CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir qərarla yüz minlərlə sürücünü sevindirəcəklər

© Sputnik / Anar MustafayevАвтомобили, припаркованные на одной из улиц Баку, фото из архива
Автомобили, припаркованные на одной из улиц Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dayanma və durma qaydalarının pozulmasına görə cərimənin tətbiq edilməsi qaydası dəyişir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir

BAKI, 22 yanvar — Sputnik. Dayanma və durma qaydalarının pozulmasına görə cərimənin tətbiq edilməsi qaydası dəyişir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişiklik Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Dəyişikliyə görə, Məcəlləyə yeni qeyd əlavə edilir. Həmin qeydə əsasən, şəxs bu Məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

Qeyd edək ki, 346-cı maddə dayanma və ya durma qaydalarının pozulmasını əks etdirir və buna görə iyirmi manat məbləğində cərimə nəzərdə tutulur.

Xəbər lenti
0