Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Türkiyənin milli müdafiə naziri və hərbi nümayəndə heyəti Bakıya gəlib

© AR Ministry of DefenceTürkiyənin Milli Müdafiə naziri Bakıya gəlib
Türkiyənin Milli Müdafiə naziri Bakıya gəlib - Sputnik Azərbaycan, 1920, 07.11.2021
Abunə olmaq
Zakir Həsənov və nazirliyin rəhbər heyəti Bakıya gələn Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi geniş tərkibli hərbi nümayəndə heyətini qarşılayıb.
BAKI, 7 noyabr - Sputnik. Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıya gəlib.
Sputnik Azərbaycan xəbər verir ki, noyabrın 7-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Bakıya gələn Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi geniş tərkibli hərbi nümayəndə heyətini qarşılayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Türkiyə nümayəndə heyəti Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.
Xəbər lenti
0