https://sputnik.az/20211025/rusiya-xn-edam-olunan-voleybolcu-qadin-barede-xebere-munasibet-bildirib-434575652.html
Rusiya XİN edam olunan voleybolçu qadın barədə xəbərə münasibət bildirib
Rusiya XİN edam olunan voleybolçu qadın barədə xəbərə münasibət bildirib
Sputnik Azərbaycan
BAKI, 25 oktyabr — Sputnik. Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin Asiyanın ikinci Departamentinin direktoru... 25.10.2021, Sputnik Azərbaycan
2021-10-25T20:19+0400
2021-10-25T20:19+0400
2021-10-25T20:19+0400
voleybol
dünya xəbərləri
əfqanıstan
qətl
https://cdnn1.img.sputnik.az/img/07e5/09/06/427859993_0:0:3072:1728_1920x0_80_0_0_41d169944955663f06813ddb94cdf8a6.jpg
BAKI, 25 oktyabr — Sputnik. Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin Asiyanın ikinci Departamentinin direktoru Zamir Kabulov taliblər tərəfindən başı kəsilən voleybolçu ilə bağlı yayılan xəbərləri şərh edərək, bu məlumatın daha diqqətlə yoxlanılmasının lazım olduğunu bildirib.Bu yaxınlarda "New York Post" məlumat yayıb ki, Taliban* hərəkatının üzvləri qadın voleybolçu Məhcubin Hakiminin başını kəsiblər. Beynəlxalq Voleybol Federasiyasından RİA Novosti-yə bu xəbərlərdən şoka düşdüklərini və zorakılığın istənilən formasını qətiyyətlə pislədiklərini bildiriblər. Federasiyadan əlavə ediblər ki, bununla yanaşı, idmançının ölümünün əsl səbəbi ilə bağlı ziddiyyətli məlumatlar var, buna görə də detalların dəqiqləşdirilməsini gözləyirlər."Bilirsiniz, mən də bu məlumatı gördüm və burada əsas məqam "guya" sözüdür. Ümumiyyətlə, onun başı kəsilibmi - şərh vermək çox çətindir. Bununla bağlı çoxlu qərəzli məlumatlar var, çünki sizin dünyadakı media həmkarlarınızın müəyyən seqmenti faktlarla deyil, qarşıya qoyulmuş vəzifə üzrə işləyirlər", - deyə Kabulov "Rusiya bu gün" Beynəlxalq İnformasiya Agentliyində keçirilən mətbuat konfransı zamanı bildirib.O əlavə edib ki, bu cür xəbərlərə ehtiyatla yanaşır. "Əgər yadınızdadırsa, bir ay əvvəl ora ilə bağlı fəlakətli proqnozlar verirdilər, heç biri də reallaşmadı. Əfqanıstanın hər yerində repressiya aparılmır. Bəli, mən demirəm ki, orada hər şey idealdır - idealdan uzaqdır, ancaq bir daha demək istəyirəm ki, əfqanlara ideal meyarlarımızı aşılamayaq, onların öz ideal meyarları var", - deyə Kabulov vurğulayıb."Bu öz mədəni xüsusiyyətlərinə, dəyərlərinə malik olan sivilizasiyadır, bizim bu barədə təsəvvürlərimiz heç də həmişə üst-üstə düşmür. Buna görə də gəlin Əfqanıstanda öz meyarlarımızı aşılamayaq, mövcud mədəni ənənə daxilində işləyək", - Departament direktoru əlavə edib.Kabulov qeyd edib ki, Əfqanıstanda əhalinin bir hissəsi, xüsusən də qadınlar və qızların təhsili ilə bağlı etiraz aksiyaları keçirilib, ancaq bu etiraz aksiyalarında şəhər əhalisinin nümayəndələri iştirak ediblər. Əfqanıstan isə aqrar bir ölkədir, əhalinin 80%-dən çoxu şəhərlərdə yaşamır və orada "belə etiraz bəyanatlarını nə görüb, nə də eşidiblər".* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşmasıEləcə də oxuyun:* Rusiya XİN Əfqanıstan hökumətinin formalaşma müddəti barədə* Taliblər natural təsərrüfata keçiblər: buğda qarşılığında iş* İŞİD-i* bir neçə gün ərzində məğlub edə bilərdik - Taliban** Taliblərin reabilitasiya mərkəzində narkomanlar: İçəridən çəkilmiş şok görüntülər* Putin Talibanı* tanımaqda tələsməməyə çağırıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/06/427859993_178:0:2909:2048_1920x0_80_0_0_9434588e8cd9bdb3fba572b146de185b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
voleybol, əfqanıstan, qətl
voleybol, əfqanıstan, qətl
BAKI, 25 oktyabr — Sputnik. Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin Asiyanın ikinci Departamentinin direktoru Zamir Kabulov taliblər tərəfindən başı kəsilən voleybolçu ilə bağlı yayılan xəbərləri şərh edərək, bu məlumatın daha diqqətlə yoxlanılmasının lazım olduğunu bildirib.
Bu yaxınlarda "New York Post" məlumat yayıb ki, Taliban* hərəkatının üzvləri qadın voleybolçu Məhcubin Hakiminin başını kəsiblər. Beynəlxalq Voleybol Federasiyasından RİA Novosti-yə bu xəbərlərdən şoka düşdüklərini və zorakılığın istənilən formasını qətiyyətlə pislədiklərini bildiriblər. Federasiyadan əlavə ediblər ki, bununla yanaşı, idmançının ölümünün əsl səbəbi ilə bağlı ziddiyyətli məlumatlar var, buna görə də detalların dəqiqləşdirilməsini gözləyirlər.
"Bilirsiniz, mən də bu məlumatı gördüm və burada əsas məqam "guya" sözüdür. Ümumiyyətlə, onun başı kəsilibmi - şərh vermək çox çətindir. Bununla bağlı çoxlu qərəzli məlumatlar var, çünki sizin dünyadakı media həmkarlarınızın müəyyən seqmenti faktlarla deyil, qarşıya qoyulmuş vəzifə üzrə işləyirlər", - deyə Kabulov "Rusiya bu gün" Beynəlxalq İnformasiya Agentliyində keçirilən mətbuat konfransı zamanı bildirib.
O əlavə edib ki, bu cür xəbərlərə ehtiyatla yanaşır. "Əgər yadınızdadırsa, bir ay əvvəl ora ilə bağlı fəlakətli proqnozlar verirdilər, heç biri də reallaşmadı. Əfqanıstanın hər yerində repressiya aparılmır. Bəli, mən demirəm ki, orada hər şey idealdır - idealdan uzaqdır, ancaq bir daha demək istəyirəm ki, əfqanlara ideal meyarlarımızı aşılamayaq, onların öz ideal meyarları var", - deyə Kabulov vurğulayıb.
"Bu öz mədəni xüsusiyyətlərinə, dəyərlərinə malik olan sivilizasiyadır, bizim bu barədə təsəvvürlərimiz heç də həmişə üst-üstə düşmür. Buna görə də gəlin Əfqanıstanda öz meyarlarımızı aşılamayaq, mövcud mədəni ənənə daxilində işləyək", - Departament direktoru əlavə edib.
Kabulov qeyd edib ki, Əfqanıstanda əhalinin bir hissəsi, xüsusən də qadınlar və qızların təhsili ilə bağlı etiraz aksiyaları keçirilib, ancaq bu etiraz aksiyalarında şəhər əhalisinin nümayəndələri iştirak ediblər. Əfqanıstan isə aqrar bir ölkədir, əhalinin 80%-dən çoxu şəhərlərdə yaşamır və orada "belə etiraz bəyanatlarını nə görüb, nə də eşidiblər".
* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması
* Taliblər
natural təsərrüfata keçiblər: buğda qarşılığında iş