Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı fotojurnalist qaynar nöqtələrdə iş barədə: hara getdiyini bilməlisən

© Sputnik / Murad OrujovRusiyanın hərbi fotojurnalisti Mixail Voskresenski çərşənbə günü Sputnik Azərbaycan Multimedia Mərkəzində
Rusiyanın hərbi fotojurnalisti Mixail Voskresenski çərşənbə günü Sputnik Azərbaycan Multimedia Mərkəzində  - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Abunə olmaq
Fotojurnalist Mixail Voskresenki SputnikPro proqamının növbəti modulunun gedişatında azərbaycanlı həmkarlarına hərbi münaqişə zonalarında jurnalist fəaliyyəti haqqında danışıb.
BAKI, 6 oktyabr — Sputnik. Qaynar nöqtələrdə işləmək üçün müvafiq hazırlıq, o cümlədən, psixoloji hazırlıq mütləqdir. Bu fikri Rusiyanın hərbi fotojurnalisti Mixail Voskresenski çərşənbə günü Sputnik Azərbaycan Multimedia Mərkəzində SputnikPro layihəsi çərçivəsində keçirilən hərbi münaqişə zonalarında KİV-in fəaliyyətinə həsr olunmuş növbəti tədbirdə səsləndirib.
Spikerin sözlərinə görə, hərbi münaqişə zonalarında işləyən jurnalistlərə qarşı müəyyən tələblər mövcuddur. Məsələn, Rusiyada qaynar nöqtələrə göndərilən müxbirlərə xüsusi hazırlıq keçilir. Voskresenski bildirib ki, bu məqsədlə xaricdə müxtəlif kurslar da fəaliyyət göstərir. Eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsi də təcili tibbi yardımın göstərilməsi ilə bağlı qısamüddətli kurslar təşkil edir.
Voskresenskinin sözlərinə görə, jurnalist belə zonalara yollanmamışdan əvvəl atışmasız, amma fövqəladə vəziyyətdə işləməklə özünü sınaqdan çıxarmalıdır. Spiker deyib ki, hər jurnalist münaqişə zonasına göndərilə bilməz. Bununla belə, ezamiyyətdən əvvəl jurnalist özü də hazırlığının qeydinə qalmalıdır: "Bilməlisən ki, hara gedirsən və orada səni nə gözləyir".
© Sputnik / Murad OrujovRusiyanın hərbi fotojurnalisti Mixail Voskresenski çərşənbə günü Sputnik Azərbaycan Multimedia Mərkəzində
Cпециальный фотокорреспондент медиагруппы Россия сегодня Михаил Воскресенский - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Rusiyanın hərbi fotojurnalisti Mixail Voskresenski çərşənbə günü Sputnik Azərbaycan Multimedia Mərkəzində
Bununla yanaşı, müxbir hərbi əməliyyatlar zonasında fövqəladə vəziyyətdə əlaqə saxlamaq üçün müəyyən kontaktlara sahib olmalıdır: "Ən yaxşısı, ərazidə qrupla birgə işləməkdir. Yaralanma və ya başqa ekstremal hadisə baş verərsə, köməyə ehtiyac yaranarsa, bu, çox vacibdir".
Təcrübəli fotomüxbir münaqişə zonalarında işləməyi planlaşdıran jurnalistlərə praktik məsləhətlər qismində həmişə üstlərində şəxsiyyətlərini və peşəkar fəaliyyətlərini təsdiqləyən sənədin olmasını tövsiyə edib: "Yaxşı olar ki, həmin sənədlərin əsli yox, surəti olsun. Çünki sənədlər itə və ya korlana bilər".
"Smartfonları yaddan çıxartmaq lazımdır, mobil telefondan isə yalnız bilavasitə informasiyanın ötürülməsi anında istifadə etmək olar. Ancaq sonra telefonu söndürmək, hətta batareyasını çıxartmaq lazımdır. Bu, özünüzü və yoldaşlarınızı ələ verməmək məqsədilə olduğunuz yerin gizli qalması üçündür", – deyə o bildirib. Və əlavə edib ki, qaynar nöqtələrdə mütləq yaxşı qidalanmalı və sağlamlığın qeydinə qalınmalıdır. Bu, həm öz işini, həm də üzvü olduğun qrupun fəaliyyətini çətinləşdirməmək üçün çox vacibdir.
Spiker bildirib ki, hərbi əməliyyatlar zonasında iş zamanı baş verən hadisələr daha çox şəxsi hazırlığın olmaması və səhlənkarlıq ucbatından olur.
Voskresenski onu da vurğulayıb ki, hərbi əməliyyatlar zonasında bir müddət işləyəndən sonra fəaliyyət sahəsini dəyişmək lazımdır.
"Elmi cəhətdən yüksək təhlükə şəraitində dörd aydan artıq işləmək yolverilməzdir. Bir müddət sonra olduğun yeri, fəaliyyət sahəni dəyişib müharibədən uzaqlaşmalısan".
Ekspert hərbi əməliyyatlar zonasında iş barədə danışarkən onu da vurğulayıb ki, belə yerlərdə "qan və meyit olmadan da" təsirli kadrlar yaratmaq imkanı var. Onun sözlərinə görə, prinsipcə, münaqişə zonasında işin əsas məqsədi bu deyil və müharibənin yaratdığı faciələri belə kadrlar olmadan da diqqətə çatdırmaq mümkündür.
© Sputnik / Murad OrujovRusiyanın hərbi fotojurnalisti Mixail Voskresenski çərşənbə günü Sputnik Azərbaycan Multimedia Mərkəzində
Cпециальный фотокорреспондент медиагруппы Россия сегодня Михаил Воскресенский - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Rusiyanın hərbi fotojurnalisti Mixail Voskresenski çərşənbə günü Sputnik Azərbaycan Multimedia Mərkəzində
SputnikPro
Çərşənbə günü, oktyabrın 6-da Sputnik Azərbaycan Multimedia Mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV nümayəndələri üçün ustad dərsi keçirilib. Sessiyanın spikerləri qismində "Rossiya Seqodnya" media qrupunun icraçı direktoru Kiril Vışinski və xüsusi fotomüxbir Mixail Voskresenski çıxış ediblər.
Vışinski ənənəvi və yeni mediada publisistika barədə danışıb, Voskresenski isə "Jurnalistlərin hərbi münaqişə zonalarında fəaliyyəti" mövzusunda çıxış edib.
SputnikPro – Rusiyanın ən yaxşı media menecerləri, KİV sahəsində böyük təcrübəyə malik aparıcı mütəxəssisləri tərəfindən ustad dərslərinin verildiyi genişmiqyaslı yeganə proqramdır.
SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində təşkil olunub. 2018-ci ilin mart ayından indiyə kimi layihədə iki mindən artıq jurnalist, media meneceri, PR mütəxəssisi, mətbuat xidməti əməkdaşı, bloger və müvafiq fakültələrdə təhsil alan tələbələr iştirak ediblər.
Bu maarifçilik layihəsi ilə bağlı yenilikləri aşağıdakı "Facebook" səhifəsindən izləmək olar: https://www.facebook.com/SputnikProject/
Xəbər lenti
0