Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

NATO-nun “Steadfast Noon 2021” gizli təlimlərinin məqsədi Avropanı Xirosimaya çevirməkdir

© AFP 2023 / JONATHAN NACKSTRANDNATO təlimləri
NATO təlimləri - Sputnik Azərbaycan, 1920, 21.10.2021
Abunə olmaq
NATO-nun nüvə siyasətinə görə, tərəfdaş ölkələr fövqəladə vəziyyətlərdə ABŞ-ın Avropada yerləşdirilmiş nüvə başlıqlarından istifadə edə bilərlər. Bəs vəziyyətin nə dərəcədə fövqəladə olduğunu kim müəyyənləşdirəcək?
BAKI, 21 oktyabr — Sputnik. Amerika Birləşmiş Ştatları avropalı müttəfiqlərinin və tərəfdaşlarının "Rusiya təhdid"indən "xilas" variantı kimi "köhnə qitə"nin ərazisini termonüvə silahı ilə bombalamaq üzərində işləyir. Real təhlükə mövcud olmadığından və Amerikanın B61 termonüvə bombaları Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyənin silah anbarlarında olduğundan Vaşinqton istənilən vaxt Avropanı hər hansı bir bəhanə ilə Xirosimaya çevirə bilər. İraqa, keçmiş Yuqoslaviya, Liviya və Suriyaya qarşı səbəbsiz təcavüzlər buna analoq ola bilər.
NATO oktyabrın 18-dən 25-nə kimi Cənubi Avropa ərazisində alyansa üzv 14 ölkənin iştirakı ilə “Steadfast Noon 2021” təlimlərini keçirəcək. Təlimlərə göyərtəsində nüvə silahı daşımağa və tətbiq etməyə qadir onlarla qırıcı və bombardmançı, eləcə də, uzunmənzilli radar nəzarəti və yanacaq doldurma üçün təyyarələr cəlb olunub.
ABŞ hərbçisi tank əleyhinə raket kompleksi Javelin-dən atəş açır, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.10.2021
TƏHLİL
ABŞ-da istehsal olunmuş silahlar Ukraynaya çatdırıldı: bəs sonra?
Manevrlərin, qələmə verildiyi kimi, hazırda dünyada baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur və "NATO-nun nüvə vasitələrinin, xüsusən də ABŞ-ın B61-12 termonüvə bombalarının təhlükəsizliyini, etibarlılığını və effektlivliyini" təmin etməyə imkan verir.
Aydın məsələdir ki, dinc avropalıların təyyarə qanadları altındakı təhlükəsizliyi ikinci dərəcəli məsələdir. Hipotetik nüvə münaqişəsi vəziyyətində Avropada bombalanma ilə bağlı prinsipial qərar Aİ ölkələrinin referendumunda deyil, Vaşinqtonda qəbul olunacaq. Bəlkə də artıq qəbul olunub və "həyata keçirilməsi" gözlənilir.
Bir qədər əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin poliqonlarında modernləşdirilmiş B61-12 taktiki nüvə bombalarının F-35A qırıcıları və köhnə F-16C-lərə inteqrasiya prosesi başa çatdırılıb.
Avropada "ikili təyinatlı" qırıcı və bombardmançıların sayı çoxdur və ABŞ-ın Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyədəki Amerika bazalarında ümumi gücü 18 meqaton olan 200 ədəd B61 tipli nüvə bombası var ki, bu da Xirosimadakı partlayışın 900 qatına ekvivalentdir. ABŞ ilk dəfə 20 kiloton gücündə nüvə bombasını orada tətbiq etmişdi ki, nəticədə də Yaponiya 200 min insan itkisinə məruz qalmışdı.
Görəsən, Vaşinqtonun avropalı müttəfiqlərinin bir B61-12 bombasının təxminən iki Xirosimaya bərabər olduğundan xəbərləri var?
Yalnız faktlar. Modernləşdirilmiş B61-12 bombası Amerikanın Avropadakı köhnəlmiş nüvə silahlarının əvəzlənməsi üçün nəzərdə tutulub. Bu bomba tuşlama sistemi və 50 kiloton gücündə dəyişdirilə bilən döyüş başlığı ilə təchiz olunub. Atış nöqtəsindən 30 km məsafədə hədəfə uçmağa qadirdir.
B61-12 termonüvə bombası təhlükəsizliyə deyil, milyonlarla avropalının dəhşətli ölümünə zəmanət verir. Əgər bu bombalardan biri Rusiya ərazisinə düşsə, daha çox Aİ vətəndaşı həlak ola bilər. Rusiya Federasiyasının Nüvə Silahının Qarşılıqlı İstifadəsi ilə bağlı Hərbi Doktrinasının müddəalarını yada salaq.

Vahid nüvə ittifaqı

NATO Avropa ölkələrində “Steadfast Noon” təlimlərini hər il keçirir. Döyüş istifadəsi planlarının təfərrüatları gizlidir, ancaq nüvə müharibəsi ssenarisini və iştirakçıların tərkibini gizlətmək çətindir.
Belə manevrlərdə Amerika aviasiyası ilə yanaşı, Almaniya, Hollandiya, Belçika və İtaliya qırıcılarından da istifadə olunur.
Rəsmi məlumatlara görə, “Steadfast Noon 2021” hərbi təlimləri Cənubi Avropanın hava məkanında keçirilir. Əslində, Amerikanın termonüvə B61 bombalarının alınması və daşınması şərti xarakter daşıyır. Təlim uçuşları bombasız yerinə yetirilir, bununla belə, İtaliyanın şimalındakı və Almaniyanın Bühl aviabazalarındakı nüvə silahlarını real şəkildə istifadəyə hazırlayaraq təyyarələrə yükləyirlər. DPA agentliyinin verdiyi məlumata görə, Bühldəki bazada 20 ədəd B61 tipli nüvə bombası saxlanılır.
Атомная подводная лодка Северного флота «Северодвинск» - Sputnik Azərbaycan, 1920, 06.10.2021
RUSİYA
Sualtı və görünməz: Rusiyanın “Zirkon” hipersəs raketi nəyə qadirdir
Aydın məsələdir ki, manevr prosesində texnogen fəlakətlər, yanğınlar, cihadçıların terror aktları və başqa xoşagəlməz hallar istisna edilmir. Amma, əlbəttə ki, "Avropada təhlükəsizlik şəraitinin pisləşdiyini nəzərə alsaq, etibarlı və vahid nüvə ittifaqı" daha böyük əhəmiyyət daşıyır. NATO-da daxili ziddiyyətlərin olması bu tip hərbi oyunların texniki qüsursuzluğuna və təhlükəsizliyinə kölgə salır.
NATO-nun nüvə siyasətinə görə, tərəfdaş ölkələr fövqəladə vəziyyətlərdə ABŞ-ın Avropada yerləşdirilmiş nüvə başlıqlarından istifadə edə bilərlər. Bəs vəziyyətin nə dərəcədə fövqəladə olduğunu kim müəyyənləşdirəcək?
Pentaqonun rəhbəri Lloyd Ostin oktyabrın 19-da Kiyevdə Donbas hadisələrindən danışarkən bəyan etdi: "Gəlin açıq danışaq, bu müharibəni Rusiya başlatdı". Ostin, həmçinin onu da bildirdi ki, ABŞ Rusiyanın bundan sonrakı "aqressiya"sının qarşısını almaq üçün Ukraynanı möhkəmləndirməyə davam edəcək.
ABŞ Orta və Qısamənzilli Raketlərin Ləğvi Barədə Müqavilədən birtərəfli şəkildə çıxıb və ortamənzilli mobil yerüstü raket sistemi işləyib hazırlayır. Amerika bombardmançıları Baltikyanı ölkələrdə keçirilən təlimlərdə müntəzəm şəkildə Kalininqrad vilayəti və Sankt-Peterburqa nüvə zərbəsini imitasiya edir. Alyansın döyüş gəmiləri periodik olaraq Rusiya Federasiyasının sərhədlərini pozur və onlara Rusiya Hərbi Dəniz Donanması tərəfindən sərt cavab verilir.
Burada fövqəladə halların, qarşılıqlı ittihamların və münaqişənin ehtimal olunan eskalasiyasının şərhi üçün geniş meydan yaranır.

Nüvə məhkumiyyəti

Bir qədər əvvəl Rusiya Almaniyanı Nüvə Silahlarının Yayılmaması barədə Beynəlxalq Müqaviləni pozmaqda ittiham etdi. Öz nüvə arsenalı olmayan Almaniya ənənəvi olaraq nüvə silahından istifadə etmək üçün hərbi personala və təyyarələrə təminat verir, üstəlik, ABŞ və NATO-nun "nüvə müqaviləsi" formatında nüvə müharibəsi öhdəliyinə tam sadiqdir. Polşa Hərbi Hava Qüvvələrinin F-16 qırıcılarının bu tip tədbirlərdə iştirakı da az narahatlıq doğurmur.
Qeyd edək ki, Rusiya radarlarında "ikili təyinatlı" qırıcının məhz hansı döyüş başlığını daşıdığı görünmür, odur ki Rusiya Federasiyası sərhədləri yaxınlığındakı hər hansı bir NATO zərbə təyyarəsinin görünməsi cavab tədbirləri üçün əsas verir.
Ekspertlərin hazırda nüvə müharibəsi təhlükəsini ötən onilliklə müqayisədə daha yüksək qiymətləndirmələri təsadüfi deyil. Onlar qeyd edirlər ki, "amerikalılar odla oynayırlar", başqa sözlə, dünyanın sonunu gətirə bilərlər. Avropa isə bu superdövlətin "top-top" oyununda potensial döyüş sahəsi rolunu oynayır.
F-35 Lightning II beşinci nəsil qırıcısı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.09.2021
TƏHLİL
Niyə F-35 qırıcıları Amerikanın ən pis təyyarələrinin beşliyinə düşdü
Bununla yanaşı, Vaşinqton beynəlxalq nüfuzunu itirdikcə "ABŞ -ın ən böyük rəqiblərini zərərsizləşdirmək strategiyasını" daha şiddətlə həyata keçirməyə başlayır. Ancaq hətta ABŞ-ın beyin mərkəzləri belə qeyd edirlər ki, bu dövlətin qarşısıalınmaz militarizm dövrü artıq geridə qalıb. Ona görə də Vaşinqton xarici ölkələrdə hərbi mövcudluğunu məhdudlaşdırmalı və dünyada hərbi güc tətbiqini azaltmalıdır. Bu şəraitdə Rusiyanın qonşuları özləri qərar verməlidirlər – diplomatiya konfrontasiyadan sərfəlidir.
Bu arada, “Steadfast Noon” nüvə təlimləri və yeni silahlanma nəhəng maliyyə vəsaiti tələb edir. B61-12 bombalarının modernləşdirilməsi ABŞ-ın vergi ödəyicilərinə 10 milyard dollara başa gələcək. Bundesverin yeni bombardmançılarına 8 milyard avrodan çox (bu pula 1 milyon insanın xəstəxana xərclərini ödəmək mümkündür) vəsait nəzərdə tutulub.
Avropa ictimaiyyəti təkidlə hər il keçirilən “Steadfast Noon” manevlərinin ləğv olunmasını, "nüvə iştirakından" geri çəkilməyi və Amerika nüvə bombalarının onların tarixi vətəninə gətirilməsinin qarşısının alınmasını tələb edir.
"Greenpeace" bəyan edir ki, Rusiya ilə nüvə silahsızlaşdırılması üzrə yeni strateji danışıqlara getməyin vaxtıdır. Görəsən, ABŞ və NATO siyasətçiləri, strateqləri onların səsini eşidəcəklərmi?
Xəbər lenti
0