https://sputnik.az/20211030/kostyumum-20-ton-su-icir---yaxud-planeti-mehve-aparan-debi-nece-yola-vermeli-434740082.html
Kostyumum 20 ton su içir - Yaxud planeti məhvə aparan dəbi necə yola verməli
Kostyumum 20 ton su içir - Yaxud planeti məhvə aparan dəbi necə yola verməli
Sputnik Azərbaycan
İl ərzində təxminən 100 milyard geyim istehsal olunur və nəticə etibarilə bu məhsulların 85%-i elə eyni ildə tullantıya çevrilir. Moda sənayesinin zərərləri... 30.10.2021, Sputnik Azərbaycan
2021-10-30T21:57+0400
2021-10-30T21:57+0400
2021-10-30T21:57+0400
geyim
cəmiyyət
ekologiya
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426758275_0:146:3072:1874_1920x0_80_0_0_cffc9dc28c1ae80b8dedfc29419e40f4.jpg
BAKI, 30 oktyabr — Sputnik. Plastik, sellofan və onların tullantıya çevrilmiş halları ilə yanaşı, ətraf mühit üçün çox zərərli olan məhsullardan biri də geyimdir. Son 20-30 il ərzində moda sənayesinin sürətli inkişafı ətraf mühitlə bağlı vəziyyəti daha da acınacaqlı həddə çatdırıb.Bir geyim alarkən planetə nə qədər zərər vururuq? Sputnik Azərbaycan moda sənayesinin zərərlərini və Azərbaycanda görülən işləri araşdırıb.İstifadə olunmuş geyimlərin yığılaraq imkansız ailələrə verilməsi təcrübəsi artıq Azərbaycanda da mövcuddur. İDEA İctimai Birliyinin sədri Surxay Şükürov Sputnik Azərbaycan-a açıqlamasında bu istiqamətdə görülən işlərdən danışaraq bildirib ki, istehlakçıların özündə də sosial məsuliyyət olmalı və bunun üçün maarifləndirmə işləri aparılmalıdır: "Bizim bir supermarket şəbəkəsi ilə birgə layihəmiz var. Artıq bir neçə ildir ki, bu layihəni icra edirik. İlk vaxtlarda vəziyyət o həddə çatmışdı ki, hətta biz bu məhsulları ailələrə paylamağı çatdıra bilmirdik. Bu isə o deməkdir ki, doğru yolu göstərdikdə insanlar həm ətraf mühitə fayda vermək, həm də aztəminatlı ailələrə yaxşılıq etmək istəyirlər. Bir çoxları işlətmədiyi geyimləri böyük həvəslə gətirərək təhvil verirdilər. Xeyriyyəçiliklə məşğul olan şəxslər vasitəsilə biz bu məhsulları aztəminatlı ailələrə çatdırırdıq. Düşünürəm ki, bu istiqamətdə vətəndaş cəmiyyətləri də aktiv fəaliyyət göstərməlidir".Bu cür layihələrin icra olunmasında məqsəd lazımsız geyimləri tullantıya çevrilməkdən xilas etməkdir: "İstifadə olunmayan geyimlər tullantıya çevrildikdə biz ətraf mühitə zərər vururuq. Çünki geyim məhsulları parçalandıqda emissiya yaranır. Təkrar istifadə olunduqda isə onlara ikinci dəfə həyat vermiş oluruq".S.Şükürov geyim israfının yaratdığı problemlərə də toxunub, bildirib ki, istehlakçılıqda problem çox fundamentaldır. Layihə çərçivəsində işlənmiş geyimlərlə yanaşı, oyuncaqları da təhvil verməklə kasıb, aztəminatlı ailələri sevindirmək olar.Qarderobumuzu dəb xatirinə alınan geyimlərlə zənginləşdirməməliyik. Bunun üçün səbəblər kifayət qədər çoxdur.Moda sənayesinin zərərləriModa sənayesi üçün israf olunan mənbələr və zərərlərə nəzər yetirək: il ərzində təxminən 100 milyard geyim istehsal olunur və nəticə etibarilə bu məhsulların 85%-i elə eyni ildə tullantıya çevrilir. Moda sənayesinin zərərləri yalnız yüksək miqdarda istehsal olunan tullantılardan ibarət deyil. Bu gün dünyadakı qaz emissiyalarının 10%-i moda sənayesinin payına düşür. Növbəti 30 ildə dünya əhalisinin sayının 2 milyard artacağı proqnozlaşdırılır, bu səbəbdən qlobal istiləşmənin qarşısını almaq üçün 10 il ərzində qaz emissiyalarının 55%-ə qədər azaldılmasına ehtiyac var.Geyim sənayesinin tələbinə cavab vermək, daha çox və sürətli pambıq istehsalı üçün geni dəyişdirilən pambıq istehsalı artıq maksimum həddə çatıb. İstifadə olunan dərman və kimyəvi gübrələr torpağa və əkinçilərə ciddi zərərlər verir. Ətraf mühitlə bağlı tanınmış fəallardan biri olan yazıçı Vandana Şivanın sözlərinə görə, son 16 ildə 250 mindən çox əkinçi intihar edib. O, bunun səbəbini izah edərək bildirir ki, illərlə zəhərli maddələrlə torpaqlarını məhv edən əkinçilər böyük markaların xammal tələblərinə cavab verə bilməməklə yanaşı, yaşam xərclərini qarşılaya biləcək gəlir əldə edə bilmirlər.Geyim istehsalında istifadə olunan kimyəvi maddələr yalnız pambıq tarlalarında çalışanlar üçün deyil, istehlakçılar üçün də böyük sağlamlıq riski yaradır. Bir çox mütəxəssislərin sözlərinə görə, son zamanlar dəri xərçəngi xəstəliklərinin artmasında istifadə olunan kimyəvi maddələrin rolu böyükdür.Suyumuzu da içir, suyumuza da keçirModa sənayesi dünyadakı su mənbələrini də tükətmək üzrədir. Təkcə bir kilo pambığın istehsalı üçün 20 min litr su israf olunur. Bu səbəbdən də dünyada ən çox suyun istifadə olunduğu ikinci ən böyük sənaye moda sənayesidir. Bir insanın 3,5 il boyunca içə biləcəyi su miqdarı tək bir pambıq köynəyin istehsalına sərf olunur. Özbəkistanda pambıq əkilmiş tarlaların 50 il ərzində Aral dənizini tamamilə qurudacağı proqnozlaşdırılır.Boyama proseslərindən sonra tullantıların təbiətə atılması bir çox çayların qurumasına və ya istifadəsinin qeyri-mümkün səviyyəyə çatmasına səbəb olub.Modanın ətraf mühitə vurduğu zərərlər sadəcə istehsal prosesi ilə də bitmir.Geyimlər paltaryuyan maşınlarda yuyulan zaman poliester parçalarda olan mikrofiberlər su təmizləyici qurğularda təmizlənmədən birbaşa dəniz sularına qarışır. Bu, həm suyun çirklənməsinə, həm də balıqların məhvinə səbəb olur. Hətta son araşdırmalar göstərir ki, yediyimiz bəzi balıqların orqanizmində mikrofiberlər var.Qeyd edək ki, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müxtəlif tullantıların təkrar emalı həyata keçirilsə də, geyim məhsulları tullantılarının təkrar emalı aparılmır. Ölkədə yalnız bir neçə dizayner var ki, bu tullantıları xammal olaraq alıb onu yeni bir məhsul kimi istehsal edir.Azərbaycanda geyim tullantılarının təkrar emalı, istehsalı həyata keçirilmədiyi halda belə bir sual ortaya çıxır: Hər il nə qədər yeni geyimi qarderobumuza əlavə edir və nə qədərini atırıq? Bu geyimləri sadəcə dəb xatirinə, yoxsa həqiqətən də zəruri ehtiyaca görə alırıq?Eləcə də oxuyun:* Geyim bahalaşıb, mobil telefonlar ucuzlaşıb* Matəm defilesi: ən son cənazə trendləri* Modelyer: Aygün Kazımova mənim tikdiyim geyimi başqasının adına çıxıb* Dəbdə yenilik - 2022-ci ildə hansı rəng trenddə olacaq?
https://sputnik.az/20211002/dnya-ondan-pul-qazanr-biz-ky-atrq-zibili-n-etmli--433822040.html
https://sputnik.az/20210916/Azrbaycanda-su-qtl-gzlnilmir---Ekoloq-427937576.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426758275_279:0:3010:2048_1920x0_80_0_0_82f11d80632e388723948752d328f470.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
geyim, ekologiya, iqtisadiyyat
geyim, ekologiya, iqtisadiyyat
Kostyumum 20 ton su içir - Yaxud planeti məhvə aparan dəbi necə yola verməli
İl ərzində təxminən 100 milyard geyim istehsal olunur və nəticə etibarilə bu məhsulların 85%-i elə eyni ildə tullantıya çevrilir. Moda sənayesinin zərərləri yalnız yüksək miqdarda istehsal olunan tullantılardan ibarət deyil.
BAKI, 30 oktyabr — Sputnik. Plastik, sellofan və onların tullantıya çevrilmiş halları ilə yanaşı, ətraf mühit üçün çox zərərli olan məhsullardan biri də geyimdir. Son 20-30 il ərzində moda sənayesinin sürətli inkişafı ətraf mühitlə bağlı vəziyyəti daha da acınacaqlı həddə çatdırıb.
Bir geyim alarkən planetə nə qədər zərər vururuq?
Sputnik Azərbaycan moda sənayesinin zərərlərini və Azərbaycanda görülən işləri araşdırıb.
İstifadə olunmuş geyimlərin yığılaraq imkansız ailələrə verilməsi təcrübəsi artıq Azərbaycanda da mövcuddur. İDEA İctimai Birliyinin sədri Surxay Şükürov Sputnik Azərbaycan-a açıqlamasında bu istiqamətdə görülən işlərdən danışaraq bildirib ki, istehlakçıların özündə də sosial məsuliyyət olmalı və bunun üçün maarifləndirmə işləri aparılmalıdır: "Bizim bir supermarket şəbəkəsi ilə birgə layihəmiz var. Artıq bir neçə ildir ki, bu layihəni icra edirik. İlk vaxtlarda vəziyyət o həddə çatmışdı ki, hətta biz bu məhsulları ailələrə paylamağı çatdıra bilmirdik. Bu isə o deməkdir ki, doğru yolu göstərdikdə insanlar həm ətraf mühitə fayda vermək, həm də aztəminatlı ailələrə yaxşılıq etmək istəyirlər. Bir çoxları işlətmədiyi geyimləri böyük həvəslə gətirərək təhvil verirdilər. Xeyriyyəçiliklə məşğul olan şəxslər vasitəsilə biz bu məhsulları aztəminatlı ailələrə çatdırırdıq. Düşünürəm ki, bu istiqamətdə vətəndaş cəmiyyətləri də aktiv fəaliyyət göstərməlidir".
Bu cür layihələrin icra olunmasında məqsəd lazımsız geyimləri tullantıya çevrilməkdən xilas etməkdir: "İstifadə olunmayan geyimlər tullantıya çevrildikdə biz ətraf mühitə zərər vururuq. Çünki geyim məhsulları parçalandıqda emissiya yaranır. Təkrar istifadə olunduqda isə onlara ikinci dəfə həyat vermiş oluruq".
S.Şükürov geyim israfının yaratdığı problemlərə də toxunub, bildirib ki, istehlakçılıqda problem çox fundamentaldır.
"Bu sahədə maarifləndirməni artırmaq lazımdır ki, insanlar məsuliyyətli istehlakçılığın nə demək olduğunu bilsinlər. "Dəbdir, gündə bir geyim alım geyinim" - bu, ikinci dərəcəli məsələdir. Biz ilk növbədə planetimizin gələcəyini düşünməliyik. Bu səbəbdən yalnız təkrar emalı təşviq etməklə deyil, istehsalı azaltmaqla da müəyyən addımlar atmalıyıq. Yəni təkcə təkrar emalla bu prosesi yekunlaşdırmamalıyıq, ilkin istehsalı da azaltmalıyıq. Qeyd edim ki, hazırda yaranmış bu problemin kökündə ekstremal şəkildə israf dayanır".
Layihə çərçivəsində işlənmiş geyimlərlə yanaşı, oyuncaqları da təhvil verməklə kasıb, aztəminatlı ailələri sevindirmək olar.
Qarderobumuzu dəb xatirinə alınan geyimlərlə zənginləşdirməməliyik. Bunun üçün səbəblər kifayət qədər çoxdur.
Moda sənayesinin zərərləri
Moda sənayesi üçün israf olunan mənbələr və zərərlərə nəzər yetirək: il ərzində təxminən 100 milyard geyim istehsal olunur və nəticə etibarilə bu məhsulların 85%-i elə eyni ildə tullantıya çevrilir. Moda sənayesinin zərərləri yalnız yüksək miqdarda istehsal olunan tullantılardan ibarət deyil. Bu gün dünyadakı qaz emissiyalarının 10%-i moda sənayesinin payına düşür. Növbəti 30 ildə dünya əhalisinin sayının 2 milyard artacağı proqnozlaşdırılır, bu səbəbdən qlobal istiləşmənin qarşısını almaq üçün 10 il ərzində qaz emissiyalarının 55%-ə qədər azaldılmasına ehtiyac var.
Geyim sənayesinin tələbinə cavab vermək, daha çox və sürətli pambıq istehsalı üçün geni dəyişdirilən pambıq istehsalı artıq maksimum həddə çatıb. İstifadə olunan dərman və kimyəvi gübrələr torpağa və əkinçilərə ciddi zərərlər verir. Ətraf mühitlə bağlı tanınmış fəallardan biri olan yazıçı Vandana Şivanın sözlərinə görə, son 16 ildə 250 mindən çox əkinçi intihar edib. O, bunun səbəbini izah edərək bildirir ki, illərlə zəhərli maddələrlə torpaqlarını məhv edən əkinçilər böyük markaların xammal tələblərinə cavab verə bilməməklə yanaşı, yaşam xərclərini qarşılaya biləcək gəlir əldə edə bilmirlər.
Geyim istehsalında istifadə olunan kimyəvi maddələr yalnız pambıq tarlalarında çalışanlar üçün deyil, istehlakçılar üçün də böyük sağlamlıq riski yaradır. Bir çox mütəxəssislərin sözlərinə görə, son zamanlar dəri xərçəngi xəstəliklərinin artmasında istifadə olunan kimyəvi maddələrin rolu böyükdür.
Suyumuzu da içir, suyumuza da keçir
Moda sənayesi dünyadakı su mənbələrini də tükətmək üzrədir. Təkcə bir kilo pambığın istehsalı üçün 20 min litr su israf olunur. Bu səbəbdən də dünyada ən çox suyun istifadə olunduğu ikinci ən böyük sənaye moda sənayesidir. Bir insanın 3,5 il boyunca içə biləcəyi su miqdarı tək bir pambıq köynəyin istehsalına sərf olunur. Özbəkistanda pambıq əkilmiş tarlaların 50 il ərzində Aral dənizini tamamilə qurudacağı proqnozlaşdırılır.
Boyama proseslərindən sonra tullantıların təbiətə atılması bir çox çayların qurumasına və ya istifadəsinin qeyri-mümkün səviyyəyə çatmasına səbəb olub.
Modanın ətraf mühitə vurduğu zərərlər sadəcə istehsal prosesi ilə də bitmir.
Geyimlər paltaryuyan maşınlarda yuyulan zaman poliester parçalarda olan mikrofiberlər su təmizləyici qurğularda təmizlənmədən birbaşa dəniz sularına qarışır. Bu, həm suyun çirklənməsinə, həm də balıqların məhvinə səbəb olur. Hətta son araşdırmalar göstərir ki, yediyimiz bəzi balıqların orqanizmində mikrofiberlər var.
Qeyd edək ki, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müxtəlif tullantıların təkrar emalı həyata keçirilsə də, geyim məhsulları tullantılarının təkrar emalı aparılmır. Ölkədə yalnız bir neçə dizayner var ki, bu tullantıları xammal olaraq alıb onu yeni bir məhsul kimi istehsal edir.
Azərbaycanda geyim tullantılarının təkrar emalı, istehsalı həyata keçirilmədiyi halda belə bir sual ortaya çıxır: Hər il nə qədər yeni geyimi qarderobumuza əlavə edir və nə qədərini atırıq? Bu geyimləri sadəcə dəb xatirinə, yoxsa həqiqətən də zəruri ehtiyaca görə alırıq?
*
Matəm defilesi: ən son cənazə trendləri