https://sputnik.az/20211110/bakinin-sirin-hamaminda-sergi-kecirilecek--435060392.html
Bakının "Şirin hamam"ında sərgi keçiriləcək
Bakının "Şirin hamam"ında sərgi keçiriləcək
Sputnik Azərbaycan
Sərgi noyabrın 17-dən dekabrın 1-dək XVII əsrdə inşa edilmiş, orta əsr milli əhəmiyyətli memarlıq abidəsi olan Qasım bəy hamamında keçiriləcək 10.11.2021, Sputnik Azərbaycan
2021-11-10T23:05+0400
2021-11-10T23:05+0400
2021-11-10T23:05+0400
sərgi
mədəniyyət
bakı
hamam
https://cdnn1.img.sputnik.az/img/07e5/01/07/425899299_0:0:3067:1725_1920x0_80_0_0_b63bfa98b928c2d2850caf4e166ea3fa.jpg
BAKI, 10 noyabr — Sputnik. Dünya mədəni irsinin qorunub saxlanılmasının vacibliyi barədə biliklərin genişləndirilməsinə yönəlmiş "Şərq irsi" adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi təşkil ediləcək.Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, sərgi noyabrın 17-dən dekabrın 1-dək XVII əsrdə inşa edilmiş, orta əsr milli əhəmiyyətli memarlıq abidəsi olan Qasım bəy hamamında keçiriləcək. Hamama gələn qonaqlara çay ilə birgə verilən şirniyyatlara görə xalq arasında "Şirin hamam" kimi tanınan bu məkan, İçərişəhər qalasının Salyan darvazasının yaxınlığında yerləşir.Qasım bəy hamamı son 30 il ərzində ziyarətçilərin üzünə bağlı olub. Yaxın zamanlarda burada təmir işlərinin aparılacağı gözlənilir. Giriş dəhlizi, qarderob, hamam otaqları, hovuz və qazanxananın daxil olduğu bu hamam kompleksi ənənəvi dizayna malikdir. Soyunma və hovuz otaqlarında xaçvarı günbəzlər var. Bu otaqlar bir-birinə bitişik olmaqla, kiçik künc hücrələri vasitəsilə əlaqələndirilib. Su təchizatı və istilik sistemi üçün keramik borular divarların içində və döşəmənin altında yerləşdirilib. 1970-ci ildə hamamda yenidənqurma işləri aparılıb və bundan sonra 90-cı illərə qədər burada fəaliyyət göstərən "Yaşıl aptek" adı ilə tanınan əczaxanaya çevrilib.Alfons Huqun (Bakı Goethe-Zentrum) kuratorluğu ilə keçirilən "Şərq irsi" sərgisi Əqdəs Bağırzadə (Azərbaycan), Andreas Lanq (Almaniya), Andre Severo (Braziliya), Sabina Şıxlinskaya (Azərbaycan) kimi tanınmış rəssamlar tərəfindən fotoqrafiya, videoart və installyasiya janrlarında hazırlanmış incəsənət əsərlərindən ibarətdir.Eləcə də oxuyun:* Qarabağ xalçaları Tbilisidə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/07/425899299_63:0:2794:2048_1920x0_80_0_0_28134ac925aca627732956fdec6c6fac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sərgi, bakı, hamam
Bakının "Şirin hamam"ında sərgi keçiriləcək
Sərgi noyabrın 17-dən dekabrın 1-dək XVII əsrdə inşa edilmiş, orta əsr milli əhəmiyyətli memarlıq abidəsi olan Qasım bəy hamamında keçiriləcək
BAKI, 10 noyabr — Sputnik. Dünya mədəni irsinin qorunub saxlanılmasının vacibliyi barədə biliklərin genişləndirilməsinə yönəlmiş "Şərq irsi" adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi təşkil ediləcək.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, sərgi noyabrın 17-dən dekabrın 1-dək XVII əsrdə inşa edilmiş, orta əsr milli əhəmiyyətli memarlıq abidəsi olan Qasım bəy hamamında keçiriləcək. Hamama gələn qonaqlara çay ilə birgə verilən şirniyyatlara görə xalq arasında "Şirin hamam" kimi tanınan bu məkan, İçərişəhər qalasının Salyan darvazasının yaxınlığında yerləşir.
Qasım bəy hamamı son 30 il ərzində ziyarətçilərin üzünə bağlı olub. Yaxın zamanlarda burada təmir işlərinin aparılacağı gözlənilir. Giriş dəhlizi, qarderob, hamam otaqları, hovuz və qazanxananın daxil olduğu bu hamam kompleksi ənənəvi dizayna malikdir. Soyunma və hovuz otaqlarında xaçvarı günbəzlər var. Bu otaqlar bir-birinə bitişik olmaqla, kiçik künc hücrələri vasitəsilə əlaqələndirilib. Su təchizatı və istilik sistemi üçün keramik borular divarların içində və döşəmənin altında yerləşdirilib. 1970-ci ildə hamamda yenidənqurma işləri aparılıb və bundan sonra 90-cı illərə qədər burada fəaliyyət göstərən "Yaşıl aptek" adı ilə tanınan əczaxanaya çevrilib.
Alfons Huqun (Bakı Goethe-Zentrum) kuratorluğu ilə keçirilən "Şərq irsi" sərgisi Əqdəs Bağırzadə (Azərbaycan), Andreas Lanq (Almaniya), Andre Severo (Braziliya), Sabina Şıxlinskaya (Azərbaycan) kimi tanınmış rəssamlar tərəfindən fotoqrafiya, videoart və installyasiya janrlarında hazırlanmış incəsənət əsərlərindən ibarətdir.