CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vışinski jurnalist işinin əsas qaydalarını açıqladı: səhihlik, məsuliyyət və balans

© Sputnik / Murad Orujov"Rossiya Seqodnya" media qrupunun icraçı direktoru Kiril Vışinski
Rossiya Seqodnya media qrupunun icraçı direktoru Kiril Vışinski - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Abunə olmaq
Sputnik Azərbaycan Multimedia Mərkəzində SputnikPro layihəsi çərçivəsində keçirilən növbəti ustad dərsində spikerlər ənənəvi və yeni mediada publisistika barədə danışıblar.
BAKI, 6 oktyabr — Sputnik. İndi hər kəs jurnalist ola bilər, amma blogerlərdən fərqli olaraq, əsl jurnalist müəyyən standartlarla işləyən şəxsdir. Bu fikri "Rossiya Seqodnya" media qrupunun icraçı direktoru Kiril Vışinski çərşənbə günü Sputnik Azərbaycan Multimedia Mərkəzində SputnikPro layihəsi çərçivəsində keçirilən tədbirdə səsləndirib.
"Bir vaxtlar belə bir triada mövcud idi: xəbəri ilk verən radio, onu göstərən televiziya və konteksti açıqlayan qəzet. Amma bir müddət sonra televiziya bu triadanı qırdı və həm radiodan əvvəl xəbər verməyə, həm göstərməyə, həm də şərh etməyə başladı", – deyə spiker vurğulayıb.
© Sputnik / Murad OrujovSputnik Azərbaycan Multimedia Mərkəzində SputnikPro layihəsi çərçivəsində keçirilən ustad dərsi
Мастер-класс в рамках проекта Sputnik-Pro в Мультимедийном центре Sputnik Азербайджан - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Sputnik Azərbaycan Multimedia Mərkəzində SputnikPro layihəsi çərçivəsində keçirilən ustad dərsi
Onun sözlərinə görə, vaxtilə TV-nin xəbər mənbəyi kimi radionun axırına çıxacağı və ondan yalnız əyləndirici tərkib hissəsinin qalacağı barədə mülahizələr irəli sürülürdü.
"Ancaq televiziyanın hökmranlığı fonunda internet ortaya çıxdı və indi hər kəs öz KİV-ni yarada bilər. Hətta bəzi "Telegram" kanallarının o qədər çox abunəçisi var ki, qəzetlərin ən yaxşı dövründə belə, bu qədər oxucusu olmayıb", – deyə o vurğulayıb.
Kiril Vışinski onu da qeyd edib ki, jurnalist peşəsinə başqa amillər də öz təsirini göstərib. Məsələn, xəbəri hamıdan əvvəl vermək cəhdi məlumatın səhihliyini və obyektivliyini ikinci plana atıb.
"Hamının bir növ jurnalistlik etməyə başladığı indiki vəziyyətdə belə bir sual ortaya çıxır: bəs jurnalistlər nəyə lazımdır? Mənim bu suala cavabım birdir: müəyyən standartlarla fəaliyyət göstərən jurnalist peşəsini saxlamaq üçün. Həmin standartlar isə səhihlik, məsuliyyət və balansı qorumaqdır", – deyə Vışinski vurğulayıb.
© Sputnik / Murad OrujovSputnik Azərbaycan Multimedia Mərkəzində SputnikPro layihəsi çərçivəsində keçirilən ustad dərsi
Мастер-класс в рамках проекта Sputnik-Pro в Мультимедийном центре Sputnik Азербайджан - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Sputnik Azərbaycan Multimedia Mərkəzində SputnikPro layihəsi çərçivəsində keçirilən ustad dərsi
Spikerin sözlərinə görə, onu da anlamaq lazımdır ki, jurnalist bir çoxları üçün dünyadakı mənzərəni yaradan şəxsdir. Həmin adamlar fiziki olaraq dünyada baş verən hadisələrin hamısını izləyə bilmirlər və bu barədə informasiyanı məhz media işçilərindən alırlar. Auditoriyaya təqdim olunan dünya mənzərəsinin insanların həyatına təsir göstərdiyini nəzərə alsaq, keyfiyyətli məhsulun yaradılmasına məsuliyyətli yanaşma mütləqdir.
Bununla yanaşı, spiker qeyd edib ki, jurnalistin əməyi yuxarıdakı bütün standartları özündə cəmləşdirən yüksək keyfiyyətli iş sayəsində və sadiq auditoriyanın mövcud olduğu şəraitdə öz bəhrəsini verir.
Vışinski komanda işinin vacibliyini da vurğulayıb. Onun sözlərinə görə, əgər hər hansı bir jurnalist operativliyi müqabilində işində yüksəlsə belə, yalnız redaktor və digər həmkarlarının komanda fəaliyyəti sayəsində işin keyfiyyətini və öz auditoriyasını qoruyub saxlaya bilər.
© Sputnik / Murad Orujov"Rossiya Seqodnya" media qrupunun icraçı direktoru Kiril Vışinski
Исполнительный директор медиагруппы Россия сегодня Кирилл Вышинский - Sputnik Azərbaycan, 1920, 06.10.2021
"Rossiya Seqodnya" media qrupunun icraçı direktoru Kiril Vışinski

SputnikPro

Çərşənbə günü, oktyabrın 6-da Sputnik Azərbaycan Multimedia Mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV nümayəndələri üçün ustad dərsi keçirilib. Sessiyanın spikerləri qismində "Rossiya Seqodnya" media qrupunun icraçı direktoru Kiril Vışinski və xüsusi fotomüxbir Mixail Voskresenski çıxış ediblər.
Vışinski ənənəvi və yeni mediada publisistika barədə danışıb, Voskresenski isə "Jurnalistlərin hərbi münaqişə zonalarında fəaliyyəti" mövzusunda çıxış edib.
SputnikPro – Rusiyanın ən yaxşı media menecerləri, KİV sahəsində böyük təcrübəyə malik aparıcı mütəxəssisləri tərəfindən ustad dərslərinin verildiyi genişmiqyaslı yeganə proqramdır.
SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində təşkil olunub. 2018-ci ilin mart ayından indiyə kimi layihədə iki mindən artıq jurnalist, media meneceri, PR mütəxəssisi, mətbuat xidməti əməkdaşı, bloger və müvafiq fakültələrdə təhsil alan tələbələr iştirak ediblər.
Bu maarifçilik layihəsi ilə bağlı yenilikləri aşağıdakı "Facebook" səhifəsindən izləmək olar: https://www.facebook.com/SputnikProject/
Xəbər lenti
0