https://sputnik.az/20211105/azerbaycan-bokscusu-dunya-cempionu-oldu-434939042.html
Azərbaycan boksçusu dünya çempionu oldu
Azərbaycan boksçusu dünya çempionu oldu
Sputnik Azərbaycan
Kuba əsilli boksçumuz, 86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi Alfonso Dominges finalda braziliyalı Keno Maçadonu məğlub edib. 05.11.2021, Sputnik Azərbaycan
2021-11-05T23:34+0400
2021-11-05T23:34+0400
2021-11-06T09:59+0400
idman
boks
dünya çempionu
https://cdnn1.img.sputnik.az/img/07e5/08/09/427656428_0:156:3001:1844_1920x0_80_0_0_b3367c201e4a1fe862b2c410750dced0.jpg
BAKI, 5 noyabr - Sputnik. Azərbaycan boksçusu Alfonso Dominges dünya çempionu tituluna yiyələnib.Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, o, bu uğura Serbiyanın paytaxtı Belqradda keçirilən mundialda imza atıb.86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi finalda braziliyalı Keno Maçadonu məğlub edib. Rəqibi üzərində 3:2 (28:29, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qələbə qazanan Asif Axundov klubunun üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, təşkilatçılar tərəfindən çempion üçün xüsusi kəmərə və 100 min dollar mükafata da sahib olub.Tokio-2020-nin bürünc medalçısı həlledici görüşədək AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae, rusiyalı Şarabutdin Atayev və kubalı Ruis Kordobanı məğlub edib.Beləliklə, Azərbaycan milli komandası dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Domingesin qızıl mükafat qazandığı mundialda Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) 3-cü yeri tutub. Bürünc medalçılara 25 min dollar mükafat verilib.Qeyd edək ki, 88 ölkədən 510 boksçunun mübarizə apardığı dünya çempionatına sabah yekun vurulacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/09/427656428_166:0:2833:2000_1920x0_80_0_0_f1d3c7b39303631a45c7db3c4db1c401.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
boks, dünya çempionu
Azərbaycan boksçusu dünya çempionu oldu
23:34 05.11.2021 (Yenilənib: 09:59 06.11.2021) Kuba əsilli boksçumuz, 86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi Alfonso Dominges finalda braziliyalı Keno Maçadonu məğlub edib.
BAKI, 5 noyabr - Sputnik. Azərbaycan boksçusu Alfonso Dominges dünya çempionu tituluna yiyələnib.
Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, o, bu uğura Serbiyanın paytaxtı Belqradda keçirilən mundialda imza atıb.
86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi finalda braziliyalı Keno Maçadonu məğlub edib. Rəqibi üzərində 3:2 (28:29, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qələbə qazanan Asif Axundov klubunun üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, təşkilatçılar tərəfindən çempion üçün xüsusi kəmərə və 100 min dollar mükafata da sahib olub.
Tokio-2020-nin bürünc medalçısı həlledici görüşədək AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae, rusiyalı Şarabutdin Atayev və kubalı Ruis Kordobanı məğlub edib.
Beləliklə, Azərbaycan milli komandası dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Domingesin qızıl mükafat qazandığı mundialda Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) 3-cü yeri tutub. Bürünc medalçılara 25 min dollar mükafat verilib.
Qeyd edək ki, 88 ölkədən 510 boksçunun mübarizə apardığı dünya çempionatına sabah yekun vurulacaq.