Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Metronun "Gənclik" stansiyası gücləndirilmiş rejimdə işləyir

© Sputnik / Murad OrujovGənclik stansiyası
Gənclik stansiyası - Sputnik Azərbaycan, 1920, 21.10.2021
Xəbərlərə abunə olun
Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ" futbol klubunun Qazaxıstanın "Kayrat" klubu ilə görüşü keçirilir.
BAKI, 21 oktyabr — Sputnik. Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Konfrans liqasının qrup turniri çərçivəsində "Qarabağ" futbol klubunun keçirəcəyi oyunla əlaqədar arenanın yaxınlığında yerləşən "Gənclik" stansiyasında qarşılaşmanın keçirildiyi vaxt ərzində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Məlumata görə, oyundan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə bu stansiyaya yaxın obyektlərdə keçirilən kütləvi mədəni tədbirlərlə bağlı əməliyyat planına uyğun olaraq, keçidlərdə, vestibüllərdə və platformada müvafiq tədbirlər görüləcək. Ehtiyat qatarlar da nəzərdə tutulacaq.
Zərurət yaranarsa, həmin qatarlar xəttə buraxılacaq. Həmçinin "Nəriman Nərimanov" stansiyasının normal iş rejimi şəraitində sərnişinlərə xidmət göstərməsi üçün tədbirlər nəzərə alınacaq.
Qeyd edək ki, bu gün “Qarabağ” UEFA Konfrans Liqasının qrup mərhələsində üçüncü oyununu keçirəcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı 3-cü sınağında Qazaxıstanın "Kayrat" komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq. Oyunu ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edəcək.
Ağdam təmsilçisinin heyətində 3 futbolçu - Xayme Romero, Bədavi Hüseynov və Elvin Cəfərquliyev zədə səbəbindən görüşü buraxacaq. Qonaqlarda isə komandanın bombardiri Artur Şuşenaçev və Kamo Ohanesyan meydana çıxmayacaq.
Hazırda "Qarabağ" 4 xalla H qrupuna liderlik edir. Bir xalı olan "Kayrat" isə 3-cü pillədə qərarlaşıb. Bu qrupun digər oyununda Kiprin "Omoniya" klubu İsveçrədə "Bazel" komandasının qonağı olacaq.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала