https://sputnik.az/20211027/qarabagda-sahibkarliqla-mesgul-olmaq-isteyen-800-den-cox-adam-hokumete-muraciet-etdi-434647326.html
Qarabağda sahibkarlıqla məşğul olmaq istəyən 800-dən çox adam hökumətə müraciət etdi
Qarabağda sahibkarlıqla məşğul olmaq istəyən 800-dən çox adam hökumətə müraciət etdi
Sputnik Azərbaycan
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması... 27.10.2021, Sputnik Azərbaycan
2021-10-27T18:43+0400
2021-10-27T18:43+0400
2021-10-27T18:31+0400
sahibkar
iqtisadiyyat
qarabağ
işğaldan azad edilmiş ərazilər
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1b/428033029_0:319:3073:2047_1920x0_80_0_0_b9d74ce4bcb6a59c09e9c0999a7c0b6f.jpg
BAKI, 27 oktyabr — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 800-dən çox müraciət daxil olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə potensial investorlara təqdim edilməsi məqsədilə müxtəlif istiqamətləri əhatə edən nümunəvi layihələr hazırlanıb və 3 dildə olmaqla (Azərbaycan, rus və ingilis) kataloq halına salınıb. Bununla yanaşı, yeni nümunəvi layihələr üzərində iş aparılır.İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 800-dən çox müraciət daxil olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir."İşğaldan azad edilmiş ərazilərin zəngin sosial-iqtisadi imkanlarından səmərəli istifadə edilməklə iqtisadi artımın yeni "hərəkətverici qüvvələri"nin müəyyənləşdirilməsi, dayanıqlı məskunlaşmanın təmin edilməsi, iqtisadi canlanmanın sürətləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığının effektiv fəaliyyəti və zəruri stimullaşdırıcı mexanizmlərin tətbiqi müstəsna rola malikdir. Bu istiqamətdə ölkə qarşısında duran əsas məqsədlər uzunmüddətli inkişaf prioritetlərinə uyğun iqtisadi aktivliyin təşviqini, münbit biznes mühitinin formalaşdırılmasını və müasir çağırışlarla vəhdətdə olacaq iqtisadi islahatlar çərçivəsinin yaradılmasını zəruri edib. Diqqətəlayiq bir məqam da ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri çərçivəsində "ağıllı" texnologiyaların, xüsusilə enerji səmərəliliyi üzrə innovativ həllərin tətbiqinə diqqət yetirməklə bərpa olunan enerji mənbələrinə əsaslanan layihələr icra ediləcək. Sonrakı mərhələdə isə dairəvi iqtisadiyyata əsaslanan "ağıllı" biznes modelləri yaradılacaq, "yaşıl" maliyyələşdirmə və enerji sahəsində müasir idarəetmə alətləri tətbiq ediləcək", - deyə N.Səfərov diqqətə çatdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1b/428033029_150:0:2879:2047_1920x0_80_0_0_51b3213cbb59e2ae44735888c9df24e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sahibkar, qarabağ, işğaldan azad edilmiş ərazilər
sahibkar, qarabağ, işğaldan azad edilmiş ərazilər
Qarabağda sahibkarlıqla məşğul olmaq istəyən 800-dən çox adam hökumətə müraciət etdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi işləri həyata keçirilir.
BAKI, 27 oktyabr — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 800-dən çox müraciət daxil olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə potensial investorlara təqdim edilməsi məqsədilə müxtəlif istiqamətləri əhatə edən nümunəvi layihələr hazırlanıb və 3 dildə olmaqla (Azərbaycan, rus və ingilis) kataloq halına salınıb. Bununla yanaşı, yeni nümunəvi layihələr üzərində iş aparılır.
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi işləri həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 800-dən çox müraciət daxil olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.
"İşğaldan azad edilmiş ərazilərin zəngin sosial-iqtisadi imkanlarından səmərəli istifadə edilməklə iqtisadi artımın yeni "hərəkətverici qüvvələri"nin müəyyənləşdirilməsi, dayanıqlı məskunlaşmanın təmin edilməsi, iqtisadi canlanmanın sürətləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığının effektiv fəaliyyəti və zəruri stimullaşdırıcı mexanizmlərin tətbiqi müstəsna rola malikdir.
Bu istiqamətdə ölkə qarşısında duran əsas məqsədlər uzunmüddətli inkişaf prioritetlərinə uyğun iqtisadi aktivliyin təşviqini, münbit biznes mühitinin formalaşdırılmasını və müasir çağırışlarla vəhdətdə olacaq iqtisadi islahatlar çərçivəsinin yaradılmasını zəruri edib.
Diqqətəlayiq bir məqam da ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri çərçivəsində "ağıllı" texnologiyaların, xüsusilə enerji səmərəliliyi üzrə innovativ həllərin tətbiqinə diqqət yetirməklə bərpa olunan enerji mənbələrinə əsaslanan layihələr icra ediləcək.
Sonrakı mərhələdə isə dairəvi iqtisadiyyata əsaslanan "ağıllı" biznes modelləri yaradılacaq, "yaşıl" maliyyələşdirmə və enerji sahəsində müasir idarəetmə alətləri tətbiq ediləcək", - deyə N.Səfərov diqqətə çatdırıb.