https://sputnik.az/20211102/soyuq-ve-odlu-muemmali-xeberdarliqlar-berdede-silahli-insident-olub-434802964.html
Soyuq və odlu müəmmalı xəbərdarlıqlar: Bərdədə silahlı insident olub
Soyuq və odlu müəmmalı xəbərdarlıqlar: Bərdədə silahlı insident olub
Sputnik Azərbaycan
Əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Bağırov saxlanılıb, ondan "AK" markalı avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron götürülüb. 02.11.2021, Sputnik Azərbaycan
2021-11-02T12:32+0400
2021-11-02T12:32+0400
2021-11-02T12:32+0400
silah
hadisə
polis
bərdə
bıçaq
kalaşnikov avtomatı
https://cdnn1.img.sputnik.az/img/42038/47/420384747_0:0:2001:1125_1920x0_80_0_0_df69e2b7d66dddb26a3a77cde44dac21.jpg
BAKI, 2 noyabr — Sputnik. Bərdə Rayon Polis Şöbəsinə noyabrın 1-də saat 20 radələrində Mirzalıbəyli kəndi ərazisində kənd sakini Ə.Nəsirovun Tərtər rayon sakini Ə.Bağırovun idarə etdiyi "VAZ-21102" markalı avtomobildə mübahisə zamanı onun qoluna bıçaqla xəsarət yetirib avtomobildən düşərək qaçması, daha sonra Ə.Bağırovun avtomobilin yük yerində olan avtomat silahı götürüb onun həyətinə gələrək orada havaya atəş açıb avtomobillə getməsi barədə məlumat daxil olub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Bağırov saxlanılıb, ondan "AK" markalı avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron götürülüb. Tibbi müayinədən keçirilərkən onun orta dərəcəli sərxoş olması müəyyən edilib.Faktla əlaqədar Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) cinayət işi başlanıb.Eləcə də oxuyun:* Beyləqan rayonunda əməliyyat keçirilib* İmişlidə 11 yaşlı qızı zorlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib* Alqı-satqı saytlarında fırıldaqçılıq artıb - DİN vətəndaşlara müraciət edib* Köhnə cinayət açıldı: Ağsuda dövlət qurumunun binası qəsdən yandırılıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42038/47/420384747_67:0:1840:1330_1920x0_80_0_0_fe0ff9d80155e8940e9265b0c0b044cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
silah, polis, bərdə, bıçaq, kalaşnikov avtomatı
silah, polis, bərdə, bıçaq, kalaşnikov avtomatı
Soyuq və odlu müəmmalı xəbərdarlıqlar: Bərdədə silahlı insident olub
Əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Bağırov saxlanılıb, ondan "AK" markalı avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron götürülüb.
BAKI, 2 noyabr — Sputnik. Bərdə Rayon Polis Şöbəsinə noyabrın 1-də saat 20 radələrində Mirzalıbəyli kəndi ərazisində kənd sakini
Ə.Nəsirovun Tərtər rayon sakini
Ə.Bağırovun idarə etdiyi "VAZ-21102" markalı avtomobildə mübahisə zamanı onun qoluna bıçaqla xəsarət yetirib avtomobildən düşərək qaçması, daha sonra Ə.Bağırovun avtomobilin yük yerində olan avtomat silahı götürüb onun həyətinə gələrək orada havaya atəş açıb avtomobillə getməsi barədə məlumat daxil olub. Bu barədə
Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Bağırov saxlanılıb, ondan "AK" markalı avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron götürülüb. Tibbi müayinədən keçirilərkən onun orta dərəcəli sərxoş olması müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) cinayət işi başlanıb.