Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Gənc taekvondoçularımız Bosniya və Herseqovinaya yollanıblar

© AFP 2024 / ED JONESTaekvondo
Taekvondo - Sputnik Azərbaycan, 1920, 10.11.2021
Abunə olmaq
Noyabrın 12-15-də keçiriləcək yarışda ölkəmizi 15 idmançı təmsil edəcək.
BAKI, 10 noyabr — Sputnik. Gənc taekvondoçularımız Bosniya və Herseqovinada keçiriləcək Avropa birinciliyinə yollanıblar.
Sputnik Azərbaycan xəbər verir ki, noyabrın 12-15-də keçiriləcək yarışda ölkəmizi 15 idmançı təmsil edəcək. Belə ki, Məmməd Abdullayev və Zahid Məmmədovun yetirmələrindən oğlanların yarışında Pünhan Mürsəlov (45 kq), Rahid Vəliyev (48 kq), Səyyad Dadaşov (51 kq), Yusif Qurbanov (55 kq), Fərid Əliyev (59 kq), Nicat İsmayılzadə (63 kq), Nizami Hacıyev (68 kq), Eltac Qafarov (73 kq) iştirak edəcəklər. Qızların turnirində isə Zemfira Həsənzadə (42 kq), Məryəm Məmmədova (44 kq), Sona Aqayeva (46 kq), Aysu Mammadova (49 kq), Leyla Bəşirova (52 kq), Meylin Məmmədova (55 kq) və Fatima Macidova (59 kq) mübarizə aparacaqlar.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Bosniya və Herseqovinaya yola düşən komanda ilə birlikdə turnirdə beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da ölkəmizi təmsil edəcək.
Millimiz noyabrın 16-da Vətənə dönəcək.
Xəbər lenti
0