https://sputnik.az/20211015/putin-talibani-tanimaqda-telesmemeye-cagirib-434253138.html
Putin Talibanı* tanımaqda tələsməməyə çağırıb
Putin Talibanı* tanımaqda tələsməməyə çağırıb
Sputnik Azərbaycan
Talibanın Əfqanıstanda formalaşdırdığı müvəqqəti hökumətə də münasibət bildirən Rusiya lideri qeyd edib ki, o, əfqan cəmiyyətinin bütün palitrasını əks... 15.10.2021, Sputnik Azərbaycan
2021-10-15T15:56+0400
2021-10-15T15:56+0400
2021-10-15T15:56+0400
rusiya
hökumət
taliban
əfqanıstan
rusiya prezidenti vladimir putin
tanınma
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0f/434251142_0:0:3157:1776_1920x0_80_0_0_93cde53d270e4c2751c8276184c9dd55.jpg
BAKI, 15 oktyabr — Sputnik. Talibanın* rəsmi şəkildə tanınmasında tələsmək lazım deyil. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin MDB dövlət başçılarının bu gün, oktyabrın 15-də baş tutan sammitində səsləndirib."Biz başa düşürük ki, onlarla qarşılıqlı əlaqələr qurmalıyıq, ancaq tələsmək olmaz. Birlikdə müzakirə edəcək, sizinlə məsləhətləşəcəyik", - deyə Putin sammitdəki çıxışı zamanı bildirib.Talibanın Əfqanıstanda formalaşdırdığı hökumətə də münasibət bildirən Rusiya lideri qeyd edib ki, həmin hökumət bu ölkədəki bütün fikirlər palitrasını özündə əks etdirmir.Qeyd edək ki, avqustun əvvəlində Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.Avqustun 15-dən 16-na keçən gecə isə Talibanın siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.* Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilat.
https://sputnik.az/20211014/turkiye-talibanla-efqan-qacqinlarin-vetene-qayitmasi-meselesini-muzakire-edib-434225416.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0f/434251142_0:0:2731:2048_1920x0_80_0_0_3f29664d598fdcbd877b3aa3c332eb19.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hökumət, taliban, əfqanıstan, rusiya prezidenti vladimir putin, tanınma
hökumət, taliban, əfqanıstan, rusiya prezidenti vladimir putin, tanınma
Putin Talibanı* tanımaqda tələsməməyə çağırıb
Talibanın Əfqanıstanda formalaşdırdığı müvəqqəti hökumətə də münasibət bildirən Rusiya lideri qeyd edib ki, o, əfqan cəmiyyətinin bütün palitrasını əks etdirmir.
BAKI, 15 oktyabr — Sputnik. Talibanın* rəsmi şəkildə tanınmasında tələsmək lazım deyil. Sputnik Azərbaycan
RİA Novosti-yə istinadla xəbər verir ki, bu fikri Rusiya Prezidenti
Vladimir Putin MDB dövlət başçılarının bu gün, oktyabrın 15-də baş tutan sammitində səsləndirib.
"Biz başa düşürük ki, onlarla qarşılıqlı əlaqələr qurmalıyıq, ancaq tələsmək olmaz. Birlikdə müzakirə edəcək, sizinlə məsləhətləşəcəyik", - deyə Putin sammitdəki çıxışı zamanı bildirib.
Talibanın Əfqanıstanda formalaşdırdığı hökumətə də münasibət bildirən Rusiya lideri qeyd edib ki, həmin hökumət bu ölkədəki bütün fikirlər palitrasını özündə əks etdirmir.
"Təəssüf ki, Talibanın formalaşdırdığı müvəqqəti hökumət əfqan cəmiyyətinin bütün palitrasını əks etdirmir. Bununla yanaşı, onlar ümumxalq seçkisi keçirmək niyyətlərini də açıqlayıblar. Və biz bu vədə əməl olunması üçün MDB çərçivəsində məsələni izləyəcəyik", – deyə Putin vurğulayıb.
Qeyd edək ki, avqustun əvvəlində Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə isə Talibanın siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
* Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilat.