Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Türk nazir azərbaycanlı şəhid zabit barədə danışanda göz yaşlarını saxlaya bilmədi

© Turkish Defense Ministry via AP Türkiyənin milli müdafiə naziri Hulusi Akar
 Türkiyənin milli müdafiə naziri Hulusi Akar - Sputnik Azərbaycan, 1920, 09.11.2021
Abunə olmaq
Hulusi Akar deyib ki, zabitimizin hərbi əməliyyatda yaralanması və hospitalda “verdiyim sözə əməl elədim” deyib şəhid olması mənalı, əhəmiyyətli və dəyərli xatirədir.
BAKI, 9 noyabr - Sputnik. Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan baş leytenantı Valeh Məmiyevlə bağlı xatirələrini bölüşüb.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, türk nazir vaxtilə mərhum V.Məmiyevlə həmsöhbət olduğunu deyib.
"O, mənə Azərbaycana məxsus torpaqları xilas edəcəyinə söz verdi", - H.Akar vurğulayıb.
H.Akar bu zaman kövrəlib və göz yaşlarını saxlaya bilməyib:

“Bu oğlumuzla təlim zamanı söhbət etdik. “Bu təlimlər, uğurlar əhəmiyyətlidir, ancaq əsil uğur işğal altındakı torpaqların azad edilməsidir” dedik. Bu övladımızın hərbi əməliyyatda yaralanması və hospitalda “verdiyim sözə əməl elədim” deyib şəhid olması mənalı, əhəmiyyətli və dəyərli xatirədir”.

Türkiyənin müdafiə naziri şəhid ailələrinə başsağlığı verib, qazilərə şəfa diləyib: "Şəhidlərimizin və qazilərimizin ailələrini heç bir halda əziyyət çəkməməsi üçün biz Türkiyə, sizlər burada Azərbaycan olaraq hər cür fədakarıq göstərdik və bu istiqamətdə fəaliyyətimiz davam edir.
Şəhidlər və qazilər başımızın tacıdır. Onların ailələrinin rahat və huzurlu olması bizim üçün çox əhəmiyyətlidir. Onlara hər hansı bir hörmətsizliyi qəbul etməyimiz mümkün deyil. Bunun əksini edənlər mütləq millətimizin qəlbində mühakimə olunacaq”.
H.Akar çıxışının sonunda “Yaşasın Türkiyə, yaşasın Azərbaycan, yaşasın Azərbaycan və Türkiyənin əbədi qardaşlığı!” şüarını söyləyib.
Xəbər lenti
0