Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putinin “G-20”də çıxışı: vacib məqamlar

© Sputnik / POOL / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin, 30 iyun 2021-ci il
Rusiya prezidenti Vladimir Putin, 30 iyun 2021-ci il - Sputnik Azərbaycan, 1920, 30.10.2021
Abunə olmaq
BAKI, 30 oktyabr – Sputnik. Pandemiya ilə mübarizə və iqtisadiyyatın inkişafı məsələsində Rusiya ilə G20 ölkələrinin mövqeyi üst-üstə düşür.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin oktyabrın 30-u, şənbə günü İtaliyanın paytaxtı Romada fəaliyyətə başlamış “G20” sammitinin plenar iclasında videokonfrans formatında çıxışında deyib.

Qlobal inflyasiya təhlükəsi

Vladimir Putin qeyd edib ki, Rusiya özünün iqtisadi siyasətini normallaşdırıb, büdcə-kredit siyasətini sərtləşdirib. Ancaq qlobal inflyasiya riski olduğundan ölkələr büdcə siyasətini normallaşdırmalıdır.
Putinin fikrincə, izafi stimullaşdırma ümumi qeyri-sabitliklə, maliyyə aktivlərinin və ayrı-ayrı bazarlarda - enerji, ərzaq və s. - qiymətlərin artımı ilə nəticələnib. Bunun əsas səbəbi isə inkişaf etmiş iqtisadiyyatlarda ciddi büdcə kəsirləridir: "Bunların saxlanılması orta müddətli zaman kəsiyində qlobal inflyasiya riski yaradır. Bu səbəbdən nəinki işgüzar aktivlik azalır, eləcə də qeyri-bərabərlik dərinləşir və möhkəmlənir".
O bildirib ki, 2020-ci ildə Rusiyada əhalinin, orta və kiçik biznesin, səhiyyə sisteminin dəstəklənməsi üçün görülən miqyaslı tədbirlər fonunda büdcədə kəsir 4% artıb. Eyni zamanda bu, əmək bazarının bərpasına nail olmağa imkan verib.
“Cari ildə isə biz makroiqtisadi siyasətimizi elə tənzimləmişik ki, büdcə profisiti proqnozlaşdırılır”, - Putin əlavə edib.

Koronavirus və vaksinlər

Koronavirus pandemiyasına diqqət çəkən Rusiyanın dövlət başçısı söyləyib ki, vaksin və digər həyati vacib resurslar bütün ölkələr üçün əlçatan olmalıdır, ancaq proteksionizm baş verir və G20 ölkələri vaksinləri və vaksin sertifikatlarını qarşılıqlı olaraq tanımır.
“Ümumdünya Səhiyyə Təşkilatı COVID əleyhinə vaksinlərin təhlükəsizliyi barədə qərarların qəbul edilməsini sürətləndirməlidir. Bu nə qədər tez olsa, bərpa prosesi də bir o qədər sürətlənər. Virus mutasiyaya uğradığından COVID əleyhinə vaksinlərin də modernləşdirilməsi mexanizmini hazırlamaq vacibdir. Ümumilikdə bütün dünyada səhiyyənin keyfiyyətini artırmaq lazımdır ki, o hər kəs üçün əlçatan oldun”, - Putin vurğulayıb.

Enerji sektorunda problemlər

“Regional enerji bazarında böhranlı hallar enerji sektorunun stabil işinin nə qədər vacib olduğunu üzə çıxardı”, - V.Putin deyib.
Onun sözlərinə görə, qlobal enerji bazarlarının dayanıqlılığı həm istehsalçının, həm də istehlakçının məsuliyyətindən birbaşa asılıdır: "Rusiya sırf iqtisadi mülahizələri əsas götürərək praqmatik formada əsaslı müzakirələrin tərəfdarıdır".
Rusiyanın dövlət başçısı əlavə edib ki, ölkəsi bütün sahələrdə diskriminasiya olunmayan əməkdaşlığa tərəf çıxır.
Eləcə də oxuyun:
*Putin Soçidə hərbi müşavirə keçirəcək
* Hüquqşünas: Putinin BMT-nin təhdid reyestri ilə bağlı fikri dəstək alacaq
* BMT-nin keçmiş Baş katibinin müavini Putinin veto hüququnun ləğv ilə bağlı sözləri barədə
Xəbər lenti
0