Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Soçidə hərbi müşavirə keçirəcək

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Abunə olmaq
Prezident müşavirədə dövlət kontraktlarının yerinə yetirilməsi məsələsinin müzakirə olunacağını bildirib.
BAKI, 29 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin Federal Dövlət Maliyyə Monitorinqinin direktoru Yuri Çixançinlə görüşündə Soçidə müşavirə keçirmək niyyətində olduğunu bildirib. RİA Novosti xəbər verir ki, dövlət başçısı görüşdə həmçinin dövlət kontraktlarının yerinə yetirilməsi məsələsinin müzakirə olunacağını bildirib.

"Bizim Soçidə müşavirəmiz olacaq. Bir daha məhz bu barədə, məhsulların dəyəri barədə danışacağıq", - deyə Putin Çixançinin kontrakt qiymətlərinin strukturunun açıqlanması qaydası barədə məruzəsini şərh edərək bildirib.

Xatırladaq ki, Rusiya Prezidentiinin mətbuat katibi Dmitri Peskov oktyabrın 13-də jurnalistlərə Putinin Soçidə silsilə hərbi müşavirələr keçirmək niyyətində olduğunu demişdi.
Xəbər lenti
0