DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şavkat Mirziyoyev Prezident vəzifələrinin icrasına başlayıb

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidÖzbəkistan Prezidenti Şavkat Mirziyoyev
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev  - Sputnik Azərbaycan, 1920, 06.11.2021
Abunə olmaq
Ölkənin MSK sədri Zayniddin Nizamxocayev Özbəkistan Prezidentinin yeni vəziqəsinin Mirziyoyevə təqdim edib.
BAKI, 6 noyabr - Sputnik. Özbəkistanın yeni seçilmiş Prezidenti Şavkat Mirziyoyev bu ölkə parlamentində and içərək vəzifələrinin icrasına başlayıb. Bu barədə RİA Novosti xəbər verir.
Xatırladaq ki, son prezident seçkiləri Özbəkistanda oktyabrın 24-də keçirilib. Ş.Mirziyoyev seçicilərin 80,12%-nin səsini qazanaraq qalib gəlib.
Ölkənin MSK sədri Zayniddin Nizamxocayev Özbəkistan Prezidentinin yeni vəziqəsinin Mirziyoyevə təqdim edib.
Yeni seçilmiş Prezident ölkə konstitusiyasına və Qurana əl basaraq "ölkənin qanunlarına qəti şəkildə riayət etməyə, vətəndaşların hüquq və azadlıqlarını təmin etməyə, Özbəkistan Respublikası Prezidentinin üzərinə qoyulmuş vəzifələri vicdanla yerinə yetirməyə" and içib.
Həmçinin oxuyun:
İlham Əliyev Özbəkistanın yeni seçilmiş prezidentini təbrik etdi
Xəbər lenti
0