CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ceyhun Bayramov Atatürkün anım günü ilə bağlı paylaşım edib

© Sputnik / Murad OrujovCeyhun Bayramov
Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 10.11.2021
Abunə olmaq
Nazir həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Atatürklə bağlı sitatını da qeyd edib.
BAKI, 10 noyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda deyilir:
"Qardaş Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkü anım günündə ehtiramla yad edirik".
Nazir həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Atatürklə bağlı sitatını da qeyd edib: "Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir".
Qeyd edək ki, ötən ilin dekabrın 3-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yaymışdı. Məlumatda deyilirdi: Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxıb. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanıb, ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
Azərbaycana təyin olunan səfir Cahit Bağçı - Sputnik Azərbaycan, 1920, 08.11.2021
AZƏRBAYCAN XƏBƏRLƏRİ
“Dostun gəlişi bayram olar" - səfir Azərbaycan xalqını təbrik edib
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.
Bununla yanaşı, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: "Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir". Azərbaycanı ürəkdən sevən, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" deyən Mustafa Kamal Atatürk hər bir azərbaycanlının qəlbində özünə yer etmişdir, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur.
Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.
Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub.
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilir.
Xəbər lenti
0