Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

XTQ-lərin taktiki-xüsusi təlim başa çatıb

Abunə olmaq
Oktyabrın 23-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Laçın rayonunun ərazisində keçirilən komanda-qərargah təliminin gedişatını izləyib.
BAKI, 23 oktyabr - Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı hərbi hissə və bölmələrin taktiki-xüsusi təlimi başa çatıb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə nazirliyindən məlumat verilib.
Təlimdə xüsusi təyinatlılar bütün mərhələlər üzrə qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla icra edib.
Qeyd edək ki, oktyabrın 23-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Laçın rayonunun ərazisində keçirilən komanda-qərargah təliminin gedişatını izləyib.
Müdafiə Nazirliyindən bildirilib ki, Z.Həsənov Quru Qoşunlarının təlim qərargahında olub və fəaliyyətlərin təşkilini yoxlayıb.
Sonra, nazir səhra şəraitində açılan komanda idarəetmə məntəqəsində komandir və qərargah zabitlərinin xəritə və ərazinin maketi üzərində əməliyyatların aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib.
Həmçinin oxuyun:
Müdafiə naziri Quru qoşunlarının Laçındakı təlimini izləyib
Xəbər lenti
0