CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ukrayna parlamentinin deputatları Azərbaycanın Zəfər Günü ilə bağlı açıqlama yayıblar

© Sputnik / Mediabanka keçidUkrayna bayrağı, arxiv şəkli
Ukrayna bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.11.2021
Abunə olmaq
Deputatlar qeyd ediblər ki, sivil əhalinin dəhşətli itkilərinə, raket hücumlarına məruz qalmalarına baxmayaraq Azərbaycanda xalq və dövlət ədaləti cəsarətlə bərpa etdi
BAKI, 8 noyabr — Sputnik. "Ötən il baş verən 44 günlük müharibədə azərbaycanlılar qəhrəmanlıq göstərdilər, ərazilərini işğaldan azad etdilər. Bununla da dünya yeni bir dövrə qədəm qoydu: illərdir postsovet ölkələrini iflic edən dondurulmuş münaqişələrin həlli mümkün olan bir dövr. Çünki ən təhlükəli və gözlənilməz qarşıdurmalardan bəziləri "dondurulmuş" termini ilə adlandırılan münaqişə ocaqlarında baş verir".
Sputnik Azərbaycan xəbər verir ki, bunları "Report"a Ukrayna Ali Radasının deputatları Valeri Kolyux, Volodimir Kreydenko və Lyudmila Buymister bildiriblər.
"Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurasının Bəyannaməsinin və ümumiyyətlə, beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etdi. Sivil əhalinin dəhşətli itkilərinə, raket hücumlarına məruz qalmalarına baxmayaraq Azərbaycanda xalq və dövlət ədaləti cəsarətlə bərpa etdi. Bu, postsovet məkanında dondurulmuş münaqişələrin həllinə dair bir neçə nümunədən biri idi. Bu gün həm Ukraynanın, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qardaşlarımızın xatirəsini dərin hörmətlə anırıq! Zəfər naminə, övladlarının gələcəyi naminə həlak olan bu böyük insanlar daim xatirimizdə yaşayacaqlar. Artıq 8 Noyabr - Zəfər Günü onların qanı bahasına əldə olunmuş tarix boyu unudulmayacaq şərəfli bir hadisədir. Biz Azərbaycan xalqını və Prezidentini bu Qələbə münasibətilə təbrik edirik!"
Eləcə də oxuyun:
* "O, məğlubedilmiş xalq və dövlət damğası ilə əbədi yaşayacaq" - İlham Əliyev
* Türkiyədə Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
* “Dostun gəlişi bayram olar" - səfir Azərbaycan xalqını təbrik edib
* Azərbaycanda Zəfər Günü qeyd olunur
* Zəfər Günü beynəlxalq hüquq və ədalətin təntənəsidir - Azərbaycan XİN
* Bizi Zəfərə qovuşduranlar - Əziz Şuşa, biz qayıtmışıq!
* "Azərbaycan xalqı, gözün aydın, başın daim uca olsun!" - Mehriban Əliyeva
* Bakıda Zəfər yürüşü keçirilir
* Şuşada şükür namazı qılındı
Xəbər lenti
0