https://sputnik.az/20211022/bu-qanun-yene-deyisdirilir-434492932.html
Bu qanun yenə dəyişdirilir
Bu qanun yenə dəyişdirilir
Sputnik Azərbaycan
Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi - diplom verilir. 22.10.2021, Sputnik Azərbaycan
2021-10-22T23:19+0400
2021-10-22T23:19+0400
2021-10-22T23:19+0400
qanun
təhsil
təhsil
https://cdnn1.img.sputnik.az/img/42351/54/423515422_0:184:3071:1911_1920x0_80_0_0_1f8670c969420f15747053b585079a11.jpg
BAKI, 22 oktyabr — Sputnik. "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişikliklər ikinci oxunuşda Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə qərar Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən növbəti onlayn iclasında verilib.İclası açan komitənin sədri Bəxtiyar Əliyev gündəliyi təqdim edib. Bildirib ki, gündəliyə ikinci oxunuşda "Təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə və "Peşə təhsili haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri daxildir.B.Əliyev hər iki layihənin ikinci oxunuşu barədə məlumat verib. O, Azərbaycanda müasir dövrün əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması üçün peşə təhsili sisteminin keyfiyyətinin artırılması və genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb, regional peşə təhsili mərkəzlərinin istifadəyə verilməsinin əhəmiyyətini qeyd edib.Təhsilin bir çox aktual məsələlərinin qanunvericilik səviyyəsində həllinə baxıldığını, təhsil sahəsində islahatların davam etdiyini bildirən komitə sədri iclasın müzakirəsinə çıxarılan qanun layihələrinin də gənclərimizin daha keyfiyyətli peşə təhsili ilə əhatə olunmasına, təhsil səviyyələri arasında bağlılığı gücləndirməklə təhsilin fasiləsizliyinin təmin edilməsinə, təhsilimizin Avropa Kredit Transfer Sisteminə inteqrasiyasına, ali təhsilin əlçatanlığının artırılmasına xidmət etdiyini vurğulayıb.Deputatlar hər iki qanun layihəsini ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.Qeyd edək ki, "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişikliklər birinci oxunuşda Milli Məclisdə qəbul olunub.Dəyişikliyə əsasən, ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələri üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Bununla yanaşı, orta ixtisas təhsili müəssisələrində tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi - diplom verilir.Eləcə də oxuyun:* Peşə təhsili kredit sistemi ilə təşkil olunacaq* Azərbaycanda məktəbli krediti mümkündürmü - Millət vəkillərinin mövqeyi* Təhsil nazirinin çevik qanun arzusu
https://sputnik.az/20211019/distant-tehsil-neyi-deyisecek-yoluxanlar-azalsa-da-tehsilin-keyfiyyeti-434378158.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42351/54/423515422_12:0:2743:2048_1920x0_80_0_0_e617db922bbe807442e77092bf329774.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qanun, təhsil
Bu qanun yenə dəyişdirilir
Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi - diplom verilir.
BAKI, 22 oktyabr — Sputnik. "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişikliklər ikinci oxunuşda Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə qərar Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən növbəti onlayn iclasında verilib.
İclası açan komitənin sədri Bəxtiyar Əliyev gündəliyi təqdim edib. Bildirib ki, gündəliyə ikinci oxunuşda "Təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə və "Peşə təhsili haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri daxildir.
B.Əliyev hər iki layihənin ikinci oxunuşu barədə məlumat verib. O, Azərbaycanda müasir dövrün əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması üçün peşə təhsili sisteminin keyfiyyətinin artırılması və genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb, regional peşə təhsili mərkəzlərinin istifadəyə verilməsinin əhəmiyyətini qeyd edib.
Təhsilin bir çox aktual məsələlərinin qanunvericilik səviyyəsində həllinə baxıldığını, təhsil sahəsində islahatların davam etdiyini bildirən komitə sədri iclasın müzakirəsinə çıxarılan qanun layihələrinin də gənclərimizin daha keyfiyyətli peşə təhsili ilə əhatə olunmasına, təhsil səviyyələri arasında bağlılığı gücləndirməklə təhsilin fasiləsizliyinin təmin edilməsinə, təhsilimizin Avropa Kredit Transfer Sisteminə inteqrasiyasına, ali təhsilin əlçatanlığının artırılmasına xidmət etdiyini vurğulayıb.
Deputatlar hər iki qanun layihəsini ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Qeyd edək ki, "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişikliklər birinci oxunuşda Milli Məclisdə qəbul olunub.
Dəyişikliyə əsasən, ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələri üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Bununla yanaşı, orta ixtisas təhsili müəssisələrində tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi - diplom verilir.
* Azərbaycanda
məktəbli krediti mümkündürmü - Millət vəkillərinin mövqeyi