https://sputnik.az/20211105/belarus--azersky-peykinin-tesvirlerinden-istifade-edecek-434906016.html
Belarus “Azersky” peykinin təsvirlərindən istifadə edəcək
Belarus “Azersky” peykinin təsvirlərindən istifadə edəcək
Sputnik Azərbaycan
“Azərkosmos” və Belarus Respublikasının Milli Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 05.11.2021, Sputnik Azərbaycan
2021-11-05T11:30+0400
2021-11-05T11:30+0400
2021-11-05T11:30+0400
peyk
iqtisadiyyat
azerspace
belarus
azərbaycan
"azərkosmos" açıq səhmdar cəmiyyəti
https://cdnn1.img.sputnik.az/img/41718/75/417187529_0:0:2000:1125_1920x0_80_0_0_36cc6116470c41690300353c7b9d09bd.jpg
BAKI, 5 noyabr — Sputnik. Belarus Respublikasının Milli Elmlər Akademiyasının “Geoinformasiya sistemləri” müəssisəsinin nümayəndə heyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyinə (Azərkosmos) səfər edib.Sputnik Azərbaycan-ın AMEA-ya istinadən xəbərinə görə, “Azərkosmos” və Belarusun Milli Elmlər Akademiyası arasında Yer səthinin məsafədən müşahidə xidmətlərinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Belarusun Milli Elmlər Akademiyası kənd təsərrüfatı, ekologiya, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, turizm marşrutlarının müəyyən olunması üzrə həyata keçirilən layihələrdə “Azersky” peykinin təsvirlərindən istifadə edəcək.Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir, Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.Eləcə də oxuyun:* “Azerspace-2” peykinin orbitə buraxılmasından 3 il ötür * "Azərkosmos" Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41718/75/417187529_90:0:1870:1335_1920x0_80_0_0_b492f51ad24219a98b3df1b8be0bf5e0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
peyk, azerspace, belarus, azərbaycan, "azərkosmos" açıq səhmdar cəmiyyəti
peyk, azerspace, belarus, azərbaycan, "azərkosmos" açıq səhmdar cəmiyyəti
Belarus “Azersky” peykinin təsvirlərindən istifadə edəcək
“Azərkosmos” və Belarus Respublikasının Milli Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
BAKI, 5 noyabr — Sputnik. Belarus Respublikasının Milli Elmlər Akademiyasının “Geoinformasiya sistemləri” müəssisəsinin nümayəndə heyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyinə (Azərkosmos) səfər edib.
Sputnik Azərbaycan-ın AMEA-ya istinadən xəbərinə görə, “Azərkosmos” və Belarusun Milli Elmlər Akademiyası arasında Yer səthinin məsafədən müşahidə xidmətlərinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Belarusun Milli Elmlər Akademiyası kənd təsərrüfatı, ekologiya, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, turizm marşrutlarının müəyyən olunması üzrə həyata keçirilən layihələrdə “Azersky” peykinin təsvirlərindən istifadə edəcək.
Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir, Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
* "Azərkosmos"
Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək