Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycandan Böyük Dəbilqədə kimlər iştirak edəcək? Rəsmi

© AFP 2024 / GLYN KIRK Orxan Səfərov,
 Orxan Səfərov, - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Abunə olmaq
Bakıda 3 gün davam edəcək yarışda təşkilatçı ölkə 33 (25 kişi, 8 qadın) cüdoçu ilə təmsil olunacaq.
BAKI, 29 oktyabr — Sputnik. Noyabrın 5-də Bakıda start götürəcək cüdo üzrə Böyük Dəbilqə üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Sputnik Azərbaycan-ın Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbərinə görə, 3 gün davam edəcək yarışda təşkilatçı ölkə 33 (25 kişi, 8 qadın) cüdoçu ilə təmsil olunacaq.
Kişilərin yarışında Balabəy Ağayev, Rövşən Əliyev, Əhməd Yusifov, Turan Bayramov (hamısı 60 kq), İbrahim Əliyev, Orxan Səfərov, Tofiq Məmmədov, İsmayıl İbrahimov (hamısı 66 kq), Hidayət Heydərov, Rüfət Məmmədov, Rüstəm Orucov, Telman Vəliyev (hamısı 73 kq), Elcan Hacıyev, Ömər Rəcəbli, Hasil Cəfərov, Kərim Məmmədov (hamısı 81 kq), Rüfət İsmayılov, Vüqar Talıbov, Məmmədəli Mehdiyev (hər üçü 90 kq), Adil Kərimli, Kənan Abdullaxanlı Ruslan Nəsirli (hər üçün 100 kq), Uşangi Kokauri, Hüseyn Məmmədov, Camal Feyziyev (hər üçü +100 kq) mübarizə aparacaq.
Qadınlarda Aişə Qurbanlı, Şəfəq Həmidova (hər ikisi 48 kq), Zeynəb Məmmədova, Ülviyyə Bayramova (hər ikisi 52 kq), Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli, Günel Həsənli, Südabə Ağayeva (hər üçü 70 kq) çıxış edəcək.
Qeyd edək ki, Böyük Dəbilqə 5-7 noyabrda Heydər Əliyev adına İdman Kompleksində keçiriləcək. Turnirdə 30 ölkədən 200-dən çox idmançının iştirakı gözlənilir.
Xəbər lenti
0