Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sputnik-in qərargahında MDB jurnalistləri üçün əyani modul start götürüb

© Sputnik / Нина ЗотинаMDB ölkələrinin jurnalistləri üçün SputnikPro modulu
MDB ölkələrinin jurnalistləri üçün SputnikPro modulu - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Abunə olmaq
BAKI, 27 oktyabr - Sputnik. Moskvada, Sputnik Beynəlxalq informasiya agentliyi və radiosunda MDB ölkələrindən olan gənc jurnalistlər üçün marifləndirici SputnikPro layihəsinin əyani sessiyası başlayıb. İştirakçılar arasında PRIME (Moldova) Yeddinci kanal (Qazaxıstan), Qomel şəhər radiosu (Belarus), Caspian International Broadcasting Company (Azərbaycan) telekanallarının, kundemi.kg (Qırğızıstan), halva.tj (Tacikistan) və digər portalların jurnalistləri var.
Sputnik-in qərargahındakı ustad dərsləri iki gün davam edəcək.
Maarifləndirici layihə çərçivəsində iştirakçılar müasir multimedia KİV-in iş təcrübəsi ilə tanış olacaq, medianın sosial şəbəkələrdəki strategiyası, Telegram-kanallarının aparılmasını öyrənəcək, qlobal media fəzasında feyk xəbərlər barədə müzakirələr aparacaqlar.
Ustad dərsləri zamanı gənc jurnalistlər Sputnik-in ekspertlərinin rəhbərliyi altında medianın qarşısında duran məsələlərin həllini məşq edəcəklər.
"Son zamanlar müxtəlif jurnalist peşələrinin konvergensiyası barədə eşidirik - bir nəfər həm müsahibə götürür, həm foto çəkir, həm sosial şəbəkələrdə səhifə idarə edir, həm videomontaj edir. Belə kreativ yanaşmanı biz SputnikPro öyrədici modullarında tətbiq etməyə can atırıq", - Sputnik-in baş redaktorunun müavini Andrey Blaqodırenko deyib.
Xarici ölkələrdən olan gənc jurnalistlər üçün SputnikPro əyani modulları MDB, xaricdə yaşayan soydaşların işləri üzrə Federal Agentliyin "Yeni nəsil" proqramı və beynəlxalq humanitar əməkdaşlıq (Rossotrudniçestvo) çərçivəsində reallaşdırılır.
SputnikPro – Rusiyanın ən yaxşı media menecerləri, KİV sahəsində böyük təcrübəyə malik aparıcı mütəxəssisləri tərəfindən ustad dərslərinin verildiyi genişmiqyaslı yeganə proqramdır.
SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində təşkil olunub. 2018-ci ilin mart ayından indiyə kimi layihədə 80 ölkədən beş mindən artıq jurnalist, media meneceri, PR mütəxəssisi, mətbuat xidməti əməkdaşı, bloger və müvafiq fakültələrdə təhsil alan tələbələr iştirak ediblər.
Bu maarifçilik layihəsi ilə bağlı yenilikləri aşağıdakı "Facebook" səhifəsindən izləmək olar:
https://www.facebook.com/SputnikProject/
Eləcə də oxuyun:
* Sosial şəbəkələrdə videonu necə yaymalı
* Rusiyalı fotojurnalist qaynar nöqtələrdə iş barədə: hara getdiyini bilməlisən
* Vışinski jurnalist işinin əsas qaydalarını açıqladı: səhihlik, məsuliyyət və balans
Xəbər lenti
0