https://sputnik.az/20211105/ran-25-kiloqram-urani-60-faize-qeder-zenginlesdirdi-434920489.html
İran 25 kiloqram uranı 60 faizə qədər zənginləşdirdi
İran 25 kiloqram uranı 60 faizə qədər zənginləşdirdi
Sputnik Azərbaycan
İran Atom Enerjisi Təşkilatının nümayəndəsi Bəhruz Kamalvəndi bildirib ki, nüvə enerjisinə malik olmayan heç bir ölkə buna nail ola bilməz. 05.11.2021, Sputnik Azərbaycan
2021-11-05T15:50+0400
2021-11-05T15:50+0400
2021-11-05T15:50+0400
iran
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/02/13/426269914_0:50:1281:770_1920x0_80_0_0_5b1979a5236eafd7d8701c7c38bc28b5.jpg
BAKI, 5 noyabr — Sputnik. İran ən az 25 kiloqram uranı 60 faiz və 210 kiloqram uranı 20 faizə qədər zənginləşdirib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu rəqəmləri İran Atom Enerjisi Təşkilatının nümayəndəsi Bəhruz Kamalvəndi açıqlayıb.Qeyd edək ki, sentyabr ayında MAQATE İranın nəzərdə tutulandan daha çox zənginləşdirilmiş uran ehtiyatlarına malik olduğunu bəyan etmişdi.Birgə Kompleks Fəaliyyət Planında (JCPOA) zənginləşdirmə dərəcəsi 3,67% olaraq nəzərdə tutulub. Hesabata əsasən, həmin vaxt İranda 20%-ə qədər zənginləşdirilmiş uran ehtiyatı 84,3 kiloqram (müqayisə üçün: may ayında da 62,8 kq) olub. 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatı isə 10 kiloqrama (müqayisə üçün: may ayında 2,4 kiloqram) çatıb.Xatırladaq ki, 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran Tehranda nüvə proqramı üzrə Birgə Kompleks Fəaliyyət Planını imzalayıblar. Bu razılaşma İranın nüvə proqramının məhdudlaşdırılması müqabilində İslam Respublikasına qarşı tətbiq olunan sanksiyaların ləğvini nəzərdə tuturdu. 2018-ci ilin mayında ABŞ-ın ozamankı prezidenti Donald Tramp bu razılaşmadan birtərəfli qaydada çıxaraq Tehrana qarşı sərt sanksiyaları bərpa etmək qərarına gəlib. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi ilə bağlı qoyulan məhdudiyyətlərdən imtina edərək, öhdəliklərinin mərhələli şəkildə azaldacağını bəyan etmişdi.Eləcə də oxuyun: * İctimai rəyi idarə etmək üçün müştərək komitə yaradılacaq - İran XİN* İran danışmağa razıdır, ancaq tələbləri var
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/13/426269914_58:0:1195:853_1920x0_80_0_0_31bee1b04aabeba47f26fc3301ea2a63.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran
İran 25 kiloqram uranı 60 faizə qədər zənginləşdirdi
İran Atom Enerjisi Təşkilatının nümayəndəsi Bəhruz Kamalvəndi bildirib ki, nüvə enerjisinə malik olmayan heç bir ölkə buna nail ola bilməz.
BAKI, 5 noyabr — Sputnik. İran ən az 25 kiloqram uranı 60 faiz və 210 kiloqram uranı 20 faizə qədər zənginləşdirib. Sputnik Azərbaycan
RİA Novosti-yə istinadla xəbər verir ki, bu rəqəmləri İran Atom Enerjisi Təşkilatının nümayəndəsi
Bəhruz Kamalvəndi açıqlayıb.
"Qanuna görə, 120 kiloqram (illik) 20 faiz zənginləşdirilmiş uran istehsal edə bilərik, indi isə 210 kiloqrama keçmişik. Hazırda 60 faiz zənginləşdirilmiş 25 kiloqram uran istehsal etmişik ki, bunu da istehsal etməyə nüvə enerjisinə sahib olmayan heç bir ölkə qadir deyil", – deyə Kamalvəndinin təmsil etdiyi təşkilatın saytında ondan sitat gətirilir.
Qeyd edək ki, sentyabr ayında MAQATE İranın nəzərdə tutulandan daha çox zənginləşdirilmiş uran ehtiyatlarına malik olduğunu bəyan etmişdi.
Birgə Kompleks Fəaliyyət Planında (JCPOA) zənginləşdirmə dərəcəsi 3,67% olaraq nəzərdə tutulub. Hesabata əsasən, həmin vaxt İranda 20%-ə qədər zənginləşdirilmiş uran ehtiyatı 84,3 kiloqram (müqayisə üçün: may ayında da 62,8 kq) olub. 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatı isə 10 kiloqrama (müqayisə üçün: may ayında 2,4 kiloqram) çatıb.
Xatırladaq ki, 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran Tehranda nüvə proqramı üzrə Birgə Kompleks Fəaliyyət Planını imzalayıblar. Bu razılaşma İranın nüvə proqramının məhdudlaşdırılması müqabilində İslam Respublikasına qarşı tətbiq olunan sanksiyaların ləğvini nəzərdə tuturdu. 2018-ci ilin mayında ABŞ-ın ozamankı prezidenti Donald Tramp bu razılaşmadan birtərəfli qaydada çıxaraq Tehrana qarşı sərt sanksiyaları bərpa etmək qərarına gəlib. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi ilə bağlı qoyulan məhdudiyyətlərdən imtina edərək, öhdəliklərinin mərhələli şəkildə azaldacağını bəyan etmişdi.