https://sputnik.az/20211109/turkiyenin-mudafie-naziri-ermenistanin-faktlari-tehrif-etdiyini-aciqladi-435024789.html
Türkiyənin Müdafiə naziri Ermənistanın faktları təhrif etdiyini açıqladı
Türkiyənin Müdafiə naziri Ermənistanın faktları təhrif etdiyini açıqladı
Sputnik Azərbaycan
Hulusi Akar deyib ki, Ermənistan tərəfinin populist, opportunist bir mövqedə olduğunu, bəzi şəxslərin seçkilərdə səs toplamaq üçün tarixi hadisələrdən... 09.11.2021, Sputnik Azərbaycan
2021-11-09T13:15+0400
2021-11-09T13:15+0400
2021-11-09T14:39+0400
siyasət
türkiyə
ermənistan
hulusi akar
baş qərargah rəisi hulusi akar
1915-ci il hadisələri
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/08/425149146_0:0:3119:1754_1920x0_80_0_0_d28b7f63f0d4d439ff868e914b951961.jpg
BAKI, 9 noyabr — Sputnik. 1915-ci il hadisələri açıq və aydın şəkildə təhrif edilib.Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov birgə keçirdiyi mətbuat konfransında deyib.Akar qeyd edib ki, Türkiyə ABŞ-la NATO çərçivəsində mütəffiqdir. Onların ikitərəfli razılaşmaları və öhdəlikləri var. Bu çərçivədə münasibətləri sakit, rasional və obyektiv formada, iki ölkənin xeyrinə olacaq şəkildə davam etdirmək üçün əllərindən gələni edilər. 24 aprel 1915-ci il soyqırım iddiasına gəldikdə isə nazir deyib ki, bir iclasda erməni millət vəkili ilə qarşılaşıblar: “O, “ermənilər qətl edilib, soyqırım edilib” iddialarını səsləndirdi və sübut etməyə gəldikdə isə “hamı bunu qəbul edir” dedi. Biz orada onlara belə bir cavab verdik ki, “Qaliley "dünya dönür" deyəndə hamı etiraz edirdi. Buna görə də bir çox insanın hər hansı bir şəkildə səhv deməsi, səhvin doğru olması demək deyil". Hulusi Akar qeyd edib ki, onun doktorluq dissertasiyasının mövzusu da bu məsələdir:"Bir Harbord hesabatı var. Amerikalı heyət hadisədən 4 il sonra, 1919-cu ildə Türkiyəyə gəlir və 600 səhifəlik hesabat hazırlayırlar. Bu hesabatın heç bir yerində nə qətliam, nə soyqırım sözü var. Sadəcə həmin dövrün şərtlərinə uyğun olaraq Osmanlıda türk və erməni əhali arasında bir sıra toqquşmalar olub. Hesabatda deyilir ki, “biz Anadoluda apardığımız araşdırmada onu gördük ki, türklər və ermənilər 500 il bərabər yaşayıblar, əgər biz qarışmasaq, qarışdırmasaq, 500 il də yaşayarlar". 1915-ci il hadisələrinin də təhrif edildiyi çox aydındır". Akar bununla bağlı Prezident Rəcəb Tayyib Ərdoğanın da tarixçilərdən ibarət bir heyət yaratmağı təklif etdiyini xatırladıb: "Prezidentimiz bu məsələ ilə bağlı tarixçilərdən ibarət heyətin formalaşdırılmasını təklif edib. Siyasətçilər də "mən haqlıyam", "sən haqsızsan" deməsinlər. Tarixçilər mübahisə etsinlər, nəticəni ortaya qoysunlar. Bizim sənədlərimiz ortadır. Ermənistan tərəfinin populist, opportunist bir mövqedə olduğunu, bəzi şəxslərin seçkilərdə səs toplamaq üçün tarixi hadisələrdən sui-istifadə etdiklərini görürük. Bunu hamının bilməsi lazımdır".Nazirlərin birgə mətbuat konfransıXatırladaq ki, bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Heydər Əliyev Mərkəzində birgə mətbuat konfransı keçiriblər.Konfransda media nümayəndələrinin sualları cavablandırıldıqdan sonra hər iki qardaş ölkənin müdafiə nazirləri bəyanatla çıxış ediblər.Müdafiə naziri general-polkovnik Z.Həsənov Vətən müharibəsində Türkiyənin həm siyasi, həm də mənəvi dəstəyinə görə qardaş ölkəyə təşəkkürünü bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirdiyi diqqətə çatdırılıb.Nazir Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib. Müdafiə naziri Zəfər Gününü bizimlə birgə qeyd etmək üçün ölkəmizə təşrif buyuran türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə öz təşəkkürünü bildirib.Türkiyənin milli müdafiə naziri H.Akar hər iki ölkənin ortaq tarixinin olduğunu bildirərək qardaşlığımızın əbədi davam etdiriləcəyini xüsusi vurğulayıb. Azərbaycanın istənilən probleminin həll olunması istiqamətində Türkiyənin bütün imkanlarını səfərbər etməyə hər zaman hazır olduğu diqqətə çatdırılıb. Milli müdafiə naziri ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.Mətbuat konfransının sonunda media nümayəndələri ilə birgə xatirə fotosu çəkdirilib.Həmçinin oxuyun:Türk nazir azərbaycanlı şəhid zabit barədə danışanda göz yaşlarını saxlaya bilmədiAzərbaycan və Türkiyənin müdafiə nazirləri birgə mətbuat konfransı keçiriblər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/08/425149146_174:0:2905:2048_1920x0_80_0_0_6dba767d542e3d7ff0e536e053c9e91a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, ermənistan, hulusi akar, baş qərargah rəisi hulusi akar, 1915-ci il hadisələri
türkiyə, ermənistan, hulusi akar, baş qərargah rəisi hulusi akar, 1915-ci il hadisələri
Türkiyənin Müdafiə naziri Ermənistanın faktları təhrif etdiyini açıqladı
13:15 09.11.2021 (Yenilənib: 14:39 09.11.2021) Hulusi Akar deyib ki, Ermənistan tərəfinin populist, opportunist bir mövqedə olduğunu, bəzi şəxslərin seçkilərdə səs toplamaq üçün tarixi hadisələrdən sui-istifadə etdiklərini görürük.
BAKI, 9 noyabr — Sputnik. 1915-ci il hadisələri açıq və aydın şəkildə təhrif edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov birgə keçirdiyi mətbuat konfransında deyib.
Akar qeyd edib ki, Türkiyə ABŞ-la NATO çərçivəsində mütəffiqdir. Onların ikitərəfli razılaşmaları və öhdəlikləri var. Bu çərçivədə münasibətləri sakit, rasional və obyektiv formada, iki ölkənin xeyrinə olacaq şəkildə davam etdirmək üçün əllərindən gələni edilər.
24 aprel 1915-ci il soyqırım iddiasına gəldikdə isə nazir deyib ki, bir iclasda erməni millət vəkili ilə qarşılaşıblar:
“O, “ermənilər qətl edilib, soyqırım edilib” iddialarını səsləndirdi və sübut etməyə gəldikdə isə “hamı bunu qəbul edir” dedi. Biz orada onlara belə bir cavab verdik ki, “Qaliley "dünya dönür" deyəndə hamı etiraz edirdi. Buna görə də bir çox insanın hər hansı bir şəkildə səhv deməsi, səhvin doğru olması demək deyil".
Hulusi Akar qeyd edib ki, onun doktorluq dissertasiyasının mövzusu da bu məsələdir:
"Bir Harbord hesabatı var. Amerikalı heyət hadisədən 4 il sonra, 1919-cu ildə Türkiyəyə gəlir və 600 səhifəlik hesabat hazırlayırlar. Bu hesabatın heç bir yerində nə qətliam, nə soyqırım sözü var. Sadəcə həmin dövrün şərtlərinə uyğun olaraq Osmanlıda türk və erməni əhali arasında bir sıra toqquşmalar olub. Hesabatda deyilir ki, “biz Anadoluda apardığımız araşdırmada onu gördük ki, türklər və ermənilər 500 il bərabər yaşayıblar, əgər biz qarışmasaq, qarışdırmasaq, 500 il də yaşayarlar". 1915-ci il hadisələrinin də təhrif edildiyi çox aydındır".
Akar bununla bağlı Prezident Rəcəb Tayyib Ərdoğanın da tarixçilərdən ibarət bir heyət yaratmağı təklif etdiyini xatırladıb:
"Prezidentimiz bu məsələ ilə bağlı tarixçilərdən ibarət heyətin formalaşdırılmasını təklif edib. Siyasətçilər də "mən haqlıyam", "sən haqsızsan" deməsinlər. Tarixçilər mübahisə etsinlər, nəticəni ortaya qoysunlar. Bizim sənədlərimiz ortadır. Ermənistan tərəfinin populist, opportunist bir mövqedə olduğunu, bəzi şəxslərin seçkilərdə səs toplamaq üçün tarixi hadisələrdən sui-istifadə etdiklərini görürük. Bunu hamının bilməsi lazımdır".
Nazirlərin birgə mətbuat konfransı
Xatırladaq ki, bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Heydər Əliyev Mərkəzində birgə mətbuat konfransı keçiriblər.
Konfransda media nümayəndələrinin sualları cavablandırıldıqdan sonra hər iki qardaş ölkənin müdafiə nazirləri bəyanatla çıxış ediblər.
Müdafiə naziri general-polkovnik Z.Həsənov Vətən müharibəsində Türkiyənin həm siyasi, həm də mənəvi dəstəyinə görə qardaş ölkəyə təşəkkürünü bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirdiyi diqqətə çatdırılıb.Nazir Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib. Müdafiə naziri Zəfər Gününü bizimlə birgə qeyd etmək üçün ölkəmizə təşrif buyuran türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə öz təşəkkürünü bildirib.
Türkiyənin milli müdafiə naziri H.Akar hər iki ölkənin ortaq tarixinin olduğunu bildirərək qardaşlığımızın əbədi davam etdiriləcəyini xüsusi vurğulayıb. Azərbaycanın istənilən probleminin həll olunması istiqamətində Türkiyənin bütün imkanlarını səfərbər etməyə hər zaman hazır olduğu diqqətə çatdırılıb. Milli müdafiə naziri ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.
Mətbuat konfransının sonunda media nümayəndələri ilə birgə xatirə fotosu çəkdirilib.