https://sputnik.az/20211029/ayna-hansi-problemlere-ayna-tutacaq-434713283.html
"AYNA" hansı problemlərə ayna tutacaq?
"AYNA" hansı problemlərə ayna tutacaq?
Sputnik Azərbaycan
Yeni sistemin tətbiqi bölgələrdə sərnişindaşıma ilə bağlı çatışmazlıqları da aradan qaldıracaq. 29.10.2021, Sputnik Azərbaycan
2021-10-29T20:10+0400
2021-10-29T20:10+0400
2021-10-29T20:10+0400
xəbərlər
cəmiyyət
nəqliyyat
ayna
sistem
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434712821_0:0:3072:1728_1920x0_80_0_0_2570d6ab69093ab96893c79c834991ad.jpg
BAKI, 29 oktyabr — Sputnik. Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nəqliyyatın təşkilində hansı dəyişikliyə səbəb olacağına həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova "AYNA" sisteminin qarşıya hansı vəzifələr qoyduğu, dövlət başçısının sərəncamının necə həyata keçiriləcəyi və yerüstü nəqliyyatın təşkilində hansı keyfiyyətli dəyişiklikləri gözləmək lazım olduğuna aydınlıq gətirib.N.Allahyarova bildirib ki, "AYNA", dəmir yolu istisna olmaqla, avtomobillə yükdaşıma və sərnişindaşımaları ilə bağlı dövlət tənzimlənməsini həyata keçirəcək. O bildirib ki, prezidentin bu baxımdan "AYNA"nın yaradılması ilə bağlı fərmanı çox önəmli idi:N.Allahyarova Azərbaycanda yükdaşıma və sərnişindaşımada istifadə olunan avtonəqliyyat parkının köhnə olması məsələsinə də toxunub. O bildirib ki, sahibkarlar xidmətdə stimullaşmalıdır ki, avtonəqliyyat parkı yenilənsin:N.Allahyarova bildirib ki, hazırda Azərbaycan xaricə yükdaşımalar üçün icazə vərəqi alır. Amma xarici ölkələrdən yükdaşıma ilə məşğul olan avtonəqliyyat vasitələri Azərbaycanın gömrük keçid məntəqəsində müvafiq rüsumu ödəməklə ölkəmizin ərazisinə daxil ola bilir:N.Allahyarova həmçinin qeyd edib ki, "AYNA"nın yaradılması bölgələrdə sərnişindaşıma ilə bağlı çatışmazlıqları da aradan qaldıracaq. Ölkə üzrə sərnişindaşıma fəaliyyəti göstərənlərin orta yaş həddi aşağıdır. Bölgələrdə xidmət göstərən sərnişindaşımada istifadə olunan avtobusların texniki vəziyyəti də ürəkaçan deyil.Onun sözlərinə görə, qeyri-formal məşğulluğun nəqliyyat sektorunda, sərnişindaşımada daha çoxdur. Belə ki, "AYNA"nın yaradılması ilə sərnişindaşımada işə götürülən şəxslərin peşə bacarığına diqqət yetiriləcək. Daha sonra qurum nümayəndəsi sərnişindaşımada vahid elektron bilet sisteminin tətbiqinin də nəzərdə tutulduğunu deyib: N.Allahyarova "1 manatlıq " taksi xidmətinə də toxunaraq bildirib ki, bu gün insanlar arasında "manatlıq taksi" adlandırılan xidmətə tələbat var. O, həmçinin reysqabağı tibbi müayinə yerlərinin sayının bölgələrdə çox az olduğunu bildirib.Mətbuat konfransında N.Allahyarova ona ünvanlanan digər suallara da ətraflı cavab verib.Qeyd edək ki, bu ilin oktyabr ayının 11-də Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Avtomobil nəqliyyatı sahəsində sərnişin və yükdaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və innovativ həllərin tətbiqinin genişləndirilməsinə xidmət edən, eləcə də avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin edən “AYNA” informasiya sistemi yaradılıb.Həmçinin oxuyun:"AYNA" sistemi: yerüstü nəqliyyatın hərəkəti necə təşkil olunacaq?Bakıda mikromobil nəqliyyat: skuterləri də icarəyə götürmək olacaqYük avtomobilləri yollarda kabusa çevrilib - Bizi bir kiçik cihaz xilas edə bilər
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434712821_341:0:3072:2048_1920x0_80_0_0_290df3f50c470125dd1984eb527dbbc0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər, видео, nəqliyyat, ayna, sistem, azərbaycan
xəbərlər, видео, nəqliyyat, ayna, sistem, azərbaycan
"AYNA" hansı problemlərə ayna tutacaq?
Yeni sistemin tətbiqi bölgələrdə sərnişindaşıma ilə bağlı çatışmazlıqları da aradan qaldıracaq.
BAKI, 29 oktyabr — Sputnik. Bu gün
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Prezident
İlham Əliyevin fərmanı ilə yaradılan
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nəqliyyatın təşkilində hansı dəyişikliyə səbəb olacağına həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova
"AYNA" sisteminin qarşıya hansı vəzifələr qoyduğu, dövlət başçısının sərəncamının necə həyata keçiriləcəyi və yerüstü nəqliyyatın təşkilində hansı keyfiyyətli dəyişiklikləri gözləmək lazım olduğuna aydınlıq gətirib.
N.Allahyarova bildirib ki, "AYNA", dəmir yolu istisna olmaqla, avtomobillə yükdaşıma və sərnişindaşımaları ilə bağlı dövlət tənzimlənməsini həyata keçirəcək. O bildirib ki, prezidentin bu baxımdan "AYNA"nın yaradılması ilə bağlı fərmanı çox önəmli idi:
"Bu sənədə qədərki dövrdə avtomobil nəqliyyatı ilə bağlı daşımalar sahəsində, xidmətlərin göstərilməsində problemlər təftiş olunaraq cənab prezidentə məruzə edilib. Avtomobil nəqliyyatı sektorunda bir neçə qurum fəaliyyət göstərirdi. Bu isə idarəetmədə pərakəndəliyə səbəb olurdu. Bəzən səlahiyyətlər üst-üstə düşür, problemi həll edilməmiş qalırdı. "AYNA"nın yaradılması mövcud problemləri aradan qaldıracaq, yük və sərnişindaşımalarla bağlı informasiya sisteminin yaradılmasına gətirib çıxaracaq".
N.Allahyarova Azərbaycanda yükdaşıma və sərnişindaşımada istifadə olunan avtonəqliyyat parkının köhnə olması məsələsinə də toxunub. O bildirib ki, sahibkarlar xidmətdə stimullaşmalıdır ki, avtonəqliyyat parkı yenilənsin:
"Hazırda ölkəmizdə yükdaşımada istifadə olunan avtonəqliyyat vasitələrinin orta yaşı 22-dir. Dünyada isə bu rəqəm 5-dir. Beynəlxalq daşımalarda iştirak edən avtonəqliyyat vasitələrinin yaşı 22 olduqda, bizim tranzit daşımalarda iştirakımızda problemlər yaranır. Biz getdikcə xarici bazarlara çıxış imkanımızı itiririk. Ona görə də bu problemlərin həll olunması üçün "AYNA"nın yaranması zəruri idi".
N.Allahyarova bildirib ki, hazırda Azərbaycan xaricə yükdaşımalar üçün icazə vərəqi alır. Amma xarici ölkələrdən yükdaşıma ilə məşğul olan avtonəqliyyat vasitələri Azərbaycanın gömrük keçid məntəqəsində müvafiq rüsumu ödəməklə ölkəmizin ərazisinə daxil ola bilir:
""Biz qarışıq komissiyaların iclasında müəyyən olunan kvota əsasında yükdaşıma üçün icazə vərəqi alırıq. Azərbaycan nə qədər qarşı ölkəyə icazə vərəqi təqdim edirsə, eyni sayda da icazə vərəqi Azərbaycana verilir. Hansı ölkədə yükdaşıma üçün kvota bitibsə, yük avtomobili həmin ölkənin ərazisinə keçə bilmir. Amma Azərbaycana daxil olan yükdaşıyan avtonəqliyyat vasitələri üçün belə bir problem yoxdur. Kvotadan artıq yük daşımaq istəyən xarici ölkə yükdaşıyıcısı müəyyən rüsumu ödəyərək ölkəmizin ərazisinə gələ bilir. Bizim isə kvota bitdikdən sonra xarici ölkələrə yükdaşıma imkanımız məhdudlaşır. Azərbaycanda yükdaşıma həyata keçirən şirkətlər bu zaman külli miqdarda qazanc itirir. Çünki xaricdəki hər hansı yükdaşıyıcı bunu aşağı qiymətə asanlıqla həyata keçirir. Burada qarışıq komissiyalarda kvota anlamı da itmiş olur. "AYNA"nın fəaliyyəti zamanı bu məsələlər diqqətə çatdırılacaq. Bu, Azərbaycanda yükdaşıma ilə məşğul olanların avtonəqliyyat parkını yeniləməsinə də mane olur. Region ölkələri isə artıq xaricdən kvotadan kənar rüsum ödəyərək yükdaşıma xidmətini ləğv edib".
N.Allahyarova həmçinin qeyd edib ki, "AYNA"nın yaradılması bölgələrdə sərnişindaşıma ilə bağlı çatışmazlıqları da aradan qaldıracaq. Ölkə üzrə sərnişindaşıma fəaliyyəti göstərənlərin orta yaş həddi aşağıdır. Bölgələrdə xidmət göstərən sərnişindaşımada istifadə olunan avtobusların texniki vəziyyəti də ürəkaçan deyil.
Onun sözlərinə görə, qeyri-formal məşğulluğun nəqliyyat sektorunda, sərnişindaşımada daha çoxdur. Belə ki, "AYNA"nın yaradılması ilə sərnişindaşımada işə götürülən şəxslərin peşə bacarığına diqqət yetiriləcək.
Daha sonra qurum nümayəndəsi sərnişindaşımada vahid elektron bilet sisteminin tətbiqinin də nəzərdə tutulduğunu deyib:
"Vahid bilet sistemi vasitəsilə sərnişinlər bölgələrdən Bakıya və əks istiqamətə, eləcə də paytaxt daxilində sərnişindaşıma xidmətindən yararlana biləcəklər".
N.Allahyarova "1 manatlıq " taksi xidmətinə də toxunaraq bildirib ki, bu gün insanlar arasında "manatlıq taksi" adlandırılan xidmətə tələbat var. O, həmçinin reysqabağı tibbi müayinə yerlərinin sayının bölgələrdə çox az olduğunu bildirib.
Mətbuat konfransında N.Allahyarova ona ünvanlanan digər suallara da ətraflı cavab verib.
Qeyd edək ki, bu ilin oktyabr ayının 11-də Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Avtomobil nəqliyyatı sahəsində sərnişin və yükdaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və innovativ həllərin tətbiqinin genişləndirilməsinə xidmət edən, eləcə də avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin edən “AYNA” informasiya sistemi yaradılıb.
"AYNA" sistemi:
yerüstü nəqliyyatın hərəkəti necə təşkil olunacaq?
Bakıda
mikromobil nəqliyyat: skuterləri də icarəyə götürmək olacaq
Yük avtomobilləri yollarda kabusa çevrilib -
Bizi bir kiçik cihaz xilas edə bilər