Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

“Dostun gəlişi bayram olar" - səfir Azərbaycan xalqını təbrik edib

© Photo : Twitter / Cahit BağcıAzərbaycana təyin olunan səfir Cahit Bağçı
Azərbaycana təyin olunan səfir Cahit Bağçı - Sputnik Azərbaycan, 1920, 08.11.2021
Abunə olmaq
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən, 8 Noyabr Azərbaycanda Zəfər Günüdür
BAKI, 8 noyabr — Sputnik. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Sputnik Azərbaycan xəbər verir ki, səfirin "Twitter" səhifəsində etdiyi paylaşımda deyilir:
“Dostun gəlişi bayram olar.
Yığılsın ozanlar
Çalsın sazlar
Bu gün Zəfər Günüdür".
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu da 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Türkiyə XİN rəhbəri “Twitter”də paylaşımında qeyd edib: “Haqlı mübarizəsində qazandığı zəfərin ardından artıq Qarabağda Can Azərbaycanın bayrağı dalğalanır, xarı-bülbül coşqu ilə çiçək açır. Qardaş Azərbaycanın Zəfər Günü qutlu olsun. Əziz şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun”, - türkiyəli nazir qeyd edib.
“Qardaşlarımızın Zəfər Gününü təbrik edirəm”. Bunu Türkiyənin hakim ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım 8 Noyabr - Zəfər Günü münasibətilə tvitter hesabında paylaşımında qeyd edib.
“Bizə bu günü yaşadan Uca Allaha sonsuz təşəkkürlər. Şəhidlərimizin ruhu şad, məkanı cənnət olsun”, - deyə Binəli Yıldırım bildirib.
“Can Azərbaycan bir il əvvəl bu gün 44 gün ərzində ortaya qoyduğu mübarizəni zəfərlə taclandırdı və Qarabağı azadlığına qovuşdurdu”. Bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay 8 Noyabr - Zəfər Günü münasibətilə "Twitter" hesabında yazıb. “Qardaş Azərbaycanın Zəfər Günü mübarək olsun. Əziz şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun”, - F.Oktay əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən, 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu.
Eləcə də oxuyun:
* Azərbaycanda Zəfər Günü qeyd olunur
* Zəfər Günü beynəlxalq hüquq və ədalətin təntənəsidir - Azərbaycan XİN
* Bizi Zəfərə qovuşduranlar - Əziz Şuşa, biz qayıtmışıq!
* "Azərbaycan xalqı, gözün aydın, başın daim uca olsun!" - Mehriban Əliyeva
* Bakıda Zəfər yürüşü keçirilir
* Şuşada şükür namazı qılındı
Xəbər lenti
0