Prezident İlham Əliyev Hulusi Akarla görüşüb
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Abunə olmaq
Dövlətimizin başçısı Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi bir daha yüksək qiymətləndirərək müharibədən sonrakı dövrdə əlaqələrimizin daha da yüksək səviyyədə qaldırıldığını vurğuladı.
ŞUŞA, 8 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyə Respublikasının Quru Qoşunları komandanı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı Hasan Küçükakyuz və Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxildir.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, nazir Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və bayram təbriklərini Prezident İlham Əliyevə və Azərbaycan xalqına çatdırdı.
Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarına və bayram təbriklərinə görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.
Hulusi Akar Zəfər Günü münasibətilə, eyni zamanda, öz adından dövlətimizin başçısını təbrik etdi.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev Hulusi Akarın bu bayram günündə Türkiyə Silahlı Qüvvələrinin rəhbər şəxsləri ilə bərabər Şuşaya gəlişinin xüsusi önəm daşıdığını vurğulayaraq minnətdarlığını bildirdi. Bu yaxınlarda Prezident Rəcəb Tayyib Ərdoğanın Füzuli və Zəngilan rayonlarına səfərini məmnunluqla xatırlayaraq bunun ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin rəmzi olduğunu qeyd etdi.
Dövlətimizin başçısı Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi bir daha yüksək qiymətləndirərək müharibədən sonrakı dövrdə əlaqələrimizin daha da yüksək səviyyədə qaldırıldığını vurğuladı.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Sonda xatirə şəkli çəkdirildi.
Eləcə də oxuyun:
* "O, məğlubedilmiş xalq və dövlət damğası ilə əbədi yaşayacaq" - İlham Əliyev