Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Güləşçimiz dünya çempionu oldu

© Photo : United World WrestlingHəsrət Cəfərov
Həsrət Cəfərov  - Sputnik Azərbaycan, 1920, 03.11.2021
Abunə olmaq
Güləşçimiz bu ilin avqustunda Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında və 1 ay sonra Kazandakı I MDB Oyunlarında da qızıl medal qazanıb.
BAKI, 3 noyabr - Sputnik. Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqradda U-23 dünya çempionatında final görüşünə çıxıb.
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, 67 kq-da mübarizə aparan idmançı İran təmsilçisi Məhəmməd Cavad Rezayi ilə qarşılaşıb.
Rəqibinə 3:2 hesabı ilə qalib gələn Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Həsrət Cəfərov bu ilin avqustunda Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında və 1 ay sonra Kazandakı I MDB Oyunlarında qızıl medal qazanıb.
Xəbər lenti
0