Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Naxçıvanda hərbi qulluqçuların növbəti hazırlıq kursu bitib

© AR Ministry of DefenceNaxçıvanda hərbi qulluqçuların növbəti hazırlıq kursuna yekun vurulub
Naxçıvanda hərbi qulluqçuların növbəti hazırlıq kursuna yekun vurulub - Sputnik Azərbaycan, 1920, 23.10.2021
Abunə olmaq
Mərasimdə çıxış edənlər kurslar zamanı 44 günlük Vətən müharibəsində qazanılmış təcrübə ilə keçirilən məşğələlərin, ümumqoşun, ixtisas, fiziki hazırlıq dərslərinin və təlim-atış çalışmalarının şəxsi heyətin peşəkarlaşmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.
BAKI, 23 oktyabr - Sputnik. Naxçıvan Qarnizonu Qoşunlarında gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən gənclərə seritifikatlar təqdim edilib. Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müxtəlif hərbi ixtisaslar üzrə peşəkar zabitlər tərəfindən yetişdirilən kursantlar öz xidmət yerlərinə təntənəli mərasimlə yola salınıblar.
Mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra Dövlət Himnimiz səsləndirilib.
Çıxış edənlər kurslar zamanı 44 günlük Vətən müharibəsində qazanılmış təcrübə ilə keçirilən məşğələlərin, ümumqoşun, ixtisas, fiziki hazırlıq dərslərinin və təlim-atış çalışmalarının şəxsi heyətin peşəkarlaşmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.
Çıxışların ardından Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb.
Təbrik oxunduqdan sonra məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.
Həmçinin oxuyun:
Müdafiə naziri Quru qoşunlarının Laçındakı təlimini izləyib
Xəbər lenti
0