https://sputnik.az/20211002/dnya-ondan-pul-qazanr-biz-ky-atrq-zibili-n-etmli--433822040.html
Dünya ondan pul qazanır, biz küçəyə atırıq: Zibili nə etməli?
Dünya ondan pul qazanır, biz küçəyə atırıq: Zibili nə etməli?
Sputnik Azərbaycan
Azərbaycanın illik tullantısı nə qədərdir, onun nə qədər hissəsi enerjiyə çevrilir və bu zibillərdən başqa necə səmərəli istifadə etmək olar? Sputnik... 02.10.2021, Sputnik Azərbaycan
2021-10-02T22:00+0400
2021-10-02T22:00+0400
2021-10-02T22:00+0400
məişət tullantıları
iqtisadiyyat
avropa ittifaqı
metan
"təmiz şəhər" asc
məişət tullantları
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433802381_0:463:1200:1138_1920x0_80_0_0_a1e66690b685c31b70a7fc5cd0980f19.jpg
BAKI, 2 oktyabr — Sputnik. Bakının bəzi əraziləri hələ də zibil içində itib-batır. Paytaxtın Binəqədi, Nizami, Xəzər, Suraxanı və digər rayonlarında bu arzuolunmaz hallara tez-tez rast gəlmək mümkündür. Metronun "Neftçilər" stansiyasının yanında, Nizami rayon İcra Hakimiyyəti ilə paralel aşağı yolla kifayətdir ki, bunu açıq-aşkar görəsən. Ayrı-ayrı günlərdə çəkilən fotodan da göründüyü kimi, qeyd olunan ərazidə konteyner olmadığından, zibillər dayanacağın arxasına toplu şəkildə yığılaraq atılır. Nə Nizami rayon İcra Hakimiyyəti, nə də Bakı Şəhər İcra Hakimiyyəti şəhərin ortasında zibillərin üst-üstə qalanmasının səbəbini bilmir. Hər halda onlar özləri əməkdaşımıza bu barədə heç nə bilmədiklərini deyiblər. Maraqlıdır ki, şəhərə məsul olan bu dövlət qurumları, onların müvafiq strukturları bilməyəndə, kim bilməlidir? İcra hakimiyyətlərinə pul qazanmaq üçün ideyaAzərbaycanın bəzi ərazilərində tullantılar sahibsiz qalsa da, digər ölkələrdə zibil bir qazanc mənbəyi hesab edilir. Necə?Azərbaycandan fərqli olaraq dünyada zibildən böyük miqdarda gəlir əldə edilir və bunun üçün müxtəlif yollar axtarılır. Məsələn, bir çox ölkələr plastik tullantılardan asfaltların döşənməsində istifadə edir və mütəxəssislər belə asfalt döşəmələrinin digərləri ilə müqayisədə daha keyfiyyətli olduğunu bildirirlər.Türkiyəyə nəzər salaq. Burada ilk olaraq tullantıların idarə edilıməsindən daha çox israfın qarşısının alınmasına diqqət çəkilir. Qeyd olunur ki, hər kəsə bəs edəcək qədər qida istehsal olunsa da, hər gün dünyada 25 min insan aclıqdan, yoxsulluqdan dünyasını dəyişir. Hər gün yeddi nəfərdən biri aclıqla mübarizə aparır. Adambaşına düşən günlük kalori 1,5 kq olduğu halda restoranlarda adambaşına 5 kiloya yaxın qida servisi təqdim edilir.Türkiyə və bir çox ölkələr qida tullantılarının heyvan yeminə çevrilməsi üçün müəyyən işlər görülür. Azərbaycanda isə qida tullantılarının heyvan yeminə çevrilməsi təcrübəsinə demək olar ki, rast gəlinmir. Tullantılar necə idarə oluna bilər?Azərbaycan Respublikası Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həm məişət, həm də kənd təsərrüfatı tullantılarından elektrik və istilik enerjisi əldə etmək mümkündür: "Kənd təsərrüfatı tullantıları 2 yerə bölünür: Heyvan və bitki mənşəli. Heyvan mənşəli kənd təsərrüfatı tullantıları dedikdə heyvanların biokütləsindən əldə olunan bioqaz nəzərdə tutulur. Bu bioqazın təxminən 60%-dək hissəsi metan qazından ibarət olur. Bunun üçün ilk öncə biokütlə xüsusi qurğularda toplanır və burada müvafiq şəraitdə qıcqırdılır. Daha sonra isə bioqaz qaztutucu qurğuda toplanır və separatordan keçərək metan qazı tərkibindən ayrılır. Bu metan qazından məişətdə istifadə etmək, eyni zamanda kogenerator qurğusu vasitəsilə ondan elektrik və istilik enerjisi istehsal etmək mümkündür". C.Mikayılov deyir ki, kogeneratorun effektivliyi digər generatorlarla müqayisədə daha yüksəkdir.O bildirir ki, bitki mənşəli kənd təsərrüfatı tullantılarına nümunə olaraq qarğıdalı çubuğu, pambıq çöpləri və s. göstərmək olar: "Bu tullantılar yığılaraq xüsusi qurğularda qurudulur, xırdalanır və preslənir. Onlardan briketlər və pelletlər hazırlanır. Bu oduncaqlar qurudulduğundan və presləndiyindən nisbətən bircins yanacağa çevrilir, tərkibindəki maye və qazlar çıxır və belə olan halda onların yanma istiliyi də stabil olur"."Yəni, biz adi oduncağı yandırdıqda o bizə hər zaman eyni istiliyi vermir. Onun nəmliliyindən, quruluğundan asılı olaraq yanma istiliyi dəyişilir. Pellet və ya briketlər isə yanma prosesi boyunca eyni miqdarda istilik verir. Stabil temperatur alındığı üçün yandırılan sobaların texniki xidmət xərcləri aşağı düşür. Adıçəkilən bərk bioyanacaqların kültörətmə qabiliyyəti də aşağı olur", - Mikayılov əlavə edir. Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycanda bu texnologiyalardan nə qədər geniş istifadə olunması haqqında şərh vermək bir qədər çətindir. Çünki bu, özəl sektorun marağında olan məsələdir. Ancaq Qobustanda dövlət tərəfindən 2011-ci ildə yaradılan hibrid elektrik stansiyası və eksperimental poliqonunda günəş, külək və bioqaz qurğuları mövcuddur. Bu pilot layihə hesabına həm elektrik enerjisi istehsal olunur, həm eksperimentlər aparılır, eyni zamanda mütəxəssislər və tələbələr təcrübə qazanırlar.Bioenerji “karbon neytral” enerji növü hesab olunurC.Mikayılov bildirir ki, bioenerji ekoloji cəhətdən daha təmiz, “yaşıl enerji” hesab olunur: "Düzdür, hərdən sual verilir ki, axı bioenerji istehsalı üçün yanma prosesi vacibdir və yanma nəticəsində karbon qazı emissiyası atılır, belə olan halda bioenerjiyə necə “yaşıl enerji” deyilə bilər?! Nəzərə almaq lazımdır ki, enerjini günəşdən alan bitkilər karbon qazı udaraq qidalanırlar. Bitki tullantılarından bioyanacaq istehsal etdikdə və yandırdıqda bitkinin həyat fəaliyyəti dövründə udduğu karbon qazından daha artığını atmosferə ata bilməz, bu fizikanın maddənin saxlanmasına dair qanununa zidd olardı. Bu səbəbdən bioenerji “karbon neytral” enerji növü hesab olunur".O qeyd edir ki, metan qazının təbiətə vurduğu ziyan, yəni onun istixana effekti törətmə qabiliyyəti karbon qazına nisbətən 20-25 dəfə daha çoxdur. Yəni, biz heyvan mənşəli biokütlədən bioqaz, dolayısı ilə metan istehsal edib yandırmasaq, həmin metan qazı atmosferə yayılır və bu təbiət üçün daha zərərli olur. Ona görə də bioqaz texnologiyası vasitəsi ilə əldə olunan enerji də haqlı olaraq “yaşıl enerji” adlandırılır.Mikayılovun sözlərinə görə, hazırda Azərbaycanda müasir energetikanın inkişafı baxımından əsas istiqamətlərdən biri özəl, o cümlədən xarici investisiyaların “yaşıl enerji”dən istifadənin genişləndirilməsi işinə cəlb etməkdən ibarətdir.İxtisasca bərpa olunan enerji mənbələri üzrə mühəndis-energetik olan Nazirlik nümayəndəsi qeyd edib ki, ölkəmizdə həm külək, həm də günəş enerjisinin yüksək potensialı var. Ümumilikdə bərpa olunan enerji potensialımız 27 min meqavat kimi qiymətləndirilir ki, bunun 23 min meqavatı günəşin, 3 min meqavatı isə küləyin payına düşür. Hazırda iki beynəlxalq şirkət tamamilə özəl investisiyası hesabına ölkəmizdə günəş və külək enerjisi stansiyalarının tikintisi üzrə layihələri icra etməkdədirlər. "Yaxın gələcəkdə 240 MVt gücündə külək, 230 MVt gücündə günəş elektrik stansiyasının təməlinin qoyulması da gözlənilir. İki stansiyanın bir illik fəaliyyəti ilə 600 min tondan artıq karbon qazı emissiyasının qarşısının alınması mümkün olacaqdır. İki layihənin birgə ümumi investisiya dəyəri təxminən 500 milyon dollar həcmində qiymətləndirilir", - Mikayılov bildirib. Ölkədə illik olaraq nə qədər tullantı meydana çıxır və həmin tullantılar necə idarə olunur? 2020-ci ildə ölkədə 3486,5 min ton və ya əvvəlki illə müqayisədə 6,4 faiz çox tullantı əmələ gəlib və onların 67,4 faizini bərk məişət tullantıları, 32,6 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranan müxtəlif növ tullantılar təşkil edib. Ötən il yaranan 2350,0 min ton bərk məişət tullantılarının 74,5 faizi zərərsizləşdirilmək məqsədilə poliqonlara daşınıb, 25,0 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5 faizi isə ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 200,6 milyon kVt saat və ya 2019-cu illə müqayisədə 2,4 faiz çox elektrik enerjisi istehsal edilib.Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 24,6 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 20,7 faizi ölkə daxilində satılıb, 1,8 faizi ixrac olunub, 8,4 faizi zərərsizləşdirilmək məqsədilə poliqonlara daşınıb, 44,5 faizi isə müəssisələrdə qalıb.Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2019-cu illə müqayisədə 0,1 faiz az və ya 317,2 min ton təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 9,1 faiz olub. Tullantıların 53,8 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşüb. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 61,4 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib."Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin əsas işi nədən ibarətdir?Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası çərçivəsində Bakı bərk məişət tullantılarının yandırılması zavodu yaradılıb. Zavod istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Müəssisə dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verəcək şəkildə qurulub. İllik gücü 500 min ton məişət və 10 min ton tibbi tullantı olan zavodda tullantıların yandırılması nəticəsində 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etmək mümkündür.Məişət tullantılarının çeşidlənməsi və ölkədə təkrar istehsalı, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə 2012-ci ildə “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu istifadəyə verilib. Alman texnologiyası əsasında qurulan zavod il ərzində 200 min ton tullantı qəbul etmək gücündədir. 2012-ci ildə Prezident İlham Əliyevin açılışında iştirak etdiyi müəssisə “yaşıl iqtisadiyyat”ın inkişafında və Balaxanı Sənaye Parkının rezidentlərinin xammalla təmin edilməsində mühüm rol oynayır. Ekosahib¬karlığın inkişafına dəstək verən zavodda çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı materiallar ayrılır ki, bu da tullantıların ümumi həcmini azaldır, eləcə də Balaxanı Sənaye Parkında istehsal üçün ucuz xammal formalaşır. Ölkədə təkrar istehsal sahəsinin inkişafında mühüm rol oynayan zavodun yaradılması təbii resurslara, enerjiyə qənaət edilməsinə, “yaşıl biznes”in genişlənməsinə, ən önəmlisi isə ətraf mühitə mənfi təsirlərin azaldılmasına xidmət edir.Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda abadlıq işləri nəticəsində ətraf mühitə zərərli təsirlər əhəmiyyətli dərəcədə azaldılıb. Dövlət başçısının “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” imzaladığı Sərəncamla Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu 2009-cu ildə “Təmiz Şəhər” ASC-yə təhvil verilib. İqtisadiyyat Nazirliyi ilə Dünya Bankı arasında “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi icra olunaraq ekoloji problemin müşahidə edildiyi 120 hektar ərazidə ətraf mühitə zərərli təsirlər əhəmiyyətli dərəcədə azaldılıb. 1963-cü ildən fəaliyyət göstərən Balaxanı poliqonu beynəlxalq ekoloji standartlara və texniki normalara cavab verən yeni sanitar poliqona çevrilib.Burada tullantıların çeşidlənməsi nəticəsində təkrar emal üçün yararlı materiallar ayrılır, istehsal üçün ucuz xammal formalaşır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433802381_0:350:1200:1250_1920x0_80_0_0_138c381747f8d26eb1a1043bb6bcc060.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məişət tullantıları, avropa ittifaqı, metan, "təmiz şəhər" asc, məişət tullantları
məişət tullantıları, avropa ittifaqı, metan, "təmiz şəhər" asc, məişət tullantları
Dünya ondan pul qazanır, biz küçəyə atırıq: Zibili nə etməli?
Azərbaycanın illik tullantısı nə qədərdir, onun nə qədər hissəsi enerjiyə çevrilir və bu zibillərdən başqa necə səmərəli istifadə etmək olar? Sputnik Azərbaycan bu barədə araşdırma aparıb.
BAKI, 2 oktyabr — Sputnik. Bakının bəzi əraziləri hələ də zibil içində itib-batır. Paytaxtın Binəqədi, Nizami, Xəzər, Suraxanı və digər rayonlarında bu arzuolunmaz hallara tez-tez rast gəlmək mümkündür.
Metronun "Neftçilər" stansiyasının yanında, Nizami rayon İcra Hakimiyyəti ilə paralel aşağı yolla kifayətdir ki, bunu açıq-aşkar görəsən.
Ayrı-ayrı günlərdə çəkilən fotodan da göründüyü kimi, qeyd olunan ərazidə konteyner olmadığından, zibillər dayanacağın arxasına toplu şəkildə yığılaraq atılır.
Nə Nizami rayon İcra Hakimiyyəti, nə də Bakı Şəhər İcra Hakimiyyəti şəhərin ortasında zibillərin üst-üstə qalanmasının səbəbini bilmir. Hər halda onlar özləri əməkdaşımıza bu barədə heç nə bilmədiklərini deyiblər. Maraqlıdır ki, şəhərə məsul olan bu dövlət qurumları, onların müvafiq strukturları bilməyəndə, kim bilməlidir?
İcra hakimiyyətlərinə pul qazanmaq üçün ideya
Azərbaycanın bəzi ərazilərində tullantılar sahibsiz qalsa da, digər ölkələrdə zibil bir qazanc mənbəyi hesab edilir. Necə?
Azərbaycandan fərqli olaraq dünyada zibildən böyük miqdarda gəlir əldə edilir və bunun üçün müxtəlif yollar axtarılır. Məsələn, bir çox ölkələr plastik tullantılardan asfaltların döşənməsində istifadə edir və mütəxəssislər belə asfalt döşəmələrinin digərləri ilə müqayisədə daha keyfiyyətli olduğunu bildirirlər.
Türkiyəyə nəzər salaq. Burada ilk olaraq tullantıların idarə edilıməsindən daha çox israfın qarşısının alınmasına diqqət çəkilir. Qeyd olunur ki, hər kəsə bəs edəcək qədər qida istehsal olunsa da, hər gün dünyada 25 min insan aclıqdan, yoxsulluqdan dünyasını dəyişir. Hər gün yeddi nəfərdən biri aclıqla mübarizə aparır. Adambaşına düşən günlük kalori 1,5 kq olduğu halda restoranlarda adambaşına 5 kiloya yaxın qida servisi təqdim edilir.
Türkiyə və bir çox ölkələr qida tullantılarının heyvan yeminə çevrilməsi üçün müəyyən işlər görülür. Azərbaycanda isə qida tullantılarının heyvan yeminə çevrilməsi təcrübəsinə demək olar ki, rast gəlinmir.
Tullantılar necə idarə oluna bilər?
Azərbaycan Respublikası Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həm məişət, həm də kənd təsərrüfatı tullantılarından elektrik və istilik enerjisi əldə etmək mümkündür:
"Kənd təsərrüfatı tullantıları 2 yerə bölünür: Heyvan və bitki mənşəli. Heyvan mənşəli kənd təsərrüfatı tullantıları dedikdə heyvanların biokütləsindən əldə olunan bioqaz nəzərdə tutulur. Bu bioqazın təxminən 60%-dək hissəsi metan qazından ibarət olur. Bunun üçün ilk öncə biokütlə xüsusi qurğularda toplanır və burada müvafiq şəraitdə qıcqırdılır. Daha sonra isə bioqaz qaztutucu qurğuda toplanır və separatordan keçərək metan qazı tərkibindən ayrılır. Bu metan qazından məişətdə istifadə etmək, eyni zamanda kogenerator qurğusu vasitəsilə ondan elektrik və istilik enerjisi istehsal etmək mümkündür".
C.Mikayılov deyir ki, kogeneratorun effektivliyi digər generatorlarla müqayisədə daha yüksəkdir.
O bildirir ki, bitki mənşəli kənd təsərrüfatı tullantılarına nümunə olaraq qarğıdalı çubuğu, pambıq çöpləri və s. göstərmək olar:
"Bu tullantılar yığılaraq xüsusi qurğularda qurudulur, xırdalanır və preslənir. Onlardan briketlər və pelletlər hazırlanır. Bu oduncaqlar qurudulduğundan və presləndiyindən nisbətən bircins yanacağa çevrilir, tərkibindəki maye və qazlar çıxır və belə olan halda onların yanma istiliyi də stabil olur".
"Yəni, biz adi oduncağı yandırdıqda o bizə hər zaman eyni istiliyi vermir. Onun nəmliliyindən, quruluğundan asılı olaraq yanma istiliyi dəyişilir. Pellet və ya briketlər isə yanma prosesi boyunca eyni miqdarda istilik verir. Stabil temperatur alındığı üçün yandırılan sobaların texniki xidmət xərcləri aşağı düşür. Adıçəkilən bərk bioyanacaqların kültörətmə qabiliyyəti də aşağı olur", - Mikayılov əlavə edir.
Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycanda bu texnologiyalardan nə qədər geniş istifadə olunması haqqında şərh vermək bir qədər çətindir. Çünki bu, özəl sektorun marağında olan məsələdir. Ancaq Qobustanda dövlət tərəfindən 2011-ci ildə yaradılan hibrid elektrik stansiyası və eksperimental poliqonunda günəş, külək və bioqaz qurğuları mövcuddur. Bu pilot layihə hesabına həm elektrik enerjisi istehsal olunur, həm eksperimentlər aparılır, eyni zamanda mütəxəssislər və tələbələr təcrübə qazanırlar.
Bioenerji “karbon neytral” enerji növü hesab olunur
C.Mikayılov bildirir ki, bioenerji ekoloji cəhətdən daha təmiz, “yaşıl enerji” hesab olunur:
"Düzdür, hərdən sual verilir ki, axı bioenerji istehsalı üçün yanma prosesi vacibdir və yanma nəticəsində karbon qazı emissiyası atılır, belə olan halda bioenerjiyə necə “yaşıl enerji” deyilə bilər?! Nəzərə almaq lazımdır ki, enerjini günəşdən alan bitkilər karbon qazı udaraq qidalanırlar. Bitki tullantılarından bioyanacaq istehsal etdikdə və yandırdıqda bitkinin həyat fəaliyyəti dövründə udduğu karbon qazından daha artığını atmosferə ata bilməz, bu fizikanın maddənin saxlanmasına dair qanununa zidd olardı. Bu səbəbdən bioenerji “karbon neytral” enerji növü hesab olunur".
O qeyd edir ki, metan qazının təbiətə vurduğu ziyan, yəni onun istixana effekti törətmə qabiliyyəti karbon qazına nisbətən 20-25 dəfə daha çoxdur. Yəni, biz heyvan mənşəli biokütlədən bioqaz, dolayısı ilə metan istehsal edib yandırmasaq, həmin metan qazı atmosferə yayılır və bu təbiət üçün daha zərərli olur. Ona görə də bioqaz texnologiyası vasitəsi ilə əldə olunan enerji də haqlı olaraq “yaşıl enerji” adlandırılır.
Mikayılovun sözlərinə görə, hazırda Azərbaycanda müasir energetikanın inkişafı baxımından əsas istiqamətlərdən biri özəl, o cümlədən xarici investisiyaların “yaşıl enerji”dən istifadənin genişləndirilməsi işinə cəlb etməkdən ibarətdir.
İxtisasca bərpa olunan enerji mənbələri üzrə mühəndis-energetik olan Nazirlik nümayəndəsi qeyd edib ki, ölkəmizdə həm külək, həm də günəş enerjisinin yüksək potensialı var. Ümumilikdə bərpa olunan enerji potensialımız 27 min meqavat kimi qiymətləndirilir ki, bunun 23 min meqavatı günəşin, 3 min meqavatı isə küləyin payına düşür. Hazırda iki beynəlxalq şirkət tamamilə özəl investisiyası hesabına ölkəmizdə günəş və külək enerjisi stansiyalarının tikintisi üzrə layihələri icra etməkdədirlər.
"Yaxın gələcəkdə 240 MVt gücündə külək, 230 MVt gücündə günəş elektrik stansiyasının təməlinin qoyulması da gözlənilir. İki stansiyanın bir illik fəaliyyəti ilə 600 min tondan artıq karbon qazı emissiyasının qarşısının alınması mümkün olacaqdır. İki layihənin birgə ümumi investisiya dəyəri təxminən 500 milyon dollar həcmində qiymətləndirilir", - Mikayılov bildirib.
Ölkədə illik olaraq nə qədər tullantı meydana çıxır və həmin tullantılar necə idarə olunur?
2020-ci ildə ölkədə 3486,5 min ton və ya əvvəlki illə müqayisədə 6,4 faiz çox tullantı əmələ gəlib və onların 67,4 faizini bərk məişət tullantıları, 32,6 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranan müxtəlif növ tullantılar təşkil edib.
Ötən il yaranan 2350,0 min ton bərk məişət tullantılarının 74,5 faizi zərərsizləşdirilmək məqsədilə poliqonlara daşınıb, 25,0 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5 faizi isə ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 200,6 milyon kVt saat və ya 2019-cu illə müqayisədə 2,4 faiz çox elektrik enerjisi istehsal edilib.
Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 24,6 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 20,7 faizi ölkə daxilində satılıb, 1,8 faizi ixrac olunub, 8,4 faizi zərərsizləşdirilmək məqsədilə poliqonlara daşınıb, 44,5 faizi isə müəssisələrdə qalıb.
Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2019-cu illə müqayisədə 0,1 faiz az və ya 317,2 min ton təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 9,1 faiz olub. Tullantıların 53,8 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşüb. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 61,4 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.
"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin əsas işi nədən ibarətdir?
Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası çərçivəsində Bakı bərk məişət tullantılarının yandırılması zavodu yaradılıb. Zavod istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur.
Müəssisə dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verəcək şəkildə qurulub. İllik gücü 500 min ton məişət və 10 min ton tibbi tullantı olan zavodda tullantıların yandırılması nəticəsində 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etmək mümkündür.
Məişət tullantılarının çeşidlənməsi və ölkədə təkrar istehsalı, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə 2012-ci ildə “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu istifadəyə verilib. Alman texnologiyası əsasında qurulan zavod il ərzində 200 min ton tullantı qəbul etmək gücündədir.
2012-ci ildə Prezident İlham Əliyevin açılışında iştirak etdiyi müəssisə “yaşıl iqtisadiyyat”ın inkişafında və Balaxanı Sənaye Parkının rezidentlərinin xammalla təmin edilməsində mühüm rol oynayır. Ekosahib¬karlığın inkişafına dəstək verən zavodda çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı materiallar ayrılır ki, bu da tullantıların ümumi həcmini azaldır, eləcə də Balaxanı Sənaye Parkında istehsal üçün ucuz xammal formalaşır.
Ölkədə təkrar istehsal sahəsinin inkişafında mühüm rol oynayan zavodun yaradılması təbii resurslara, enerjiyə qənaət edilməsinə, “yaşıl biznes”in genişlənməsinə, ən önəmlisi isə ətraf mühitə mənfi təsirlərin azaldılmasına xidmət edir.
Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda abadlıq işləri nəticəsində ətraf mühitə zərərli təsirlər əhəmiyyətli dərəcədə azaldılıb. Dövlət başçısının “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” imzaladığı Sərəncamla Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu 2009-cu ildə “Təmiz Şəhər” ASC-yə təhvil verilib.
İqtisadiyyat Nazirliyi ilə Dünya Bankı arasında “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi icra olunaraq ekoloji problemin müşahidə edildiyi 120 hektar ərazidə ətraf mühitə zərərli təsirlər əhəmiyyətli dərəcədə azaldılıb. 1963-cü ildən fəaliyyət göstərən Balaxanı poliqonu beynəlxalq ekoloji standartlara və texniki normalara cavab verən yeni sanitar poliqona çevrilib.
Burada tullantıların çeşidlənməsi nəticəsində təkrar emal üçün yararlı materiallar ayrılır, istehsal üçün ucuz xammal formalaşır.