CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DMX xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarına müraciət edib

© AP Photo / Lynne SladkyMasanın üzərində sənədlər, arxiv şəkli
Masanın üzərində sənədlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.10.2021
Abunə olmaq
BAKI, 28 oktyabr — Sputnik. Dövlət Miqrasiya Xidməti (DMX) xarici dövlətlərin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb.
Qurumdan Sputnik Azərbaycan-a bildirilib ki, xarici ölkə vətəndaşlığını könüllü qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları qanunvericiliyin tələbinə əsasən bu barədə Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidirlər.
Qeyd olunub ki, bunun üçün əvvəlcə xidmətin rəsmi internet səhifəsinə daxil olub "elektron xidmətlər" bölməsi seçilməlidir. Daha sonra "Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi" pəncərəsinə daxil olunmalıdır.
"Sənəd üzrə məlumatlar" hissəsində müvafiq xanalar doldurulmalıdır.
İkinci addımda şəxsi məlumatlar pəncərəsindəki xanalara aidiyyəti informasiyalar qeyd edilməlidir. Növbəti mərhələdə "müraciət məlumatları" pəncərəsinin doldurulması tələb olunacaq.
Eləcə də oxuyun:
* Rusiyaya gedən azərbaycanlıların nəzərinə: qanunvericilikdə dəyişikliklər olacaq
* MDB-yə üzv dövlətlər arasında vacib sənədlər imzalanıb
* Əcnəbilərin Azərbaycan ali məktəblərinə qəbulu asanlaşdırılır
* Könüllü olaraq ölkəyə qayıdan Azərbaycan vətəndaşlarına yardım göstərilib
Xəbər lenti
0