Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Zəngəzurdan İstanbula yol, Ankaradan Tehrana mesaj

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Türkiyə prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyublar
Azərbaycan və Türkiyə prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyublar - Sputnik Azərbaycan, 1920, 31.10.2021
Abunə olmaq
Türkiyə Prezidenti deyib ki, Ermənistan Azərbaycanla problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir.
Ötən həftə siyasi hadisələrlə zəngin olub. Sputnik Azərbaycan önə çıxan məqamları təqdim edir.
Prezident və birinci vitse-prezidentin Qubadlıya səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar. Dövlətimizin başçısı və birinci xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Azərbaycan səfiri İran prezidenti ilə əlaqələrin sonrakı inkişafını müzakirə edib
Oktyabrın 25-də Azərbaycan Respublikasının İran İslam Respublikasına təyin olunan fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə etimadnaməsini Prezident İbrahim Rəisiyə təqdim edib. Təqdimatdan sonra keçirilən görüşdə Azərbaycan ilə İran arasındakı əlaqələrin inkişafı perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
DTX rəisi Azərbaycanda sabitliyi pozmağa çalışanlara xəbərdarlıq etdi
Oktyabr 26-da general-polkovnik Əli Nağıyev "Milli təhlükəsizlik" mövzusunda keçirilən kursun açılış mərasimində bildirib ki, Respublikamızda mövcud sabitliyin pozulmasına yönələn bütün sadalanan hallara qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bundan sonra da qətiyyətli tədbirlər görüləcək.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev (cropped image) - Sputnik Azərbaycan, 1920, 26.10.2021
AZƏRBAYCAN XƏBƏRLƏRİ
DTX rəisi Azərbaycanda sabitliyi pozmağa çalışanlara xəbərdarlıq etdi
Ə.Nağıyev aidiyyəti qurumların koordinasiyalı şəkildə mümkün risklərlə səmərəli mübarizəsindən danışıb. DTX rəisi vurğulayıb ki, Azərbaycanın sülh çağırışlarına baxmayaraq, Vətən müharibəsindən sonra hələ də bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri müşahidə edilməkdədir:
"Belə ki, mövcud vəziyyəti qəbul edə bilməyən Ermənistandakı mənfur ünsürlər daima ölkəmizə qarşı əks-təbliğat aparır, Azərbaycanda yaşayan müxtəlif xalqların arasında nifaq toxumu səpməyə çalışır, qonşu dövlətlərlə respublikamız arasında olan münasibətlərin gərginləşməsinə çalışır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında aidiyyəti dövlət orqanları tərəfindən ermənilərin ölkəmizə qarşı mümkün təxribatları diqqətlə izlənilir və adekvat tədbirlər görülür".
Türkiyə Prezidentinin Azərbaycana səfəri
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-sı Azərbaycana səfərə gəlib. Həmin gün Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyublar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  - Sputnik Azərbaycan, 1920, 26.10.2021
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Gün gələcək, Zəngəzurdan İstanbuladək gedə biləcəyik - Ərdoğan
Zəngilan rayonunda “Dost Aqropark”ın təməli qoyulub. Həmçinin liderlər Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar və təkbətək görüş keçiriblər.
İlham Əliyev: Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman bildirib ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır.
“Sizin səfərinizin çox böyük önəmi var. Siz ikinci dəfədir ki, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz. Dörd ay bundan əvvəl Sizinlə bərabər Şuşa şəhərində olmuşuq. Bu gün isə Füzulidə və Zəngilandayıq. Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır”, - deyə İlham Əliyev bildirib.
Gün gələcək, Zəngəzurdan İstanbuladək gedə biləcəyik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında bildirib ki, Azərbaycan bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan işğalı şanlı Zəfəri ilə sona çatdırdı, BMT Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qətnamələrini özü həyata keçirdi:
“Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməlidir. Biz bölgədə davamlı sülhün və hərtərəfli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək quru və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik”.
Prezident İlham Əliyev  - Sputnik Azərbaycan, 1920, 20.10.2021
SİYASƏT
Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr nəyi göstərir - Prezident açıqladı
Türkiyə Prezidenti həmçinin deyib ki, Ermənistan Azərbaycanla problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir: “Bölgədəki inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla, Azərbaycanın bütün qonşuları istifadə edəcək. Bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir. Bu məsələlərdə Ermənistan Azərbaycanla problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir”.
Azərbaycan və Türkiyə müdafiə nazirlərinin Zəngilan görüşü
Oktyabrın 26-sı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəngilan rayonunda Türkiyənin Milli Müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb. General-polkovnik Z.Həsənov həmkarı ilə azad edilmiş Zəngilanda görüşdən məmnun olduğunu qeyd edərək Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi dəstəyə görə öz minnətdarlığını ifadə edib. Müdafiə naziri qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan tərəfdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminliyini bildirib.
Cənab H.Akar da öz növbəsində belə bir tarixi görüşün əhəmiyyətini vurğulayaraq strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
Bərdəyə raket hücumlarının ildönümü
2020-ci il oktyabrın 27-də hərbi əməliyyatlar bölgəsindən uzaqda yerləşən Bərdə rayonunun Qarayusifli kəndi "Smerç" raketlərinə məruz qalıb.
"2020-ci il oktyabrın 27-28-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhərində yaşayan dinc əhaliyə qarşı xaincəsinə raket hücumları edilmiş, azərbaycanlı mülki əhali qətlə yetirilmişdir. Faciə qurbanlarını dərin hüznlə yad edirik! Bu cinayətin günahkarları məsuliyyətə cəlb edilməlidirlər! Bərdədə dinc əhaliyə qarşı hərbi cinayətin günahkarları məsuliyyətə cəlb edilməlidirlər " – xarici işlər naziri Ceyhun Bayramovun “Twitter”-dəki paylaşımında deyilir.
Ərdoğandan növbəti İran mesajı
Oktyabrın 27- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran və Azərbaycan arasında yaşanan gərginliyə münasibət bildirib. İranın son zamanlar "İsraili bura gətirdiniz" bəhanəsi ilə Azərbaycanı ciddi şəkildə təhdid etməsi mövzusunu şərh edən Türkiyə prezidenti bildirib:
"İlham bəylə bu mövzunu müzakirə etdik. İlham bəy qətiyyətli mövqedədir və bu mövqeyindən heç bir güzəştə getmir. Dedi: "Biz İsrailə heç bir güzəşt etmirik. Biz İsraillə hər cür mal mübadiləsi istiqamətində addım ata bilərik. Müxtəlif ölkələrlə necə davranırıqsa, İsraillə də bu cür əlaqələrimiz var və gələcəkdə də bunu davam etdirəcəyik". Ümid edirik ki, İran burada sağlam düşüncə ilə hərəkət etsə, İranla Azərbaycan arasında heç bir problem olmayacaq", - deyə Ərdoğan bildirib.
Ermənistan Bakı ilə konsensusa yaxındır
Ermənistan baş nazirinin müavini Mger Qriqoryan oktyabrın 27-si, çərşənbə günü parlamentdə çıxışı zamanı deyib ki, Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin regionda kommunikasiyaların açılmasına dair işçi qrupu istifadəsinə başlanması gözlənilən dəmir yollarının xəritəsi üzrə konsensusa yaxınlaşıb: "Yollara gəlincə, bu barədə hələlik konsensus yoxdur. Avtoyollar barədə xeyli təklif var, ancaq ümumi konsensus və ya ümumi yanaşma hələ ki, mövcud deyil. Avtoyollar üzrə hazır xəritəmizin olduğunu deyə bilmərik. Dəmir yollarına gəlincə isə buna dair daha yaxın yanaşma və təsəvvür var. Yəni orada məsələ daha aydındır".
İraqda saxlanılan daha 38 azərbaycanlı uşaq ölkəmizə repatriasiya edildi
Oktyabrın 28-i İraq Respublikasının cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 38 uşağın ölkəmizə repatriasiyası həyata keçirilib.
Xəbər lenti
0