DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İlham Əliyev Özbəkistanın yeni seçilmiş prezidentini təbrik etdi

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidÖzbəkistan Prezidenti Şavkat Mirziyoyev
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev  - Sputnik Azərbaycan, 1920, 25.10.2021
Abunə olmaq
MSK bazar günü keçirilmiş prezident seçkilərinin ilkin məlumatlarını açıqlayıb
BAKI, 25 oktyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə Şavkat Mirziyoyevə təbrik məktubu göndərib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir: “Seçkilərdə qazandığınız inamlı qələbə ölkənizin rifahı yolunda həyata keçirdiyiniz siyasi xəttin qardaş Özbəkistan xalqı tərəfindən dəstəklənməsinin, əsl lider kimi şəxsinizə bəslənən böyük inam, hörmət və etimadın parlaq təzahürüdür.
Azərbaycan ilə Özbəkistanı xalqlarımızın ortaq mənəvi dəyərlərindən qaynaqlanan möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu sarsılmaz təməllər üzərində qurulmuş əlaqələrimizin, qarşılıqlı faydalı əməkdaşlığımızın hazırkı səviyyəsi və gündən-günə genişlənməsi xüsusi məmnunluq doğurur”.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, zəngin milli-mənəvi dəyərlərimizdən güc alan Azərbaycan-Özbəkistan dostluğu və strateji tərəfdaşlığı qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da yüksələn xətlə inkişaf edəcək və möhkəmlənəcək.
-----------
15:54
Özbəkistanda keçirilən prezident seçkilərində öklənin hazırkı dövlət başçısı Şavkat Mirziyoyev qələbə çalıb. Sputnik Özbəkistan xəbər verir ki, hazırkı məlumatlara əsasən Mirziyoyev seçicilərin 80,1%-nin səsini toplayıb.
Yerli vaxtla saat 16.00-a olan məlumatı Özbəkistan MSK-nın sədri Zayniddin Nizamxocayev açıqlayıb.
Qeyd edək ki, Mirziyoyevi qələbə münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, Belarus lideri Aleksandr Lukaşenko və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev təbrik ediblər.
Xəbər lenti
0