https://sputnik.az/20211020/miki-kend-sakininin-arzusunu-herbicilerimiz-reallasdirib-434423410.html
Miki kənd sakininin arzusunu hərbçilərimiz reallaşdırıb
Miki kənd sakininin arzusunu hərbçilərimiz reallaşdırıb
Sputnik Azərbaycan
Kənd sakini bildirib ki, yoldaşı 3 dəfə cərrahiyyə əməliyyəti keçirib və hər 3 əməliyyata gedəndə onu kürəyimdə çaydan keçirib. 20.10.2021, Sputnik Azərbaycan
2021-10-20T22:00+0400
2021-10-20T22:00+0400
2021-10-20T23:22+0400
cəmiyyət
körpü
infrastruktur
astara
hərbçilər
miki kəndi
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/14/434407797_0:0:3640:2048_1920x0_80_0_0_0da29ec76bdd96a38b01a491ad8ec7a7.jpg
BAKI, 20 oktyabr - Sputnik. “Mən Miki kənd tam orta məktəbində texnologiya müəllimi işləyirəm. Bundan əvvəl mən çaydan keçəndə əziyyət çəkirdim. Hər dəfə qızımı məktəbə aparanda onu kürəyimə alıb çaydan keçirməli olurdum. Daşqın olanda, ümumiyyətlə çayda su çox olanda zülm çəkirdim. Mən evdə olmayanda da yeganə övladım məktəbə gedə bilmirdi və evdə qalmalı olurdu. Bu sözləri Sputnik Azərbaycan-ın müxbirinə müsahibəsində Astara rayonu Miki kənd sakini Fuad Salayev uzun illər üzləşdiyi çətinliklər haqqında danışarkən deyib. F.Salayev deyir ki, hazırda onun çaydan rahat keçməsi üçün Müdafiə Nazirliyi tərəfindən ucqar daş kəndində çox möhkəm körpü salınıb.Fuad müəllimin qızı, 7-ci sinif şagirdi Aygün Salayeva da körpünün qoyulmasına görə sevincini ifadə etdi:Məlumat üçün bildirək ki, bir neçə həftə öncə sosial şəbəkələrdə Astaranın Miki kənd sakini Fuad Salayevin qızını kürəyində çaydan keçirməklə məktəbə aparması haqda görüntülər yayılmışdı. Artıq Fuad müəllim və ailəsi çaydan rahat keçə biləcəklər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/14/434407797_455:0:3186:2048_1920x0_80_0_0_0ccd953f21464dd69dbc40e0e0c05ad7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
körpü, infrastruktur, astara, hərbçilər, miki kəndi
körpü, infrastruktur, astara, hərbçilər, miki kəndi
Miki kənd sakininin arzusunu hərbçilərimiz reallaşdırıb
22:00 20.10.2021 (Yenilənib: 23:22 20.10.2021) Kənd sakini bildirib ki, yoldaşı 3 dəfə cərrahiyyə əməliyyəti keçirib və hər 3 əməliyyata gedəndə onu kürəyimdə çaydan keçirib.
BAKI, 20 oktyabr - Sputnik. “Mən Miki kənd tam orta məktəbində texnologiya müəllimi işləyirəm. Bundan əvvəl mən çaydan keçəndə əziyyət çəkirdim. Hər dəfə qızımı məktəbə aparanda onu kürəyimə alıb çaydan keçirməli olurdum. Daşqın olanda, ümumiyyətlə çayda su çox olanda zülm çəkirdim. Mən evdə olmayanda da yeganə övladım məktəbə gedə bilmirdi və evdə qalmalı olurdu.
Bu sözləri
Sputnik Azərbaycan-ın müxbirinə müsahibəsində Astara rayonu Miki kənd sakini Fuad Salayev uzun illər üzləşdiyi çətinliklər haqqında danışarkən deyib.
“Mən hətta ev üçün ərzaq daşıyanda da çox əziyyət çəkirdim. Un kisəsini çiynimdə çayın içərisi ilə keçməli olurdum. Mən nəinki övladımı hətta həyat yoldaşımı da kürəyimdə çaydan keçirirdim. Biz ailə quran vaxt yoldaşımda heç bir xəstəlik yox idi. Yoldaşım bir neçə dəfə çaydan keçəndən sonra onda 2-3 xəstəlik yarandı. Yoldaşım 3 dəfə cərrahiyyə əməliyyəti keçirib və hər 3 əməliyyata gedəndə mən onu kürəyimdə çaydan keçirmişəm və qayıdanda da eyni qaydada kürəyimdə çaydan keçirib evə aparmışam”.
F.Salayev deyir ki, hazırda onun çaydan rahat keçməsi üçün Müdafiə Nazirliyi tərəfindən ucqar daş kəndində çox möhkəm körpü salınıb.
“Mən ilk növbədə ölkə rəhbərliyinə və körpünün qoyulmasında əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm. Mən çaydan keçmək üçün eni 50-60 sm olan piyada körpüsünün salınmasını istəyirdim. Allah Müdafiə Nazirliyindən razı olsun! Onların mühəndis istehkamçıları tərəfindən uzunluğu 10 metr, eni 4 metr, çəkisi 16 ton və 60 ton ağırlığında yük götürmə qabiliyyəti olan körpü saldılar. 4 nəfəri zabit olmaqla 13 nəfər hərbiçilərimiz bizim ailə üçün körpü saldılar. Onlar dəmir körpünü əraziyə gətirmək üçün çox çətinlik çəkdilər. Texnikanın keçməsi üçün əvvəlcə yol çəkdilər sonra isə körpünü qoydular. Çox sağ olsunlar,mən ən böyük arzularımdan birinə çatdım. Hərbiçilərimiz hətta körpüyə qızımın şərəfində “Aygün körpüsü” adını veriblər. Bununla bərabər ərazidə yol da salındı, mən indi övladımı rahat məktəbə aparıb gətirə bilirəm. Bunda sonra daha ev üstə fikrim qalmaz, övladımın çaydan keçməsi üçün narahat olmaram”
Fuad müəllimin qızı, 7-ci sinif şagirdi Aygün Salayeva da körpünün qoyulmasına görə sevincini ifadə etdi:
“Əvvəllər atam məni məktəbə aparmaq üçün kürəyinə alıb ayaqyalın çaydan keçirirdi. Çayda sel olanda, atam evdə olmayanda evdə qalıb,dərslərimi evdə oxumalı olurdum. İndi çox şükür körpü var, özüm sərbəst məktəbə gedib gəlirəm. Çox sağ olsunlar ki, gəlib körpü qoydular!”
Məlumat üçün bildirək ki, bir neçə həftə öncə sosial şəbəkələrdə Astaranın Miki kənd sakini Fuad Salayevin qızını kürəyində çaydan keçirməklə məktəbə aparması haqda görüntülər yayılmışdı. Artıq Fuad müəllim və ailəsi çaydan rahat keçə biləcəklər.