https://sputnik.az/20211020/sehiyye-nazirliyi-valideynlere-muraciet-edib-434410729.html
Səhiyyə Nazirliyi valideynlərə müraciət edib
Səhiyyə Nazirliyi valideynlərə müraciət edib
Sputnik Azərbaycan
Təyyar Eyvazovun sözlərinə görə, koronavirusun uşaqlar arasında epidemiya halını aldığını demək olmaz. 20.10.2021, Sputnik Azərbaycan
2021-10-20T17:11+0400
2021-10-20T17:11+0400
2021-10-20T17:22+0400
səhiyyə nazirliyi
səhiyyə
koronavirus
covid-19
https://cdnn1.img.sputnik.az/img/07e5/09/08/427875799_0:69:3073:1797_1920x0_80_0_0_fa936c7768e1c4f7e4ab08273f3310a2.jpg
BAKI, 20 oktyabr — Sputnik. Səhiyyə Nazirliyi məktəblilərin valideynlərinə müraciət edib.Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məktəblilərin peyvənd olunmayan qrupa aid olduğunu bildirib.O xatırladıb ki, azyaşlılar koronavirusu böyüklərə nisbətdə yüngül keçirsələr belə, müəllimlərə ötürə bilərlər: "Baxmayaraq ki, müəllimlərin 80 %-i peyvənd olunsa da, onlar evdəkiləri yoluxdura bilər. Bilirik ki, distant təhsil effekt vermir. Dövlət məktəblərin bağlanmasını istəmir. Valideyn çalışmalıdır ki, övladının səhhəti barədə daim məlumatlı olsun. Yaxşı olardı, evdə səhər-axşam övladlarının hərarətlərini ölçsünlər. Xəstəliyindən asılı olmayaraq xəstə uşağı məktəbə buraxana qədər aşkarlamaq lazımdır. Çünki bilmədən məktəbə getdiyi vaxt ərzində şagirdlər yol boyu yoluxma sayını artırmış olur".Təyyar Eyvazov eyni zamanda qeyd edib ki, koronavirusun uşaqlar arasında epidemiya halını aldığını demək olmaz. Onun sözlərinə görə, məktəblərin açılması ilə bağlı uşaqlar arasında yoluxma arta bilər: "Yoluxma sayı, xüsusilə uşaqların koronavirusa yoluxması müəyyən problemlər yaşatsa da, uşaqlar böyüklərə nisbətən xəstəliyi yüngül keçirirlər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/08/427875799_0:0:2731:2048_1920x0_80_0_0_d854a8648040b9af1845c412df3d5e2d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səhiyyə nazirliyi, koronavirus, covid-19
səhiyyə nazirliyi, koronavirus, covid-19
Səhiyyə Nazirliyi valideynlərə müraciət edib
17:11 20.10.2021 (Yenilənib: 17:22 20.10.2021) Təyyar Eyvazovun sözlərinə görə, koronavirusun uşaqlar arasında epidemiya halını aldığını demək olmaz.
BAKI, 20 oktyabr — Sputnik. Səhiyyə Nazirliyi məktəblilərin valideynlərinə müraciət edib.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məktəblilərin peyvənd olunmayan qrupa aid olduğunu bildirib.
O xatırladıb ki, azyaşlılar koronavirusu böyüklərə nisbətdə yüngül keçirsələr belə, müəllimlərə ötürə bilərlər:
"Baxmayaraq ki, müəllimlərin 80 %-i peyvənd olunsa da, onlar evdəkiləri yoluxdura bilər. Bilirik ki, distant təhsil effekt vermir. Dövlət məktəblərin bağlanmasını istəmir. Valideyn çalışmalıdır ki, övladının səhhəti barədə daim məlumatlı olsun. Yaxşı olardı, evdə səhər-axşam övladlarının hərarətlərini ölçsünlər. Xəstəliyindən asılı olmayaraq xəstə uşağı məktəbə buraxana qədər aşkarlamaq lazımdır. Çünki bilmədən məktəbə getdiyi vaxt ərzində şagirdlər yol boyu yoluxma sayını artırmış olur".
Təyyar Eyvazov eyni zamanda qeyd edib ki, koronavirusun uşaqlar arasında epidemiya halını aldığını demək olmaz. Onun sözlərinə görə, məktəblərin açılması ilə bağlı uşaqlar arasında yoluxma arta bilər:
"Yoluxma sayı, xüsusilə uşaqların koronavirusa yoluxması müəyyən problemlər yaşatsa da, uşaqlar böyüklərə nisbətən xəstəliyi yüngül keçirirlər".