Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakı dünya çempionatına hazırlaşır: bu idman növü üzrə ilk təcrübədir

© AP Photo / Ashley LandisGimnastika
Gimnastika - Sputnik Azərbaycan, 1920, 10.11.2021
Abunə olmaq
Yarışların ilkin cədvəlinə əsasən, ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək.
BAKI, 10 noyabr — Sputnik. Noyabrın 18-21-də Bakıda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı təşkil olunacaq.
Sputnik Azərbaycan xəbər verir ki, ilkin qeydiyyat siyahısına əsasən, 33 ölkə yarışda iştirakını təsdiqləyib.
Artıq Çin millisinin dünya çempionatı üçün heyəti açıqlanıb. Bu ölkəni 13 gimnast təmsil edəcək.
Dörd gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilkin cədvəlinə əsasən, ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.
Çempionatda hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq.
Xəbər lenti
0