə yanaşı, nəqliyyatın təşkili baxımından ciddi islahatlar aparılmalıdır: "Parkinqlərin sayını artırdıqca digər tərəfdən avtomobillərin də sayı artır. Bu gün elə evlər var ki, iki-beş avtomobil çıxır. Hər avtomobildən isə evin bir sakini istifadə edir. Bu məsələ üzərində düşünülməlidir. İnsanlar ictimai nəqliyyatın fəaliyyəti bərbad olduğundan şəxsi avtomobildən istifadə etməli olurlar. Çünki sərnişinlər saatlarla dayanacaqlarda qalır, avtobus gözləyirlər. Yarım saatdan sonra gələn avtobusa isə ya minə bilirlər, ya da əlavə 20-25 dəqiqə növbəti avtobusu gözləməli olurlar. Ona görə də BNA tramvay, trolleybusların işə salınmasını təklif etməlidir. Bu, paytaxtda tıxac probleminin də qarşısını almış olar. Tramvay və trolleybus xətti bərpa olunarsa, bu şəxsi minik avtomobillərinə də tələbatı azaldar".Kafedra müəllimi deyir ki, bu gün əsas hədəf Bakıda hərəkət edən avtomobil sayını azaltmağa yönəlməlidir.BNA-nın mətbuat katibi Mais Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, piyada səkilərini qanunsuz parklanmaya çevirmək yolverilməzdir. M.Ağayev qeyd edib ki, hansısa qurumun asfalt örtüyü vuraraq həmin ərazini parkinqə çevirməsi piyadaların hərəkətini məhdudlaşdırır. Bu zaman isə piyadaların həyatı üçün təhlükə yaranır.2028-ci ilə qədər Pirallahıya qədər parklanma siyasəti həyata keçiriləcəkXatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuata açıqlamasında bildirib ki, qanunsuz parklanma yerlərinin quruma aidiyyəti yoxdur. V.Kərimlinin sözlərinə görə, onların himayədarları var. BNA sədri onu da əlavə edib ki, Bakı şəhərində tariflər tətbiq olmadan vəsaitlərin yığılmasından söhbət gedə bilməz: "Hər hansı parkda duran şəxsə BNA vəsiqə verməyib. Həmin park yerlərində vətəndaşın daşınan əmlakına ziyan vurulsa da, qarşılanmır. Mənə də yaxınlaşıblar, məsələ araşdırılıb və sonu polisdə bitib", - deyə V.Kərimli bildirib.BNA rəsmisi deyib ki, parklanma yerləri ilə bağlı qiymətlər müvafiq dövlət orqanı ilə razılaşdırıldıqdan sonra açıqlanacaq. O bildirib ki, Bakı şəhərində 15 minə yaxın qanuni parklanma yeri var. 2020-ci ildə 300-ə yaxın məntəqədə 5300-dən çox əlavə parklama yeri təşkil edilib. V.Kərimli deyib ki, Bakıda hamı üçün parklanma yeri salmaq qeyri-mümkündür. Yeganə həll yolu parklanma yerlərinin idarə olunmasıdır. Bununla əlaqədar Agentlik yeni məsləhətçi şirkət cəlb edib. Nəticədə 2028-ci ilə qədər Pirallahıya qədər parklanma siyasəti həyata keçiriləcək."Bizim strateji hədəfimiz parklanmada dövlətin tənzimləmə rolunu oynamaqdır. İlk dəfə olaraq qiymətlərin şəhər mərkəzi ilə kənar yaşayış yerlərində olan qiymətlərin diversifikasiyası həyata keçiriləcək. Çünki şəhər mərkəzi ilə yaşayış yerlərindəki parklanma qiymətləri eyni olmamalıdır. Parklanmanı həyata keçirmək üçün nəqliyyat vasitələrinin kimə aid olduğu, harada qeydiyyatdan keçdiyi, insanların hansı ünvanlarda yaşaması kimi məlumatlar şərtdir. Bu detalların alınması bu gün mövcud deyil. Biz bu gün bütün məlumatları küçəbəküçə analiz edirik. Ümumilikdə 8 zona üzrə 11 sosial iqtisadi zonada bölgü aparılıb. Zonaların özü də qiymət faktoruna təsir edən amillərdir".Onun sözlərinə görə, parklanma ilə bağlı ilkin pilot layihə 6-cı Paralel küçəsində tətbiq ediləcək. Orada fərqli parklanma siyasəti tətbiq edəcəyik. Bundan sonra bu, Bakı şəhərinin mərkəzini və ətraf ərazilərini əhatə edəcək, "parkovşik" məsələsi qalmayacaq. V.Kərimli deyir ki, parklanma üçün qanunsuz pul yığımı əvvəlki dövrlərdən BNA-ya miras qalıb.Eləcə də oxuyun:* Tikinti ilə bağlı yeni qərar bizi park etmə problemindən qurtaracaq* İki gözəl insanı üz-üzə qoyan səbəb: obyektin "dədə evindən gələn" önü və şəxsi "ceyran"* Bakını iflic edən problem – Artıq məsələ ən yüksək səviyyədə nəzarətə götürülüb* Bir qərarla yüz minlərlə sürücünü sevindirəcəklər
https://sputnik.az/20211031/bes-deqiqesi-bir-manat-olan-eylence-neqliyyat-vasitesine-cevrilir---layihe-var-amma-434604567.html
https://sputnik.az/20210208/Bakda-parkinq-problemi-Qeyri-rsmi-qiymtlr-l-yandrr-426141437.html
https://sputnik.az/20210428/bakida-qanunsuz-parklanma-erasina-son-qoyulacaq-426816582.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/09/426407866_341:0:3072:2048_1920x0_80_0_0_3e7ef139ed93b693bc28971c819bdf2c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
parkinq, avtomobil, sürücü, bakı, bna
parkinq, avtomobil, sürücü, bakı, bna
Bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye! - Parkinq problemi nə vaxt həll olunacaq?
09:33 11.11.2021 (Yenilənib: 10:54 11.11.2021) Paytaxtda qanunsuz parkinqlər ləğv olunur, qanuni isə yaradılmır. Adamlar da bilmirlər, yarım saatdan bir işləyən ictimai nəqliyyatla hərəkət eləsinlər, yoxsa parkinq və cəriməyə pul xərcləsinlər...
BAKI, 11 noyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) qanunsuz parklanma ilə bağlı bir sıra qurumlara müraciət edib.
Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, səkinin olmadığı Xəzər rayonu A.İldırım küçəsində piyadalar üçün şərait yaratmaq əvəzinə, asfalt örtük döşənərək qanunsuz parkinq yeri təşkil edilir. Bu isə piyadaların hərəkətini daha da çətinləşdirməklə yanaşı, həm də təhlükə riskini də artırır: "Bəzən küçə və prospektlərdə, xüsusən də səkilərin olmadığı yerlərdə piyadaların hərəkəti çətinləşdirilir. Bir çox hallarda bu kimi işlər müvafiq qurumların birbaşa iştirakı ilə görülür. Bunu nəzərə alaraq bütün aidiyyəti qurumları piyada təhlükəsizliyinin təmin edilməsi, piyadalar üçün uyğun şəraitin yaradılması üçün əməkdaşlığa dəvət edirik".
Qeyd edək ki, parklanma məsələsi avtomobili olan vətəndaşların ən çox üzləşdiyi problemlərdən birinə çevrilib. Sürücülər Bakıda parklanma yerlərinin azlığından şikayət edirlər. Onlar parkinqlərin azlığı səbəbindən tez-tez cərimələndiklərindən gileylənirlər.
Sputnik Azərbaycan qanunsuz parklanma yerləri ilə mübarizənin hansı formada aparılmalı olduğunu araşdırıb.
Bəs sürücü harada saxlasın?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, reallıqlar baxımından yanaşıldıqda paytaxtda parklanma yerlərinin yaradılmasının əleyhinə deyil: "Bu gün ancaq parkinqləri ləğv edirik. Sürücülərə şərait yaradılmır ki, onlar getdikləri ünvana yaxın yerdə avtomobillərini saxlasınlar. Nəticədə həmin sürücülər şəhəri ələk-vələk edib avtomobillərini saxlamağa yer axtarırlar. Bu isə tıxaca səbəb olur. Nəzərə almaq lazımdır ki, sürücü avtomobilini bir yerə park etməlidir. Çox təəssüf ki, BNA bunu nəzərə almadan parklanma yerlərini ləğv edir".
Bununla belə, ekspert səkiləri parklama yerinə çevirməyin də doğru olmadığını bildirir. Onun sözlərinə görə, BNA parklanma yerləri yaratmadıqda bu boşluğu kimsə doldurur: "Hər halda bu məsələ araşdırılmalıdır ki, həmin parkinqləri kimlər nə məqsədlə yaradırlar".
E.Muradlı bildirir ki, şəhərdə parklanma ilə vəziyyət heç də ürəkaçan deyil. Onun sözlərinə görə, ictimai nəqliyyatın fəaliyyəti qənaətbəxş olmadığından insanlar şəxsi avtomobilə üstünlük verirlər:
"Şəxsi avtomobilləri olan sürücülərə isə imkan verilmir ki, haradasa avtomobillərini park etsinlər. Bir tərəfdən avtobus zolağı çəkilir və şəxsi avtomobillərin həmin zolaqlara girişinə icazə verilmir. Digər tərəfdən isə parklanma üçün şərait yaradılmır. Onda sual yaranır ki, bu sürücülər avtomobillərini harada park etməlidirlər?"
Qanunsuz ləğv olunur, qanuni də yaradılmır
Ekspert deyir ki, qanunsuz parklanma yerlərinin yaranmasına qanuni parkinqlərin olmaması rəvac verir: "Ona görə də parkinqlərlə bağlı bir nəzarət mexanizmi olmalıdır. Parkinqlərin yaradılması və onlara nəzarət edən qurum müəyyənləşməlidir. Buna səlahiyyətli orqan BNA-dırsa, çox təəssüf ki, bu qurum indiyədək normal bir parklanma yeri yaratmayıb. Mən ancaq BNA-dan parkinqləri ləğv etmək xəbərini eşidirəm. Ancaq ləğv etməklə nəticələnən addımlar atdıqda qanunsuz parklanma yerləri ortaya çıxır. BNA parklanma yerləri yaratmadıqda bunu başqa biri yaradır. BNA bu gün parklanma yerlərini ləğv edərkən bu cür qanunsuz parkinqlərin hansı səbəbdən yaradıldığını araşdırmalıdır. Bu zaman üzə çıxacaq ki, həmin qanunsuz parkinq tələbatdan yaranıb. Çünki həmin ərazidə qanuni parklanma yeri yoxdur".
Əvvəl şərait yaradın, sonra tələb edin
E.Muradlı iddia edir ki, BNA-nın məhəllədaxili yollara "dayanma-durma qadağandır" nişanı vurması da doğru deyil: "Bakıda məhəllə yollarında avtmobil saxlanılmasına icazə verilmir. Bu zaman sürücülər sürüb şəhərin başqa yerlərində avtomobil park edirlər. Bu isə tıxaca səbəb olur. Nə qədər vaxtadək ləğv etmək olar? Hər küçəyə bir "dayanma-durma qadağandır" işarəsi qoymaq hərəkətin təşkili deyil. Bu, yol hərəkətinin təşkili baxımından normal yanaşma deyil. Bunu hansı qurum edirsə, kökündən yanlış addım atır. Cənab prezident də qeyd edib ki, birinci şərait yaradılmalı, sonra tələb edilməlidir. BNA da əvvəl parklanma yeri yaradıb, sonra qanunsuzu ləğv etməlidir ki, insanlar əziyyətə düşməsin, hər gün cərimələnməsinlər".
Muradlı onu da qeyd edib ki, parkinqlərin ləğv edilməsində təkcə BNA günahkar deyil:
"Bu gün təkcə BNA tərəfindən deyil, Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri, Dövlət Yol Polisi tərəfindən də parklanma yerləri ləğv edilir. Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri parklanma yerlərini tikinti şirkətlərinə satırlar. Müxtəlif qurumların parklama yerlərinin ləğvində rolu var. Nəticədə ziyan vətəndaşlara dəyir".
Bakıda parkinq çatışmazlığı var
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat və Logistika Kafedrasının baş müəllimi Bulud Bağırov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakıda hazırda ehtiyac olan ərazilərdə parklanma yerləri yoxdur. Bəzi yerlərdə isə parkinqlər olsa da, yerində deyil: "Mən özüm də ərazidə parkinq olmadığından avtomobili məcburi bir neçə dəqiqəlik saxladığım üçün cərimələnmişəm.
BNA-nın işi ancaq cərimə yazmaq olmalı deyil. Cərimə tərbiyə üsulu da deyil. Öncə parklanma yerləri yaratmaq lazımdır. Əgər sürücü həmin ərazidəki parklanma yerində avtomobilini park etməyibsə, cərimə etmək olar. Amma ərazidə heç bir parklanma yeri olmadığı halda sürücünü avtomobili saxladığına görə cərimələmək düzgün yanaşma deyil. Bu gün Bakıda çox ciddi parkinq çatışmazlığı var. Bunun da üstünə, olanları ləğv etmək vəziyyəti daha da pisləşdirir".
Tramvay və trolleybuslar işə salınmasa...
B.Bağırov deyir ki, bu gün parklanma yerlərinin sayının artırılması ilə yanaşı, nəqliyyatın təşkili baxımından ciddi islahatlar aparılmalıdır: "Parkinqlərin sayını artırdıqca digər tərəfdən avtomobillərin də sayı artır. Bu gün elə evlər var ki, iki-beş avtomobil çıxır. Hər avtomobildən isə evin bir sakini istifadə edir. Bu məsələ üzərində düşünülməlidir. İnsanlar ictimai nəqliyyatın fəaliyyəti bərbad olduğundan şəxsi avtomobildən istifadə etməli olurlar. Çünki sərnişinlər saatlarla dayanacaqlarda qalır, avtobus gözləyirlər. Yarım saatdan sonra gələn avtobusa isə ya minə bilirlər, ya da əlavə 20-25 dəqiqə növbəti avtobusu gözləməli olurlar. Ona görə də BNA tramvay, trolleybusların işə salınmasını təklif etməlidir. Bu, paytaxtda tıxac probleminin də qarşısını almış olar. Tramvay və trolleybus xətti bərpa olunarsa, bu şəxsi minik avtomobillərinə də tələbatı azaldar".
Kafedra müəllimi deyir ki, bu gün əsas hədəf Bakıda hərəkət edən avtomobil sayını azaltmağa yönəlməlidir.
BNA-nın mətbuat katibi Mais Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, piyada səkilərini qanunsuz parklanmaya çevirmək yolverilməzdir. M.Ağayev qeyd edib ki, hansısa qurumun asfalt örtüyü vuraraq həmin ərazini parkinqə çevirməsi piyadaların hərəkətini məhdudlaşdırır. Bu zaman isə piyadaların həyatı üçün təhlükə yaranır.
2028-ci ilə qədər Pirallahıya qədər parklanma siyasəti həyata keçiriləcək
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuata açıqlamasında bildirib ki, qanunsuz parklanma yerlərinin quruma aidiyyəti yoxdur. V.Kərimlinin sözlərinə görə, onların himayədarları var. BNA sədri onu da əlavə edib ki, Bakı şəhərində tariflər tətbiq olmadan vəsaitlərin yığılmasından söhbət gedə bilməz: "Hər hansı parkda duran şəxsə BNA vəsiqə verməyib. Həmin park yerlərində vətəndaşın daşınan əmlakına ziyan vurulsa da, qarşılanmır. Mənə də yaxınlaşıblar, məsələ araşdırılıb və sonu polisdə bitib", - deyə V.Kərimli bildirib.
BNA rəsmisi deyib ki, parklanma yerləri ilə bağlı qiymətlər müvafiq dövlət orqanı ilə razılaşdırıldıqdan sonra açıqlanacaq. O bildirib ki, Bakı şəhərində 15 minə yaxın qanuni parklanma yeri var. 2020-ci ildə 300-ə yaxın məntəqədə 5300-dən çox əlavə parklama yeri təşkil edilib. V.Kərimli deyib ki, Bakıda hamı üçün parklanma yeri salmaq qeyri-mümkündür. Yeganə həll yolu parklanma yerlərinin idarə olunmasıdır. Bununla əlaqədar Agentlik yeni məsləhətçi şirkət cəlb edib. Nəticədə 2028-ci ilə qədər Pirallahıya qədər parklanma siyasəti həyata keçiriləcək.
"Bizim strateji hədəfimiz parklanmada dövlətin tənzimləmə rolunu oynamaqdır. İlk dəfə olaraq qiymətlərin şəhər mərkəzi ilə kənar yaşayış yerlərində olan qiymətlərin diversifikasiyası həyata keçiriləcək. Çünki şəhər mərkəzi ilə yaşayış yerlərindəki parklanma qiymətləri eyni olmamalıdır. Parklanmanı həyata keçirmək üçün nəqliyyat vasitələrinin kimə aid olduğu, harada qeydiyyatdan keçdiyi, insanların hansı ünvanlarda yaşaması kimi məlumatlar şərtdir. Bu detalların alınması bu gün mövcud deyil. Biz bu gün bütün məlumatları küçəbəküçə analiz edirik. Ümumilikdə 8 zona üzrə 11 sosial iqtisadi zonada bölgü aparılıb. Zonaların özü də qiymət faktoruna təsir edən amillərdir".
Onun sözlərinə görə, parklanma ilə bağlı ilkin pilot layihə 6-cı Paralel küçəsində tətbiq ediləcək. Orada fərqli parklanma siyasəti tətbiq edəcəyik. Bundan sonra bu, Bakı şəhərinin mərkəzini və ətraf ərazilərini əhatə edəcək, "parkovşik" məsələsi qalmayacaq. V.Kərimli deyir ki, parklanma üçün qanunsuz pul yığımı əvvəlki dövrlərdən BNA-ya miras qalıb.
* İki gözəl insanı üz-üzə qoyan səbəb: obyektin "dədə evindən gələn" önü və şəxsi "ceyran"