Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Fermer: Heç kim baytar çağırıb əlavə pul vermək istəmir

© AFP 2023 / LOU BENOISTКоровы, фото из архива
Коровы, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.11.2021
Abunə olmaq
Nazirlik rəsmisi: əhalidə olan cırlaşmış cinslərin şəcərə xəttini təyin etmək qeyri-mümkündür. Bunun üçün heyvanların qeydiyyatı və identifikasiyası sistemi yoxdur.
BAKI, 5 noyabr — Sputnik. Cari ilin 1 yanvar tarixinədək ölkə üzrə 8156,9 min baş qoyun və keçi, 2647,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1280,2 min baş inək və camış mövcud olub. Bu da 2020-ci il yanvarın 1-nə nisbətən qoyun və keçilərin sayının 32,3 min baş azalması deməkdir.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur. Ümumiyyətlə, bəzi fermerlər heyvanların məhsuldarlıq səviyyəsinin aşağı olmasından şikayətlidirlər. Onlar iddia edir ki, bunun səbəbi heyvanların şəcərəsi ilə bağlı qeydiyyatın aparılmaması, onların genetikasının qorunmamasıdır.
Sputnik Azərbaycan ölkədə heyvanların şəcərəsinin qorunub-qorunmamasını araşdıraraq bir sıra problemlərə aydınlıq gətirməyə çalışıb.
Keçilərin yetişdirilməsi ilə məşğul olan fermer Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, heyvanların şəcərəsinin qeydiyyatı üçün müəyyən bir dövlət qurumu olmalıdır:

"Heyvanların genetikasının qorunması çox vacib məsələdir. Genetik kod nəsildən-nəslə ötürülüməlidir. Avropada xırdabuynuzlu heyvanların nəsillərinin 100 illik tarixi olur. Heyvanların üzərində kod olarsa, o kodla onların nəsillərini, tarixlərini öyrənmək olar. Avropada daha çox gəlir gətirən, məhsuldar heyvanların özlərinin xüsusi sənədləri var".

© Sputnik / Rashad Keremogluxırdabuynuzlu heyvanlar
xırdabuynuzlu heyvanlar - Sputnik Azərbaycan, 1920, 04.11.2021
xırdabuynuzlu heyvanlar
Fermer deyir ki, sovet dövründə heyvanlara dair "pediqre" adlanan sənəd verilib.

"Lakin sonradan bu sənədlər yoxa çıxdı. Kənd yerlərində heç kim damazlıq heyvan gətirmir. Hamısını elə kənddə olan heyvanlarla cütləşdirirlər. Vəziyyət belə davam edərsə, onlarda raxitlik halları artacaq. Biz bu heyvanların genini pozduğumuz üçün onların südvermə qabiliyyəti zəifləyir, özləri cılızlaşır. Bu heyvanlar müəyyən xəstəliklərə dözümsüz olurlar. Heyvan nə ət, nə də ki, süd verirsə, onu saxlamağın mənası nədir?"

Həmsöhbətimiz deyir ki, Kənd Təsərrüfatı Nazirliyinin tərkibində müvafiq qurum yaradılmalıdır və respublika üzrə bütün xırda və iribuynuzlu heyvanların qeydiyyatı aparılmalı, onlar birkalanmalı və kodlaşdırılmalıdır:

"Avropada bu iş aparılır və bütün məlumatlar, heyvanın bala verməsi, nə qədər bala vermə qabiliyyətinə malik olması, balasını necə qidalandırması və sair bu kimi məlumatlar onun "pediqre" sənədinə daxil edilir".

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun fəaliyyətindən danışa fermer deyir ki, orada müxtəlif laboratoriyalar var, burada spermalar alınır, dondurulur, süni mayalanma prosesi üçün camaata satılır:

"Bu cür süni mayalanmanın təsiri müsbətdir, faydalıdır. Lakin təəssüflər olsun ki, vətəndaşlar əksər hallarda bu üsuldan - süni mayalanmadan istifadə etmirlər. Kimsə baytar çağırıb əlavə pul vermək istəmir. Bütün bunların hamısı kəndlinin xərclərini azaltmaq istəyindən irəli gəlir. Çünki arpa, buğda, yonca çox bahadır".

B.Məmmədov bildirir ki, iribuynuzlu, xırdabuzynuzlu heyvanların mayalanması həyata keçirilsə, daha çox məhsuldarlıq əldə etmək olar.
Kənd Təsərrüfatı Nazilriyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov bu suallara cavab olaraq bildirib ki, 2008-ci ildən heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, xüsusi ilə cins heyvanlarda şəcərə xətti ilə qiymətləndirmə aparılır:

"Aqrolizinq yolu ilə ölkəmizə südlük, ətlik məqsədi ilə qaramal gətirilir. Həmin heyvanlar təsərrüfatlarda damazlıq olaraq qeydiyyata alınaraq dövlət reyestrinə salınır".

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidКорова на ферме, фото из архива
Корова на ферме, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.11.2021
Корова на ферме, фото из архива
Nazirlik nümayəndəsi deyir ki, əhalidə olan cırlaşmış cinslərin şəcərə xəttini təyin etmək, yaxud da onun qiymətləndirilməsi qeyri-mümkündür. E.Həsənov bunun səbəbini izah edərək deyir ki, bunun üçün heyvanların qeydiyyatı və identifikasiyası sistemi yoxdur.

"Azərbaycana adaptasiya olunan və yerli fermerlər tərəfindən yetişdirilən damazlıq heyvanlarda da pasportlaşma işləri aparılır və şəcərə xətti üzrə qiymətləndirmə həyata keçirilir. Damazlıq məqsədi ilə Almaniya, Fransa, Avstriya, Macarıstan kimi ölkələrdən heyvanların gətirilməsinə daha çox üstünlük verilir. Cinsləri gətirməzdən öncə onların bura adaptasiya prosesini öyrənmişik. Hətta onların hansı rayona uyğun olmasını da artıq müəyyən etmişik".

Süni mayalanma haqda danışan nazirlik rəsmisi bildirib ki, burada əsas məqsəd həm yerli cinslər arasında məhsuldarlığı artırmaq, həm də damazlıq təsərrüfatında cins tərkibiin saxlanılmasını təmin etməkdir:

"Lakin əfsuslar olsun ki, bəzən vətəndaşlar özləri bu işə məsuliyyətlə yanaşmır, yalnız bir dəfə süni mayalanmanın olması ilə elə düşünürlər ki, təmiz qanlı, məhsuldar heyvanlar əldə edirlər. Seleksiya haqda qanunda da göstərilir ki, birinci mələzlə təmizqanlı heyvan əldə etmək qeyri-mümkündür. İkinci-üçüncü mələzdə isə 50-70 faiz ehtimalla məhsuldar və təmizqanlı heyvan əldə əldə etmək mümkün olur. Dördüncü mələzdə isə 95 faizlik belə heyvan əldə etmək mümkün olur".

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun fəaliyyətindən danışan nazirlik rəsmisi qeyd edir ki, bu qurum ilkin olaraq seleksiya və damazlıq işlərinin aparılması üzrə formalaşıb:

"Hazırda institutlarda süni mayalanma işlərini aparmaqla onlardan mələzlərin alınması istiqamətində işlər gedir. İnstitutda həm xəz-dəri istiqamətində yetişdirilən, həm də əmtəəllik olan dovşanlardan yeni mələzlər alınmağa başlayıb".

© Sputnik / Shahperi AbbasovaDovşan
Dovşan - Sputnik Azərbaycan, 1920, 04.11.2021
Dovşan
E.Həsənov yemlərlə bağlı da danışıb. Onun sözlərinə görə, yem istehsalçılarının məhsulları kodlaşdırılaraq instituta göndərilir:

"Bundan başqa, monitorinq apararaq ölkədə satış məntəqələrindən yemlər alınaraq onların tərkibi öyrənilir, keyfiyyəti yoxlanılır. Monitorinqlər göstərir ki, hazırda ölkədə sənaye yem istehsalı həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə yüksək səviyyədədir. Bu da gələcəkdə heyvanların yem təminatı üçün böyük potensialın olduğunu göstərir".

Süni mayalanma ilə bağlı danışan nazirlik rəsmisi bildirir ki, hər bir doğulmuş balaya görə 100 manat subsidiya verilir.

"Hazırda ölkədə 294 süni mayalanma mütəxəsissi yetişdirilib. Həmin mütəxəsssilər tərəfindən ötən il 162 min 556 baş heyvanda süni mayalanma aparılıb. Onlardan 107 min 140 baş buzov əldə edilib".

Həmçinin oxuyun:
Bir neçə rayonun sakinlərinə cins heyvandarlıq zərfi üzrə aktivlər təqdim ediləcək
Azərbaycanda özəl baytarlıq xidmətinə keçid prosesinə start verilir - Detallar
Xəbər lenti
0