https://sputnik.az/20210831/Azrbaycanda-zl-baytarlq-xidmtin-keid-prosesin-start-verilir---Detallar-427817937.html
Azərbaycanda özəl baytarlıq xidmətinə keçid prosesinə start verilir - Detallar
Azərbaycanda özəl baytarlıq xidmətinə keçid prosesinə start verilir - Detallar
Sputnik Azərbaycan
Baytar həkimlər sentyabrın 1-dən bu ilin sonunadək mərhələli şəkildə Aqrar Xidmətlər Agentliyi ilə xidməti müqavilə əsasında fəaliyyətə başlayacaqlar. 31.08.2021, Sputnik Azərbaycan
2021-08-31T21:45+0400
2021-08-31T21:45+0400
2021-08-31T19:12+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/42396/30/423963006_0:0:3424:1937_1920x0_80_0_0_fd410d84ed872212d1e05d7439ea617d.jpg
BAKI, 31 avqust — Sputnik. Azərbaycan Prezidentinin 22 aprel 2020-ci il tarixli "Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanı, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tövsiyələri və Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi" layihəsinin dəstəyi ilə Azərbaycanda özəl baytarlıq xidmətinə keçid prosesinə start verilir.Baytarlıq xidmətinin strukturu bazar iqtisadiyyatının tələblərinə uyğun təkmilləşdirilirSputnik Azərbaycan-ın məlumatına görə, özəl baytarlıq xidmətinə keçiddə əsas məqsəd baytarlıq xidmətinin strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun təkmilləşdirilməsi, daha keyfiyyətli baytarlıq xidmətinə nail olmaqla qida təhlükəsizliyinin yaxşılaşması və nəticədə, insan və heyvan sağlamlığının təmin olunması, baytar həkimləri arasında rəqabət mühitinin formalaşması ilə onların bilik və bacarıqlarının artırılması, bununla yanaşı heyvandarlıqla məşğul olan fermerlərin daha keyfiyyətli və səmərəli baytarlıq xidmətlərinə çıxışının təmin edilməsi, baytar həkimlərin daha yüksək gəlir əldə etmələri üçün imkanların yaradılması və baytarlıq peşəsinin nüfuzunun artması bu sahəyə gənc kadrların cəlb olunmasıdır.Özəl baytarlıq xidmətinə keçid ölkədə mövcud olan və dövlət büdcəsindən maliyyələşən 798 sahə baytarlıq məntəqəsində çalışan 1624 sahə baytar həkimini əhatə edir.Baytarlar Aqrar Xidmətlər Agentliyi ilə müqavilə əsasında fəaliyyətə başlayacaqlarBaytar həkimlər sentyabrın 1-dən bu ilin sonunadək mərhələli şəkildə Aqrar Xidmətlər Agentliyi ilə xidməti müqavilə əsasında fəaliyyətə başlayacaqlar. Özəl xidmətə keçiddən sonra Aqrar Xidmətlər Agentliyi profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan tədbirlərin icrasını (peyvəndlənmə, qan nümunələrinin toplanması, və s.) xidməti müqavilə əsasında özəl baytar həkimlərə həvalə edəcək. Bundan başqa, özəl xidmətə başlamış baytarlar xidməti müqavilə əsasında ət və ət məhsullarının, süd və süd məhsullarının inspeksiyasını, xəstəliklərə qarşı aktiv və passiv müşahidələri, heyvanların identifikasiyasını və s. tapşırıqları da icra edəcəklər.Özəl baytarlıq xidmətinə keçməklə xüsusi təhlükəli xəstəliklər vaxtında aşkarlanacaqÖzəl baytar həkimlər passiv müşahidə zamanı hansısa təhlükəli xəstəlikdən şübhələndiyi zaman rayon baytarlıq idarəsinə mütləq məlumat verməli və ölkədə hansısa fövqəladə tədbirlər zamanı köməklik göstərməlidir. Özəl baytarlıq xidmətinə keçməklə xüsusi təhlükəli xəstəliklərin vaxtında və çevik şəkildə aşkarlanması və mübarizə tədbirlərinin ləngimədən təşkili mümkün olacaq. Daha keyfiyyətli baytarlıq xidmətinin təşkili nəticəsində ölkədə mövcud olan xüsusi təhlükəli xəstəliklərin sayı və heyvandarlıq sahəsinə dəyən iqtisadi zərər azalacaq.Aqrar Xidmətlər Agentliyi ilə müqavilə əsasında baytarların xidmət haqqı Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli Qərarı ilə təsdiqlənmiş "Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği" preyskurantına əsasən hesablanıb ödəniləcək. Nəticə etibarilə, dövlət özəl baytarların kifayət qədər işinin olmasını təmin etmək üçün minimal olaraq illik və ya çoxillik müqavilələrə imkan verən davamlı maliyyələşdirməni təmin edəcək.Özəl xidmət fermerə də istədiyi baytarın işini seçmək və səmərəli, sərfəli xidmət almaq imkanı verəcəkFermerlərin vəsaiti hesabına maliyyələşən digər xəstəliklər isə özəl baytarlarla fermerlər arasında müqavilə və ya razılaşma əsasında ödənişli şəkildə həyata keçiriləcək. Özəl xidmət fermerə də istədiyi baytarın işini seçmək və səmərəli, sərfəli, keyfiyyətli xidmət almaq imkanı verəcək. Özəl baytarlıq xidmətinin müvəffəqiyyətli olması üçün fermerlər özəl baytarlarda daha səmərəli və keyfiyyətli xidmətləri, peşəyə etik yanaşmanı və öhdəliklərin icrasını, texniki bacarıqları dəyərləndirməlidirlər.Baytarlıq Statuar Orqanı yaradılacaqBundan əlavə, ölkədə baytarlıq təcrübəsinin effektiv idarə edilməsi, baytarlıq sisteminin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, baytar həkimlərin və feldşerlərin peşəkar fəaliyyətinin tənzimlənməsi, heyvandarlıq məhsullarının xarici bazarlara çıxışının təmin olunması məqsədilə ölkədə qeyri-kommersiya qurumu - Baytarlıq Statuar Orqanının (BSO) yaradılması da nəzərdə tutulur.Dövlət və özəl sektorda baytarlıq xidmətlərinin tənzimlənməsinə dəstək olmaq, baytarlıq təcrübəsinə icazə verilən baytar həkimlərinin qeydiyyatı, yenidən qeydiyyatı və reyestrinin aparılması, özəl baytar həkimlərinin ortaq maraqlarının dövlət və qeyri-dövlət orqanlarında təmsil və müdafiə etmək, baytarlıq fakültəsinin tədris proqramına təhsillə əlaqədar yeniliklərin əlavə edilməsi, Рeşə Еtikası Məcəlləsinin qaydalarına riayət olunmasına nəzarət bu quruma həvalə ediləcək.Son illər bu sahəyə maraq azalmışdıKənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, özəl baytarlıq xidməti bütün dünyada tətbiq edilir. Bu, heyvan xəstəlikləri ilə mübarizədə effektiv yollardan biridir. Məqsədimiz heyvan xəstəliklərini aradan qaldırmaqdır. Bu sistemin tətbiqi ilə baytarlıq peşəsinə maraq artırmaq istəyirik. Son illər bu sahəyə maraq azalmışdı, artıq özəl sahə olduğundan, baytarlar fərdi fəaliyyət göstərəcəklər, bu da sahəyə marağı artıracaq.Noyabrın 1-dən bütün ölkədə tam tətbiq ediləcəkOnun sözlərinə görə, sentyabrın 1-də özəl baytarlıq fəaliyyəti işə başlayır: "Şəki, Zaqatala, Qaxda tətbiq ediləcək. Noyabrın 1-dən isə bütün ölkədə tam tətbiqinə nail olunacaq. Bununla yanaşı, dövlət tərəfindən maliyyələşən xəstəliklərin həlli yenə də dövlət büdcəsi hesabına maliyyələşəcək. Özəl baytarlıq xidmətinə keçməmişdən əvvəl baytarlara təlim keçirilib. Onlar artıq vergi ödəyicisinə çevriləcəklər, bunun üçün onlara maliyyə savadlılığı ilə bağlı təlimlər keçirilib. Həmçinin, onlara bütün lazımi alətlər, soyuducular verilib".O qeyd edib ki, bir ildə heyvanlara 33,5 milyon ədəd vaksin vurulur. Hər bir heyvana vurulan vaksin elektron sistemə daxil ediləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42396/30/423963006_256:0:3424:1991_1920x0_80_0_0_f0bdc954eb0e60c0c3d7c6054a30c845.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
Azərbaycanda özəl baytarlıq xidmətinə keçid prosesinə start verilir - Detallar
Baytar həkimlər sentyabrın 1-dən bu ilin sonunadək mərhələli şəkildə Aqrar Xidmətlər Agentliyi ilə xidməti müqavilə əsasında fəaliyyətə başlayacaqlar.
BAKI, 31 avqust — Sputnik. Azərbaycan Prezidentinin 22 aprel 2020-ci il tarixli "Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanı, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tövsiyələri və Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi" layihəsinin dəstəyi ilə Azərbaycanda özəl baytarlıq xidmətinə keçid prosesinə start verilir.
Baytarlıq xidmətinin strukturu bazar iqtisadiyyatının tələblərinə uyğun təkmilləşdirilir
Sputnik Azərbaycan-ın məlumatına görə, özəl baytarlıq xidmətinə keçiddə əsas məqsəd baytarlıq xidmətinin strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun təkmilləşdirilməsi, daha keyfiyyətli baytarlıq xidmətinə nail olmaqla qida təhlükəsizliyinin yaxşılaşması və nəticədə, insan və heyvan sağlamlığının təmin olunması, baytar həkimləri arasında rəqabət mühitinin formalaşması ilə onların bilik və bacarıqlarının artırılması, bununla yanaşı heyvandarlıqla məşğul olan fermerlərin daha keyfiyyətli və səmərəli baytarlıq xidmətlərinə çıxışının təmin edilməsi, baytar həkimlərin daha yüksək gəlir əldə etmələri üçün imkanların yaradılması və baytarlıq peşəsinin nüfuzunun artması bu sahəyə gənc kadrların cəlb olunmasıdır.
Özəl baytarlıq xidmətinə keçid ölkədə mövcud olan və dövlət büdcəsindən maliyyələşən 798 sahə baytarlıq məntəqəsində çalışan 1624 sahə baytar həkimini əhatə edir.
Baytarlar Aqrar Xidmətlər Agentliyi ilə müqavilə əsasında fəaliyyətə başlayacaqlar
Baytar həkimlər sentyabrın 1-dən bu ilin sonunadək mərhələli şəkildə Aqrar Xidmətlər Agentliyi ilə xidməti müqavilə əsasında fəaliyyətə başlayacaqlar. Özəl xidmətə keçiddən sonra Aqrar Xidmətlər Agentliyi profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan tədbirlərin icrasını (peyvəndlənmə, qan nümunələrinin toplanması, və s.) xidməti müqavilə əsasında özəl baytar həkimlərə həvalə edəcək. Bundan başqa, özəl xidmətə başlamış baytarlar xidməti müqavilə əsasında ət və ət məhsullarının, süd və süd məhsullarının inspeksiyasını, xəstəliklərə qarşı aktiv və passiv müşahidələri, heyvanların identifikasiyasını və s. tapşırıqları da icra edəcəklər.
Özəl baytarlıq xidmətinə keçməklə xüsusi təhlükəli xəstəliklər vaxtında aşkarlanacaq
Özəl baytar həkimlər passiv müşahidə zamanı hansısa təhlükəli xəstəlikdən şübhələndiyi zaman rayon baytarlıq idarəsinə mütləq məlumat verməli və ölkədə hansısa fövqəladə tədbirlər zamanı köməklik göstərməlidir. Özəl baytarlıq xidmətinə keçməklə xüsusi təhlükəli xəstəliklərin vaxtında və çevik şəkildə aşkarlanması və mübarizə tədbirlərinin ləngimədən təşkili mümkün olacaq. Daha keyfiyyətli baytarlıq xidmətinin təşkili nəticəsində ölkədə mövcud olan xüsusi təhlükəli xəstəliklərin sayı və heyvandarlıq sahəsinə dəyən iqtisadi zərər azalacaq.
Aqrar Xidmətlər Agentliyi ilə müqavilə əsasında baytarların xidmət haqqı Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli Qərarı ilə təsdiqlənmiş "Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği" preyskurantına əsasən hesablanıb ödəniləcək. Nəticə etibarilə, dövlət özəl baytarların kifayət qədər işinin olmasını təmin etmək üçün minimal olaraq illik və ya çoxillik müqavilələrə imkan verən davamlı maliyyələşdirməni təmin edəcək.
Özəl xidmət fermerə də istədiyi baytarın işini seçmək və səmərəli, sərfəli xidmət almaq imkanı verəcək
Fermerlərin vəsaiti hesabına maliyyələşən digər xəstəliklər isə özəl baytarlarla fermerlər arasında müqavilə və ya razılaşma əsasında ödənişli şəkildə həyata keçiriləcək. Özəl xidmət fermerə də istədiyi baytarın işini seçmək və səmərəli, sərfəli, keyfiyyətli xidmət almaq imkanı verəcək. Özəl baytarlıq xidmətinin müvəffəqiyyətli olması üçün fermerlər özəl baytarlarda daha səmərəli və keyfiyyətli xidmətləri, peşəyə etik yanaşmanı və öhdəliklərin icrasını, texniki bacarıqları dəyərləndirməlidirlər.
Baytarlıq Statuar Orqanı yaradılacaq
Bundan əlavə, ölkədə baytarlıq təcrübəsinin effektiv idarə edilməsi, baytarlıq sisteminin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, baytar həkimlərin və feldşerlərin peşəkar fəaliyyətinin tənzimlənməsi, heyvandarlıq məhsullarının xarici bazarlara çıxışının təmin olunması məqsədilə ölkədə qeyri-kommersiya qurumu - Baytarlıq Statuar Orqanının (BSO) yaradılması da nəzərdə tutulur.
Dövlət və özəl sektorda baytarlıq xidmətlərinin tənzimlənməsinə dəstək olmaq, baytarlıq təcrübəsinə icazə verilən baytar həkimlərinin qeydiyyatı, yenidən qeydiyyatı və reyestrinin aparılması, özəl baytar həkimlərinin ortaq maraqlarının dövlət və qeyri-dövlət orqanlarında təmsil və müdafiə etmək, baytarlıq fakültəsinin tədris proqramına təhsillə əlaqədar yeniliklərin əlavə edilməsi, Рeşə Еtikası Məcəlləsinin qaydalarına riayət olunmasına nəzarət bu quruma həvalə ediləcək.
Son illər bu sahəyə maraq azalmışdı
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, özəl baytarlıq xidməti bütün dünyada tətbiq edilir. Bu, heyvan xəstəlikləri ilə mübarizədə effektiv yollardan biridir. Məqsədimiz heyvan xəstəliklərini aradan qaldırmaqdır. Bu sistemin tətbiqi ilə baytarlıq peşəsinə maraq artırmaq istəyirik. Son illər bu sahəyə maraq azalmışdı, artıq özəl sahə olduğundan, baytarlar fərdi fəaliyyət göstərəcəklər, bu da sahəyə marağı artıracaq.
Noyabrın 1-dən bütün ölkədə tam tətbiq ediləcək
Onun sözlərinə görə, sentyabrın 1-də özəl baytarlıq fəaliyyəti işə başlayır: "Şəki, Zaqatala, Qaxda tətbiq ediləcək. Noyabrın 1-dən isə bütün ölkədə tam tətbiqinə nail olunacaq. Bununla yanaşı, dövlət tərəfindən maliyyələşən xəstəliklərin həlli yenə də dövlət büdcəsi hesabına maliyyələşəcək. Özəl baytarlıq xidmətinə keçməmişdən əvvəl baytarlara təlim keçirilib. Onlar artıq vergi ödəyicisinə çevriləcəklər, bunun üçün onlara maliyyə savadlılığı ilə bağlı təlimlər keçirilib. Həmçinin, onlara bütün lazımi alətlər, soyuducular verilib".
O qeyd edib ki, bir ildə heyvanlara 33,5 milyon ədəd vaksin vurulur. Hər bir heyvana vurulan vaksin elektron sistemə daxil ediləcək.