CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zərdabda məktəbli qız atasının müalicəsi üçün pambıq yığır

© Sputnik / Rahim MammadovSamir İsayev
Samir İsayev - Sputnik Azərbaycan, 1920, 21.10.2021
Abunə olmaq
Üç qız atası Samirin dərmanlarının pulunu qarşılamaq üçün əvvəlcə yoldaşı və anası pambıq sahəsinə üz tutublar, sonra isə məktəbli qızı.
BAKI, 21 oktyabr — Sputnik. Zərdab rayon Çallı kənd sakini, 39 yaşlı Samir İsayev ötən ilin sentyabrında açıq ürək əməliyyatı olunub. O vaxtdan hər gün müxtəlif növ dərman vasitələrini qəbul etmək məcburiyyətində qalıb. Samir İsayev deyir ki, əməliyyatdan öncə Bakıda taksi sürürmüş. Amma əməliyyatdan sonrakı durumu onu işindən də edib.
Hazırda doğma kəndində yaşayan üç qız atası Samirin dərmanlarının pulunu qarşılamaq üçün əvvəlcə yoldaşı və anası pambıq sahəsinə üz tutublar. Bununla vəziyyətin düzəlmədiyini görən Samirin səkkizinci sinifdə oxuyan qızı Nuriyyə tarladan pambıq toplayaraq pul qazanıb atasının müalicəsinə kömək etməyə qərar verib.
Samir İsayevlə onun yaşadığı evdə həmsöhbət olduq. Altı nəfərlik ailənin başçısı Samir İsayev Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, əmək qabiliyyətli olmadığından gəliri də yoxdur. Gündəlik ərzaq tələbatını da qohum-əqrəbanın etdiyi yardım hesabına ödəyir.
© Sputnik / Rahim Mammadovİsayevlərin yaşadığı ev
Samir İsayev - Sputnik Azərbaycan, 1920, 21.10.2021
İsayevlərin yaşadığı ev
"Pensiya üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətimə imtina aldım. Daha sonra Məşğulluq Mərkəzinə etdiyim müraciət də nəticəsiz qaldı. Hər gün müxtəlif növ dərman preparatları qəbul etməliyəm, amma maddi imkansızlıqdan onu da edə bilmirəm. Bu günə qədər bizim ailədən pambıq sahələrində işləyən olmayıb. Amma əlacsızlıqdan 64 yaşlı anam və yoldaşım hər gün 1 kiloqramı 20 qəpiyə pambıq yığırlar. Ən acınacaqlı vəziyyət odur ki, səkkizinci sinifdə oxuyan qızım da pambıq yığmağa gedir. Hər dəfə deyirəm ki, qızım, sən sahəyə getmə, dərslərini oxu, bu mənə bəsdir. Amma qızım deyir ki, ata, səni ölməyə qoymayacağam, dərslərimi də oxuyacağam, pambıq da yığacağam".
Samir İsayevlə söhbətləşdikdən sonra rayon ərazisindəki pambıq sahələrinin birinə üz tuturuq.
Bir xeyli yol qət etdikdən sonra Samirin qızı, yoldaşı və yaşlı anasının çalışdığı pambıq sahəsinə çatırıq.
© Sputnik / Rahim MammadovSamir İsayev
Samir İsayev - Sputnik Azərbaycan, 1920, 21.10.2021
Samir İsayev
Bu da atasının həyatını xilas etməyə çalışan 14 yaşlı Nuriyyə İsayeva. Bəstə boylu, məktəbin əlaçısı, gələcəkdə hərbi həkim olmaq istəyən Nuriyyə İsayeva deyir ki, bu iş ona görə çətin və əziyyətli olsa da, atasının müalicəsi üçün onu görməyə məcburdur:
"Tətil vaxtı hər gün buraya pambıq toplamağa gəlirdim. Məktəblər açılandan sonra altıncı və bazar günləri, bəzən də həftə ortası dərsdən sonra pambıq yığmağa gəlirəm. Buradan qayıdandan sonra yorğun olsam da, dərslərimlə məşğul oluram. Maddi vəziyyətimiz pisdir, atamın müalicəsi üçün pul olsa, mən buraya gəlmərəm. Bu iş mənə də xoş deyil, amma atamın yaşaması üçün əziyyətə razıyam. Dərslərimi əla oxuyuram, ən çox sevdiyim fənlər Riyaziyyat və İngilis dilidir. Qarşıma məqsəd qoymuşam, gələcəkdə hərbi həkim olaraq əsgərlərimizə, elecə də atam kimi imkansız xəstələrə yardım edəcəyəm".
© Sputnik / Rahim MammadovSamir İsayevin atasının dərmanları
Samir İsayev - Sputnik Azərbaycan, 1920, 21.10.2021
Samir İsayevin atasının dərmanları
Nuriyyə ilə tarlada pambıq toplayan 64 yaşlı nənəsi Rasimə İsayeva deyir ki, nəvəsinin pambıq yığmasını o da təqdir etmir, ancaq məcburdurlar: "Ümid edək ki, oğluma müvafiq qurumlar tərəfindən köməklik göstəriləcək. Onun dərman vasitələrinin alınması üçün köməklik olunsa, uşaq da rahat olub fikrini pambıq sahəsinə deyil, məktəbə, dərslərinə cəmləyər".
Eləcə də oxuyun:
* Miki kənd sakininin arzusunu hərbçilərimiz reallaşdırıblar
Xəbər lenti
0