Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın bədii gimnastları dünya çempionatında mübarizəyə start veriblər

© AP Photo / Ashley LandisZöhrə Ağamirova
Zöhrə Ağamirova - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Abunə olmaq
BAKI, 27 oktyabr — Sputnik. Azərbaycanın bədii gimnastları Zöhrə AğamirovaArzu Cəlilova Yaponiyanın Kitakyuşu şəhərindəki dünya çempionatında mübarizəyə başlayıblar. Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, onlar top və halqalarla çıxışlarını başa vurublar.
Ağamirova topla hərəkərlərdə 21,400 xala, halqa ilə isə 21, 150 xala layiq görülüb. O, 42,550 xalla hələlik çoxnövçülükdə 22-ci sıradadır.
Cəlilova isə halqa ilə hərəkətlərə 21,350 xal, topla isə 22,600 xal toplayıb və hazırda 20-cidir.
Onlar "8-lik"də yer alma şanslarını itirdikləri üçün fərdi mübarizədə finala vəsiqə qazana bilməyiblər. Ağamirova halqa ilə 21-ci, topla 29-cu, Cəlilova isə halqa ilə 22-ci, topla 18-ci sıradadır.
Oktyabrın 28-də lent və gürzlərlə təsnifat mərhələsində iki gimnasta Nərmin Bayramova da qoşulacaq.
Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandası isə oktyabrın 29-da 5 top, eləcə də 3 halqa və 2 cüt gürzlərlə çıxışlarını nümayiş etdirəcəklər.
Xəbər lenti
0