Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycan Qarabağ Zəfərini necə qeyd edir - VİDEO

Abunə olmaq
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Bakı şəhərində yürüş təşkil olunub.
Sputnik Azərbaycan bildirir ki, Zəfər yürüşü Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestrlərinin müşayiəti ilə başlayıb.
Azneft dairəsindən başlayan yürüşdə hərbi orkestrin ifasında vətənpərvərlik və qələbə ruhunda mahnı və marşlar səsləndirilib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları 440 metr uzunluğunda Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparıblar. Yürüşü süvari dəstəsi müşayiət edib.
“Ağ şəhər” bulvarınadək davam edəcək yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatıb. Flaşmobda könüllü gənclərin iştirakı ilə Vətən müharibəsinin rəmzi olan “Dəmir yumruq” kompozisiyası yaradılıb.
Bazar ertəsi, 21.20-də Dənizkənarı bulvarda Azərbaycanın tanınmış bəstəkarlarının musiqisinin sədaları altında atəşfəşanlıq keçirilməsi planlaşdırılır.
Eləcə də oxuyun:
* "O, məğlubedilmiş xalq və dövlət damğası ilə əbədi yaşayacaq" - İlham Əliyev
* Türkiyədə Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
* “Dostun gəlişi bayram olar" - səfir Azərbaycan xalqını təbrik edib
* Azərbaycanda Zəfər Günü qeyd olunur
* Zəfər Günü beynəlxalq hüquq və ədalətin təntənəsidir - Azərbaycan XİN
* Bizi Zəfərə qovuşduranlar - Əziz Şuşa, biz qayıtmışıq!
* "Azərbaycan xalqı, gözün aydın, başın daim uca olsun!" - Mehriban Əliyeva
* Bakıda Zəfər yürüşü keçirilir
* Şuşada şükür namazı qılındı
Xəbər lenti
0