https://sputnik.az/20211030/qarabagda-yasil-enerji-zonasinin-yaradilmasi-ile-bagli-konsepsiya-hazirlanib-434732781.html
Qarabağda "yaşıl enerji" zonasının yaradılması ilə bağlı konsepsiya hazırlanıb
Qarabağda "yaşıl enerji" zonasının yaradılması ilə bağlı konsepsiya hazırlanıb
Sputnik Azərbaycan
Qarabağda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə əlaqədar konsepsiya və baş planının hazırlanması üçün... 30.10.2021, Sputnik Azərbaycan
2021-10-30T14:33+0400
2021-10-30T14:33+0400
2021-10-30T14:33+0400
qarabağ
qarabağ
enerji
konsepsiya
yaşıl
bərpaolunan enerji
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434690578_0:146:3120:1901_1920x0_80_0_0_c50869c2ce8ae160dd6d176be0a15efa.jpg
BAKI, 30 oktyabr — Sputnik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə hazırlanıb.Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Enerji təminatı məsələləri" İşçi Qrupunun videokonfrans formatında növbəti iclasında deyilib.Məlumata görə, İşçi Qrupunun iclasında "yaşıl enerji" layihəsinə dair təqdimat nümayiş etdirilib, konsepsiya haqqında ətraflı məlumat verilib, suallar cavablandırılıb. Qarabağ və Şərqi Zəngəzurun enerji təminatında bərpa olunan enerji mənbələrindən maksimum istifadə edilməsinin və enerji dəyər zənciri mərhələlərində ekoloji təmiz, enerjisəmərəli, müasir və innovativ texnologiyaların tətbiqinin nəzərdə tutulduğu bildirilib. Enerji tələbatı və təchizatı ssenarisinin müəyyən edilməsi məqsədilə konsepsiya çərçivəsində 3 ssenari üzrə təhlillər aparıldığı vurğulanıb.Qeyd edək ki, Qarabağda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə əlaqədar konsepsiya və baş planının hazırlanması üçün Yaponiyanın "TEPSCO" şirkəti cəlb edilib.Şirkət Azərbaycanda da bir sıra layihələrin icrasında iştirak edib. Bunlardan "Şimal-1" və "Şimal-2" elektrik stansiyalarının tikintisi layihəsində məsləhətçi xidmətlərini, Azərbaycanın enerji sektorunun sahəvi təhlilini qeyd etmək olar.3 may 2021-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə əlaqədar işlərin həyata keçirilməsi üçün 2021-ci ilin dövlət büdcəsindən Energetika Nazirliyinə 1 milyon 391,04 min ABŞ dolları ayrılıb.Eləcə də oxuyun:* Qarabağda sahibkarlıqla məşğul olmaq istəyən 800-dən çox adam hökumətə müraciət etdi* "Yaşıl texnologiya"ların tətbiqi üçün xüsusi qrant proqramları hazırlanıb* Avropa İttifaqı Qarabağın bərpasını dəstəkləyəcək* "Lukoil" Azərbaycana bərpa olunan enerji sahəsində nə təklif edəcək
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434690578_196:0:2925:2047_1920x0_80_0_0_4542fedb59093bd85deb196c01f92c90.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ, enerji, konsepsiya, yaşıl, bərpaolunan enerji
qarabağ, enerji, konsepsiya, yaşıl, bərpaolunan enerji
Qarabağda "yaşıl enerji" zonasının yaradılması ilə bağlı konsepsiya hazırlanıb
Qarabağda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə əlaqədar konsepsiya və baş planının hazırlanması üçün Yaponiyanın "TEPSCO" şirkəti cəlb edilib.
BAKI, 30 oktyabr — Sputnik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə hazırlanıb.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Enerji təminatı məsələləri" İşçi Qrupunun videokonfrans formatında növbəti iclasında deyilib.
Məlumata görə, İşçi Qrupunun iclasında "yaşıl enerji" layihəsinə dair təqdimat nümayiş etdirilib, konsepsiya haqqında ətraflı məlumat verilib, suallar cavablandırılıb. Qarabağ və Şərqi Zəngəzurun enerji təminatında bərpa olunan enerji mənbələrindən maksimum istifadə edilməsinin və enerji dəyər zənciri mərhələlərində ekoloji təmiz, enerjisəmərəli, müasir və innovativ texnologiyaların tətbiqinin nəzərdə tutulduğu bildirilib. Enerji tələbatı və təchizatı ssenarisinin müəyyən edilməsi məqsədilə konsepsiya çərçivəsində 3 ssenari üzrə təhlillər aparıldığı vurğulanıb.
Qeyd edək ki, Qarabağda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə əlaqədar konsepsiya və baş planının hazırlanması üçün Yaponiyanın "TEPSCO" şirkəti cəlb edilib.
Şirkət Azərbaycanda da bir sıra layihələrin icrasında iştirak edib. Bunlardan "Şimal-1" və "Şimal-2" elektrik stansiyalarının tikintisi layihəsində məsləhətçi xidmətlərini, Azərbaycanın enerji sektorunun sahəvi təhlilini qeyd etmək olar.
3 may 2021-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə əlaqədar işlərin həyata keçirilməsi üçün 2021-ci ilin dövlət büdcəsindən Energetika Nazirliyinə 1 milyon 391,04 min ABŞ dolları ayrılıb.
*
"Yaşıl texnologiya"ların tətbiqi üçün xüsusi qrant proqramları hazırlanıb
* Avropa İttifaqı
Qarabağın bərpasını dəstəkləyəcək